12 okt 21:38idman

Qadın voleybolçularımız antirekordu təkrarladı

Qadın voleybolçularımız antirekordu təkrarladı
Kapitan da narazıdı, Faiq Qarayevin köməkçisi də...
Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam etsə də, bizimkilər üçün artıq mübarizə bitib. Daha doğrusu, Çinə uduzandan sonra növbəti mərhələyə adlamaq baxımından nəzəri şansını da itirən voleybolçularımızın dünən “qapını möhkəm çırpmaq” imkanı var idi. Özü də son oyunda münasib rəqib – Bolqarıstan ilə qarşılaşırdıq. Təəssüf ki, bu imkan da əldən verildi və yığmanın turniri 15-ci yerdə bitirəcəyi rəsmiləşdi. Oyun haqda danışmamış nəticəyə tarix və statistika işığında baxaq. Azərbaycanın qadın voleybolçuları ümumilikdə 4-cü dəfə DÇ-də mübarizə apardı və dörd il əvvəl İtaliyada olduğu kimi, yenə də 15-ci yeri tutdu. 1994-cü ildə yığma 9-cu, 2006-cı ildə isə 13-cü olmuşdu. Yığma 4 il əvvəl turnirdə dörd qələbə qazanmışdısa, bu dəfə cəmi iki qələbəyə sevindi. Həmçinin tarixdə 3-cü dəfə ikinci mərhələyə adlayan komandamız ilk dəfə bu mərhələdə bütün oyunlarda uduzdu. Bir sözlə, Yaponiya mundialını Azərbaycanın xanım voleybolçuları üçün uğurlu saymaq mümkün deyil.
Bolqarlarla oyuna gəlincə, Faiq Qarayev yenə də heyətlə bağlı eksperimentlərə əl atmışdı. Ardıcıl ikinci dəfə Kulana şans verməyən baş məşqçi Məmmədova – Rəhimova duetinin bolqarların müqavimətini qıracağına ümid edirdi. Ancaq onun ümidləri doğrulmadı və Natalya set ərzində 2, Polina isə 4 xal toplaya bildi. Belə səssizliyin məntiqi nəticəsi kimi komandamız ilk setdə 19:25 hesabıyla uduzdu. Bizimkilər 2-3-cü setlərin ayrı-ayrı anlarında başabaş mübarizə aparsa da, yenə bəsit səhvlər oyunun taleyini həll etdi. Təsəvvür edin ki, bolqarlar oyun ərzində rəqib səhvindən 20 xal qazanıb.
F qrupu
Bolqarıstan – Azərbaycan 3:0 (25:19, 25:20, 25:20)
Bolqarıstan: Miroslava Paskova - 13, Xristina Ruseva – 12, Nasya Dimitrova – 11, Qerqana Dimitrova – 8, Lora Kitipova – 7, Mariya Karakaşeva – 4; Jana Todorova (l).
Baş məşqçi: İvan Petkov.
Azərbaycan: Polina Rəhimova – 16, Odina Əliyeva - 7, Alyona Həsənova – 7, Natalya Məmmədova – 6, Kristina Yaqubova – 3, Aynur İmanova - 2; Yuliya Kərimova (l), Bəyaz Əliyeva (l), Yekaterina Səmədova – 5, Anastasiya Qurbanova - 2, Yana Əzimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Sumi Myoi (Yaponiya), Yuray Mokri (Slovakiya).
Toplanan xal: 75:59 (hücum – 35:34, blok – 10:9, servis – 10:5, rəqibin səhvi – 20:11).
11 oktyabr. Osaka. Municipial Central Gymnasium arenası. 160 tamaşaçı.
Oyun vaxtı: 1.18 (26+27+25).
Bu qrupda dünən keçirilən başqa oyunların nəticələri: Türkiyə – Tayland 3:1 (22:25, 25:20, 25:22, 25:20), İtaliya – ABŞ 3:1 (25:16, 25:23, 20:25, 25:26), Çin – Rusiya 3:1 (25:22, 21:25, 25:23, 25:15).
İtaliya – 27, Çin - 24, ABŞ – 19, Rusiya – 18, Türkiyə - 15, Bolqarıstan, Tayland – 11, Azərbaycan – 6.
E qrupu: Meksika - Puerto Riko 1:3 (17:25, 19:25, 25:18, 19:25 ), Almaniya – Dominika Respublikası 0:3 (12:25, 19:25, 17:25), Hollandiya – Serbiya 3:0 (25:16, 25:12, 25:20), Yaponiya – Braziliya 2:3 (25:23, 25:16, 26:28, 21:25, 11:15).
Hollandiya – 24, Yaponiya - 22, Serbiya – 21, Braziliya – 20, Dominika Respublikası – 16, Almaniya – 14, Puerto Riko – 9, Meksika – 3.
Beləliklə, DÇ-nin medalları uğrunda mübarizəni Hollandiya, Yaponiya, Serbiya, İtaliya, Çin və ABŞ davam etdirəcək.
Reaksiyalar
İvan Petkov (Bolqarıstan yığmasının baş məşqçisi): “Gənc oyunçularımız, onların inkişafı üçün bu həqiqətən də çox vacib turnir idi. Arxada qalan oyunlarda xeyli səhv gördük. Bununla belə oyunun təşkili baxımından çoxlu müsbət məqam da var. Bu qızlarla çalışmaq məndə böyük məmnunluq doğurdu. Onlara mövsüm ərzində klublarında uğurlar və sağlamlıq arzulayıram”.
Xristina Ruseva (Bolqarıstan yığmasının kapitanı): “Dünya çempionatını qələbə ilə bitirdiyimizə görə gerçəkdən çox sevinirəm. Dünən Taylandla çox ağır oyun keçirmişdik, onlar bizi yormuşdu. Yaxşı ki bu oyuna köklənə və qələbə qazana bildik”.
Odina Əliyeva (Azərbaycan yığmasının kapitanı): “Dünya çempionatı arxada qaldı. Bu heç də gözlədiyimiz nəticə deyil. Ancaq növbəti turnirlərdə daha yaxşı oynayacağımıza ümid edirəm. Əlbəttə, güclü hücumçularımız var. Ancaq bir çox oyunçumuz da hələ gəncdi və lazımi beynəlxalq oyun təcrübəsinə malik deyil. Onlar heç də böyük turnirlərdə oynamayıblar və bu üzdən 2-ci qrup mərhələsində çətinlik yaşadıq. Təcrübə toplayandan sonra daha yaxşı oynayacaqlar”.
Famil Ağayev (Azərbaycan yığmasının məşqçisi): “Təbii ki, dünya çempionatındakı nəticəmizdən razı deyilik. Bəlkə də daha çox oyunda qalib gələ bilərdik. Ancaq dünya çempionatı voleybolun sonu deyil, gələcəkdə keçirəcəyimiz oyunlara daha yaxşı hazırlaşmalıyıq”.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar