03 mar 13:05idman, manset

Faiq Qarayev məşqçilərlə görüşdü

Faiq Qarayev məşqçilərlə görüşdü
Yarımfinalçılar artıq bəllidi

Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev kişi klublarının baş məşqçiləriylə görüşüb. Görüş zamanı komandalardakı problemlərdən, ölkə çempionatının reqlamentindən və yığmamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığından danışılıb. Məşqçilərin diqqətinə çatdırılıb ki, pley-off mərhələsinin ilk oyunları martın 15-17-də Dərnəgül Voleybol Mərkəzində, həlledici görüşlər isə martın 28-30-da Naxçıvan Muxtar Respublikasında keçiriləcək. Faiq Qarayev görüş zamanı bunları deyib: “İslam Həmrəyliyi Oyunlarına komandamızı bacardığımız qədər yaxşı hazırlamalıyıq. Düşünürəm ki, voleybolçular nə qədər çox oyun keçirsələr, bir o qədər təcrübələri artar. Bu pley-offda komandalar beynəlxalq yarışlarda olduğu kimi 3 gün ardıcıl oyun keçirəcək. Pley-off mərhələsində rəqabətin daha da güclü olması üçün federasiya martın 10-dək oyunçu transferinə icazə verib. Ancaq transfer bütün qaydalara uyğun həyata keçirilməlidi. Son qarşılaşmaların Muxtar Respublikada keçirilməsinə Naxçıvan Voleybol Federasiyasının bizə müraciətindən sonra qərar verdik”.
Daha sonra məşqçilər dinlənilib və onların sualları cavablandırılıb. “Naxçıvan”ın yeni baş məşqçisi Aleksandr Çornı və klub rəsmisi Aydın Mirzəyev AVF-yə təşəkkür edərək, klubun çempionatda iştirakı üçün yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Gənclərdən ibarət millinin nümayəndəsi Yaqub Rəsulovun sözləri isə belə olub: “Çox sevindirici haldı ki, ölkə çempionatı yüksək səviyyədə keçirilir. AVF çalışır ki, klubların sayı çox olsun. Bu hal bizi çox sevindirir. Çünki daha öncə gənc oyunçularımız 16 yaşından sonra harda çıxış edəcəklərini düşünürdülər. Bu gün isə onlar daha yaxşı formada klublarımızda oynamaq üçün çalışırlar”.
Yeri gəlmişkən, Dərnəgül Voleybol Mərkəzində kişilərin ölkə çempionatının daha iki turu geridə qalıb. Fevralın 28-də baş tutan 12-ci turda çempionluğa iddialılar rahat qələbə qazanıb: Lokomotiv – Naxçıvan 3:0 (25:12, 25:16, 25:13), Neftçi – Nəqliyyatçı 3:0 (25:12, 25:12, 25:6).
Dünən isə 13-cü turun cəmi 1 oyunu keçirilib. MOİK meydana çıxmadığından “Lokomotiv” texniki qələbəyə sevinib. “Naxçıvan” da pley-offda yerini təmin edib.
Nəqliyyatçı – Naxçıvan 0:3 (23:25, 23:25, 17:25)
1. Neftçi 13 12 1 38-5 37
2. Lokomotiv 13 12 1 37-6 36
3. MOİK 13 6 7 19-26 19
4. Naxçıvan 13 6 7 23-25 18
5. Nəqliyyatçı 13 2 11 11-33 8
6. Sumqayıt 13 0 13 0-39 0
Beləliklə, son 2 turun nəticəsindən asılı olmayaraq, yarımfinalçılar müəyyənləşib. Çempionluq savaşını “Neftçi”, “Lokomotiv”, MOİK və “Naxçıvan” davam etdirəcək. Ancaq kimin kiminlə qarşılaşacağına təsnifat mərhələsinin yekununda aydınlıq gələcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar