21 sen 23:17idman

Tomaş Ayan EOC-dan narazıdı

Tomaş Ayan EOC-dan narazıdı
“Heç də düşünməyin ki, ABŞ müqəddəs ölkədi”
Dünən “Four Seasons” otelində Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezidenti Tomaş Ayanın iştirakıyla mətbuat konfransı keçirildi. Ölkəmizdə keçirilən cüdo üzrə dünya çempionatına görə Bakıya dəvət olunan ali qurumun rəhbərinin ürəyi dolu idi. Ayan əsasən dopinq mövzusundan ağızdolusu danışdı və daha sonra sualları cavabladı. Təxminən saatyarım davam edən konfransda İWF başqanı sözünə belə başladı:
- Azərbaycanın ağır atletika ənənələri var. Tarixə də nəzər salsaq, böyük uğurlarınız olub. Ancaq bu haqda uzun-uzadı danışmaq istəmirəm. Bildiyiniz kimi, ötən il iyunun 9-da Beynəlxalq Olimpiya Komitəsi (İOC) ağır atletika ilə bağlı mühüm qərarlar qəbul etdi. Təəssüf ki, Pekin və London Olimpiadasında 49 analiz yenidən araşdırıldı və bunlar müsbət çıxdı. Artıq dopinq analizi laboratoriyaları müasir cihazlarla təmin edilib. Yenidən aparılan araşdırmalar nəticəsində dopinq halları aşkarlandı. İOC-un sərt xəbərdarlığı İWF üçün yaxşı dərs oldu. İOC-un prezidenti Tomas Bax mənə zəng etdi və bunun qarşısı alınmasa, ağır atletikanın Olimpiadanın proqramından çıxarıla biləcəyini söylədi. Mən bu idman növünə həyatımı həsr etmişəm. Dopinqə qarşı mübarizə gücləndirilməlidi. Baxın reaksiyası anlaşılan idi. Çalışmalıyıq ki, heç bir idmançı yasaq preparatlar qəbul etməsin. Baxın zəngindən sonra dərhal iki komissiya təşkil etdim. Biri təmiz idman, digəri idman proqramı komissiyası idi. Bilərəkdən ağır atletika sahəsində çalışmayan şəxsləri komissiyaların tərkibinə daxil etdim. Hər komissiyanın 7 üzvü var. Amerikalı hüquqşünas Riçard Yanq Təmiz İdman Komissiyasının sədri oldu. Onlara ağır atletikanı necə təmiz idman edə bilərik tapşırığını verdim. Tokio Olimpiadasından sonra taleyimiz dopinqə qarşı mübarizənin necə aparılmasından asılıdı. Pekin və London Olimpiadasının təhlillərinin yenidən araşdırılması nəticəsində 9 ölkə sanksiya ilə üzləşdi. Azərbaycanı çox sevirəm və ölkənizi çox bəyənirəm. Cahangir Əsgərovun AAAF-da gördüyü işlər fantastikdi. Bu sahəyə yetərincə sərmayə qoyulub, lazımi infrastruktur yaradılıb. Məni də o təəccübləndirir ki, belə bir ölkənin nümayəndələri Pekin və London Olimpiadalarında dopinqli çıxıb. Təmiz İdman Komissiyası üç və daha artıq idmançısı həmin Olimpiya Oyunlarında dopinqli çıxan 9 ölkəyə müvafiq tövsiyələr irəli sürüb. Verilən qərarlardan biri o idi ki, WADA-nın əməkdaşları heç bir xəbərdarlıq etmədən gəlib onların idmançılarından nümunələr götürə bilər. Ad çəkməyəcəm, elə ölkələr var ki, orda qan nümunələrini xaricə çıxarmaq qadağandı. Bu, çox ciddi məsələdi. Ancaq məlum qərardan sonra bu analizlər xaricə çıxarıla bilərdi. Müxtəlif dopinq laboratoriyaları var və onların nümunələrinin təhlili müxtəlif nəticə verə bilər. Hansısa yığma harasa təlim-məşq toplanışına gedərsə, mütləq İWF-ni məlumatlandırmalıdı. Çünki dopinq-test edənlər hər an hazırlıq keçirilən yerə gedib, idmançılardan nümunə götürə bilər. Bu 9 ölkə qaydalara şəffaf formada əməl etdi. Azərbaycan da bu meyarları tam yerinə yetirdi. Bundan sonra beynəlxalq yarışlardan uzaqlaşdırılma qadağası aradan qaldırıldı. Bildiyiniz kimi, oktyabrın ilk yarısında Argentinada yeniyetmələrin Yay Olimpiadası keçiriləcək və Azərbaycanın ağır atletləri də orda mübarizə aparacaq. Ölkənizin gənc idmançıları kifayət qədər uğurlarıyla seçilir. Heablama apardıq, idman zallarının qurulması, inventar təminatı və təlim-məşq toplanışlarına təxminən 5 milyon manat xərclənib. Gələcəkdə Azərbaycan ağır atletlərindən böyük uğurlar gözləyirəm. Dua edirəm ki, idmançılarınızdan gələcəkdə dopinq aşkarlanmasın. Rica edirəm ki, idmançılarla söhbət edin və bilərəkdən-bilməyərəkdən dopinqdən uzaq olmalarını deyin. Bu mətbuat konfransını təşkil etdiyi üçün AAAF-a minnətdaram. Noyabrda dopinq problemi yenidən müzakirə ediləcək. Buenos-Ayresdə ağır atletlərin testlərinin heç birinin müsbət çıxmayacağına ümid edirik.
- Niyə dopinq qalmaqallarına daha çox MDB məkanına daxil olanlar düşür, ABŞ və Çin kimi ölkələr isə kənarda qalır? Belə çıxır ki, onlar “təmizdi”?
- Keçmiş sovet ölkələrinin hazırlıq prosesində yasaq preparatlardan istifadə olunurdu. Məşqlər zamanı həmin preparatlardan istifadə gücləndirici effekt verirdi və nəticələrinə müsbət təsir göstərirdi. Bu sahədə tədqiqat aparmışam. Bu cür preparatların yarışlarda təsir gücü 8-15 faizdi. İdmançı 100 kq-ı rahat qaldıra bilirsə, bunun 8-10 kq-ı həmin preparatın payına düşür. Başqa idman növlərində də belədi. SSRİ yığmalarının məşqlərində bu preparatlardan istifadə olunurdu. Bolqarıstan, Macarıstan və Çexiyaya da xas metod idi. Bütün dünya bu ölkələrin məşqçilərinin uğuruna təəccüblənirdi. Qərb ölkələri də həmin ölkələrdən məşqçilər dəvət edirdi. Hər dəfə də idmançıların analizləri müsbət nəticə verirdi. Mən özüm Macarıstandanam və bu mühitdən çıxmışam. Heç də düşünməyin ki, ABŞ müqəddəs ölkədi. Onlarda beysbolda dopinq faktları olub. Amerikalı velosipedçi Lens Armstronqda da dopinq aşkarlanmışdı. Dopinq hallarının geniş vüsət alması İOC-un WADA-nı formalaşdırması ilə nəticələndi.
- Dopinq xəstəliyinə nə vaxt son qoyulacaq?
- 52 ildi idman aləmindəyəm. Bu müddət ərzində daim idmançılarda dopinq aşkarlanıb və bu proses davam edir və edəcək. Söhbət təkcə ağır atletikadan getmir. Hər zaman qızıl medalı boynundan asmaq naminə qeyri-leqal yola əl atan idmançılar var. Gələcəkdə bu neqativ halın azalacağına inanırıq. Müasir laboratoriya avadanlıqları o qədər dəqiq işləyir ki, neçə il dondurulmuş nümunələri təhlil edib, dopinqi aşkarlaya bilir. Bu üzdən İOC nümunələri 10 il müddətinə dərin dondurma üsuluyla saxlayır.
- Vaxtilə Bakıda Dünya Kuboku, “Qran-pri” təşkil olunurdu. Yenidən bu yarış ölkəmizdə keçirilə bilər?
- 6 il əvvəl Bakıda Dünya Kuboku yüksək səviyyədə təşkil olunmuşdu. Dünən Cahangir Əsgərovla görüşüm oldu. AAAF-ın prezidenti gələn il yenidən bu yarışı keçirmək istədiklərini dilə gətirdi. Ancaq Çin və Rusiya da bu turniri təşkil etməkdə maraqlıdı. Hazırda ABŞ-da Ağır Atletika Federasiyasının yeni rəhbərliyi də çox fəallıq nümayiş etdirir. Dünya Kubokunun meyarlarından biri mükafat fondudu. Həm də xüsusi reqlament olmalıdı. İstərdim ki, mətbuat da bu məsələni işıqlandırsın.
Tofiq Heydərov çox güclü klubun rəhbəridi. Gələcəkdə onunla görüşüm olacaq. Heydərovun ağır atletikaya böyük həvəsi var.
- İkinci Avropa Oyunlarının proqramında ağır atletika olacaq?
- İlk Avropa Oyunlarında ağır atletika yox idi. Təəssüf ki, gələn il Minskdə keçiriləcək ikinci analoji yarışın proqramında da yer almayıb. Avropa Olimpiya Komitəsi (EOC) işini düzgün aparmır. Cahangir Əsgərovla söhbət edəcəm ki, Azərbaycandan yaxşı jurnalist İWF-nin Media Komissiyasına cəlb edilsin. Çünki bilirəm ki, yaxşı yazar ağır atletikanı gözəl təbliğ edə bilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar