09 okt 14:30idman

Üç şahmatçımız lövhələr üzrə fərqləndi

Üç şahmatçımız lövhələr üzrə fərqləndi
Fikrət Sideifzadə: “Federasiya rəhbərliyi ilə görüşdə bu məsələni mütləq qabardacam”
Yenə ümidlə başlamışdıq, iddiamız aşıb-daşırdı. Amma sonluq həmişəki kimi qanqaraldıcı alındı. Şahmat Olimpiadaları ilə bağlı mənzərə bundan ibarətdi. Dəyişən heç nə yoxdu. Sentyabrın 24-də Gürcüstanın Batumi şəhərində startı verilən 43-cü Şahmat Olimpiadası da ümidlərin dəfn olunduğu növbəti yarış kimi tarixə qovuşdu.
Kişilərdən ibarət yığmamızın heyəti iki il əvvəl Bakıda keçirilən analoji yarışdakı kimi ideal idi. Şəhriyar Məmmədyarov (2820), Teymur Rəcəbov (2751), Arkadi Naydiç (2721), Rauf Məmmədov (2699) və Eltac Səfərlinin (2676) yer aldığı komandanın kapitanı funksiyasını bu dəfə Qədir Hüseynov yerinə yetirdi. Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamızda isə Günay Məmmədzadə (2438), Zeynəb Məmmədyarova (2358), Gülnar Məmmədova (2355), Xanım Balacayeva (2326) və Ülviyyə Fətəliyeva (2320) yer almışdı. Turnirə hazırlıq baxımından da problem müşahidə etməmişdik. Qadınların hamısı, həmçinin Rauf Məmmədov və Eltac Səfərli bir həftə Qaxda təlim-məşq toplanışında olmuşdusa, Teymur Rəcəbovla Arkadi Naydiç Batumiyə erkən yollanaraq, hazırlığı yarış məkanında tamamlamışdı. Yalnız Şəhriyar Məmmədyarov istisna idi ki, onun da Qaxdakı toplanışda iştirakına ailə vəziyyəti mane oldu. Bununla belə, şahmatımızın lideri Bakıda hazırlıq keçdi.
Tarixə qısa nəzər salsaq, bir neçə dəfə uğur qazanmağa çox yaxın olduğumuzu görərik. Kişilərimiz 4 il əvvəl Norveçin Trömse şəhərində təşkil olunan analoji yarışda finişə 4 tur qalmış vahid lider idi. Ancaq Rumıniya ilə oyunda qeydə alınan “sülh” işləri korladı və yığma yekunda 5-ci oldu. Qadınlar isə 2010-da Rusiyanın Xantı-Mansiysk şəhərində 3-cü olan Gürcüstanla eyni (16) xal toplasa da, əlavə göstəricilərə görə 7-ci pillədə qərarlaşdı. Bu iki nümunəni nəzərə almasaq, komandalarımız, adətən, fəxri kürsüyə bir qədər də uzaqdan baxıb.
Batumidə Olimpiadanın reytinqə görə 4-cü komandası kimi mübarizə aparan kişilərimiz Polşa ilə 7-ci tura təsadüf edən heç-heçədən sonra “çuxura düşdü”. Nəticədə liderlik əldən çıxdı, tədricən isə medal arzumuz birdəfəlik “suya düşdü”. 15 xalla 15-ci pillə - belə sonluğa məntiqi izah tapmaq, bu nəticə ilə şahmatsevərləri məyus edənlər haqda xöş sözlər söyləmək çətindi, çox çətindi. Olimpiadanın 11-ci komandası olan qadınlarımız isə əksinə, sabit çıxış fonunda finiş xəttinə qədər medal iddiasından əl çəkmədi. Yalnız Vyetnamla 11-ci tura təsadüf edən “sülh” və digər oyunlarda qeydə alınan nəticələr əleyhimizə işlədi. Amma istənilən halda, xanımlar boyundan yuxarı tullandı – 16 xalla 10-cu yer!
Bu günə kimi nəticələrlə sizi tanış etdik, yazdığımızı yazdıq, müəyyən fikirlərimizi ortaya qoyduq. İndi isə söz demək növbəsi şahmatçıların hazırlığına və nəticəyə birbaşa cavabdeh olan şəxslərindi. Qadınlardan ibarət yığmanın baş məşqçisi Fikrət Sideifzadəni dinləyək: “Ümumi mənzərədən danışırıqsa, razı qalmamaq üçün əsas görmürəm. Qızlar yaxşı çıxış etdi. Hətta bir qədər bəxtimiz gətirsəydi, Olimpiadanı medalla da başa vura bilərdik. Kiçik çatışmazlıqlar var. Son turda Vyetnamla oyunda qeydə alınan heç-heçə və digər oyunların nəticələri də medal qazanmaq iddiamıza təsir etdi. Narazı qaldığım şahmatçı yoxdu. Gənc komandamız var və qızlar bir qədər də “artırsa”, istəyimizə çatacağıq. Bu komanda Avropa çempionatı və Olimpiadalarda davamlı şəkildə “10-luq”da yer alır. Bu isə sabitliyin göstəricisidi. Batumidə medal qazanmağa çox yaxın idik. Bu komandaya kömək, dəstək lazımdı. Heç olmadığını demirəm, federasiya rəhbərliyi əlindən gələni edir. Bununla belə, dəstəyi artırmalıyıq. İlin əvvəlində təsdiq olunan hazırlıq planı nöqtə-vergülünə kimi həyata keçirilməlidi. Təlim-məşq toplanışları qrafik üzrə baş tutmalı, kənara çıxmalar, ixtisarlar olmamalıdı. Federasiya rəhbərliyi ilə görüşdə bu məsələni mütləq qabardacam. Hazırda heyətdə yer alan xanımlarla medal qazana bilərik. Komanda buna qadirdi. Ən önəmli məqam davamlı sabit çıxışdı ki, bu var. Deməli, dəstəyi artırmaq, hədəfə çatmaq üçün daha çox iş görmək lazımdı. Oktyabrın 11-19-u aralığında Yunanıstanda klublararası Avropa çempionatı keçiriləcək. Bu yarışda da “Odlar yurdu”nun heyətində eyni şahmatçılar yer alacaq”.
Kişilərdən ibarət komandamızın kapitanı Qədir Hüseynovla danışmaq cəhdimiz alınmadı. Elə şahmatçılar da zəngləri cavabsız buraxdı. Növbəti sayımızda mövzuya qayıdacağıq.
KƏNAN HƏSƏNOV

Yeri gəlmişkən...
Yığmaların mübarizəsində fəxri kürsüdən kənarda qalsaq da, təmsilçilərimiz lövhələr üzrə fərqlənib. Teymur Rəcəbov 2-ci, Rauf Məmmədov isə 4-cü lövhədəki çıxışına görə bürünc medal qazanıb. Üçüncü lövhədə yarışan Xanım Balacayeva “qızıl”a layiq görülüb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar