28 sen 22:59idman

Komanda yarışında da medalsız qaldıq

Komanda yarışında da medalsız qaldıq
Hidayət Heydərov uğursuzluğun səbəbini açıqladı
Milli Gimnastika Arenasında bir həftə davam edən cüdo üzrə dünya çempionatına dünən yekun vuruldu. Son yarış günündə komandalararası mübarizə baş tutdu. Yığmamız çətinlik çəkmədən Avstriyaya qalib gəldi – 4:1. İçinxorloo Munxtsedev (57 kq) bu çəkidə qarşı tərəfin idmançısı olmadığından qalib elan olundu. Daha sonra Günel Həsənli (70 kq) Mikaela Polleresə uduzdu. İrina Kindzerska (+70 kq) Mariya Höllvart, Tural Safquliyev (90 kq) Sebastyan Şnayder, Uşanqi Kokauri (+100 kq) isə Daniel Allerstorferi məğlub etdi.
Növbəti mərhələdə rəqibimiz Monqolustanı üstələyən Yaponiya oldu. Cüdonun yaradıcıları ilə görüşün əvvəlləri gərgin mübarizə şəraitində keçdi. Belə ki, Məmmədəli Mehdiyev (90 kq) Mukayi Şoiçironu üstələməklə hamını təəccübləndirdi. Daha sonra Munxtsedev Momo Tamaokiylə bacarmadı. Ardınca Kokauri Yusey Oqavaya gücünü göstərdi. Kindzerskanın Sara Asahinaya yenilgisiylə ümumi hesab bərabərləşdi – 2:2. Məhz bu məqamda Rüstəm Orucov (73 kq) Arata Tatsukavaya qalib gəlməklə komandanın qələbə inamını artıra bilərdi. Ancaq əlavə vaxtda rəqib Orucovun yapon sindromunu qırmasına imkan vermədi. Günel Həsənli (70 kq) isə Yoko Ono qarşısında aciz qaldı. Beləliklə, güclü rəqibə 2:4 hesabıyla uduzan millimiz qızıl medaldan əlini üzdü.
Təsəlliverici görüşdə komandamız Hollandiyanı 4:2 hesabıyla üstələdi. Həsənli Fransen Yula, Kokauri Roy Meyerə uduzsa da, Munxtsedev Devi Kartauz, Kindzerska Sanne van Dik, Mehdiyev Noel van End, Heydərov isə Sam van Vestendi məyus etdi.
Yığmamız bürünc medal uğrunda qarşılaşmada Rusiya ilə münasibətləri aydınlaşdırdı. Təssüf ki, yığma üzvlərindən yalnız Hidayət iki il əvvəl Avropa çempionatının finalında məğlub etdiyi Musa Moquşkova qalib gələ bildi. İçinxorloo Anastasiya Konkinaya, Günel Alyona Prokopenkoya, Məmmədəli Mixail İqolnikova, Uşanqi isə İnal Tasoyevə boyun əydi. Hesab artıq 4:1 rusların xeyrinə olduğundan, İrinanın Anjela Qasperyanla görüşünə ehtiyac duyulmadı. Beləliklə, yığmamız komanda yarışında da uğursuzluqla üzləşdi.
Digər bürünc medalçı Almaniyaya rahat qalib gələn Koreya oldu. Finalda Fransanı məğlub edən Yaponiya fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Yekun medal sıralaması
1. Yaponiya 8 5 4
2. Koreya 2 0 2
3. Fransa 1 2 2
4. Gürcüstan 1 1 1
5. İran 1 0 1
6. Ukrayna 1 0 1
7. İspaniya 1 0 0
8. Kuba 0 2 0
9. Rusiya 0 1 3
10. Hollandiya 0 1 2
11. AZƏRBAYCAN 0 1 1
12. Qazaxıstan 0 1 1
13. Böyük Britaniya 0 1 0
14. Monqolustan 0 0 3
15. Türkiyə 0 0 2
16. Almaniya 0 0 1
17. Braziliya 0 0 1
18. Sloveniya 0 0 1
19. Kanada 0 0 1
20. Argentina 0 0 1
21. Bosniya və Hersoqovina 0 0 1
22. Kolumbiya 0 0 1

Reaksiyalar
Hidayət Heydərov: “Fərdi mübarizədə finala vəsiqə qazana bilərdim. Qarışıq komanda yarışında da pis çıxış etmədik. Medal gözləyirdik. Qrupumuz da çətin idi, 5-ci yeri tutduq. Cüdoçularımızın hamısı medal qazansaydı, daha yaxşı olardı. Heç bir idmançımız zəif deyildi. Hamısı yaxşı formada idi. Orxan Səfərov görüşə çıxanda özündən bir az razı idi. Rəqibi məğlub edə bilərdi. Amma boşluğa düşdü və yıxıldı. Halbuki ən azı finalda güləşməyə layiq idi. Hakimlər digər idmançılarımıza qarşı çox haqsızlıq etdilər. Nicat Şıxəlizadə də haqsızlıqla üzləşdi. İdmançılarda çatışmayan cəhətlər də var idi. Ona görə də məğlub oldular. Qarışıq komanda yarışında əvvəl beş oğlan mübarizə aparırdı. Qızlar da yaxşı mübarizə aparsaydılar, nəinki medal, hətta finala da vəsiqə qazana bilərik. Qadın cüdoçularımız əvvəl lap zəif çıxış edirdilər. Məşqçi Natiq Bağırov onların üzərində çalışıb. İndi bir az yaxşıdılar. İnanıram ki, növbəti yarışlarda daha da yaxşı olacaqlar".
Məmmədəli Mehdiyev: "Çox istəyirdim ki, dünya çempionatının fərdi yarışlarında medal qazanım. Ancaq qismət olmadı. Qarışıq komanda yarışlarında birliyimizi göstərib, bürünc medala sahib ola bilərik. Yaxşı hazırlıq keçmişik. Son görüşdə qalib gələrək bürünc medal qazanmağa çalışacağıq. Dünya çempionatı ölkəmizdə keçirildiyi üçün məsuliyyətimiz böyükdü. Yarış ölkəmizdə keçirildiyi üçün həyəcanlı idim. Buna görə də var gücümlə mübarizə apara bilmədim. İkinci görüşümdə hakimlərin səhvinə görə məğlub oldum. Hakim “dayan” komandası verdi, mən dayandım, amma rəqibim bundan istifadə edərək fənd işlətdi”.
İrina Kindzerska: “Dünya çempionatı çox yüksək səviyyədə keçdi. Çünki hər şey çox yaxşı təşkil olunmuşdu. İdmançılara yaradılan şəraitə görə ölkə prezidentinə və Cüdo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Ötən il mundialda 3-cü yeri tutmuşdum və həminkindən zəif çıxış etməyəcəyimə əmin idim. Elə alındı ki, ikinci görüşdə çox güc sərf etdim və bərpa üçün vaxt çatmadı. Növbəti rəqibim isə daha güclü oldu. Kimi gəldi günahlandırmaq olar. Lakin uğursuzluğa görə ilk növbədə özümü günahlandırıram. Deməli, nəyisə düz etməmişəm. Səhvlərim üzərində işləyəcəm. Növbəti ildə etimadı doğrultmağa çalışacam. Əsəbləşirsən, həyəcan keçirirsən, bu da çıxışa mənfi təsir göstərir. Ona görə də məndə alınmadı”.
Niyaz İlyasov (Rusiya): “İlk dəfə Azərbaycanda 2013-ci ildə olmuşam. Ondan sonra bura mütəmadi olaraq gəlib dostlarımla gəzirəm. Dənizkənarı Milli Park və Bakı gecələri xüsusilə xoşuma gəlir. Bakıya qızıl medal qazanmaq üçün gəlmişdim, lakin üçüncü yerlə kifayətlənmək məcburiyyətində qaldım. Rəqibimlə yarım il bundan qabaq qarşılaşmışdım və məğlub olmuşdum. Finala çıxa bilmədim, amma üçüncü yer uğrunda mübarizədə qalib gəldiyim üçün sevincliyəm. Bu, mənim dünya çempionatlarında ilk çıxışım olduğuna görə əldə etdiyim nəticəni qənaətbəxş hesab edirəm. Bundan sonra üzərimdə daha çox çalışacam. İnanıram ki, növbəti çempionatlarda qızıl medal qazanacam. Yarış çox yüksək səviyyədə təşkil edilib və burda iştirak etmək olduqca xoş idi”.

Yeri gəlmişkən...
Mərkəzi Ordu İdman Klubu (MOİK) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) nümayəndələri arasında görüş keçirilib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan IJF rəsmisi Stefan Marginean ilə görüşüb. Görüşdə hərbi təhsil müəssisələri və hərbi hissələrdə cüdo idman növünün tədris proqramına daxil edilməsi, tədris materialları ilə təmin olunması haqda müzakirələr aparılıb, eləcə də birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Maraqlıdı...
Ölkəmizdə keçirilən mundial dövlət başçılarının da diqqətini cəlb edib. Dünən Bakıda olan Rusiya prezidenti Vladimir Putin də cüdoda komanda yarışını canlı izləyib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar