20 sen 22:00idman

Dünya çempionatının püşkü atıldı

Dünya çempionatının püşkü atıldı
Yarış 190-dan çox ölkədə yayınlanacaq
Dünən Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkatma mərasimi təşkil olundu. “Hilton” oteli bəlkə indiyədək belə qələbəlik görməmişdi. Konfrans zalındakı oturacaqlar tam dolmuş, hələ nə qədər adam ayaqüstə qalmışdı. Tədbirə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, qurumun baş katibi Elmar Babanlı, ACF-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri qatılmışdı.
Əvvəlcə İJF-nin Bakıda keçirilən yarışla bağlı hazırladığı tanıtım videoçarxı təqdim olundu. Daha sonra qonaqları salamlayan Vizer gözəl təşkilatçılığa görə ACF-yə təşəkkür etdi. “Ən yaxşı və güclü olan qalib gəlsin! İdmançılara uğurlar arzulayıram” deyən ali cüdo qurumunun rəhbəri yarışa marağın böyük olduğunu və Bakıda ən yaxşı dünya çempionatlarından birinin keçiriləcəyinə əminliyini vurğuladı. Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə etdi: “Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-nin prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədi”.
Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün tək yarış yox, həm də tarix olduğunu söylədi. O, mundial iştirakçılarına uğurlar arzulamağı da unutmadı.
Ardınca kompüter vasitəsi ilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atıldı. Əvvəlcə qadınların çəkilərində püşkatma baş tutdu. Hər kateqoriyada dünya reytinqində ilk “3-lük”də qərarlaşanların qələbələrindən görüntülərin yer aldığı qısa videoçarxdan sonra reytinqdə ilk “8-lik”də yer alanlar müxtəlif qruplara bölüşdürüldü. Ardınca qalanları avtomatik püşkatma sistemiylə səpələndi. Kişilərdə videoçarx zamanı reytinqdə ilk “4-lük”də yer alanların görüntüləri əksini tapırdı. Qalan elementlər qadınlarda olduğu kimi idi.
Ən sonda komanda yarışının püşkü atıldı. 19 ölkənin mübarizə aparacağı turnirdə yığmamızın ilk rəqibi Avstriya olacaq. Ancaq püşkün üzümüzə güldüyünü söyləmək olmaz. Çünki millimiz Qərbi Avropa təmsilçisini sıradan çıxarsa, növbəti mərhələdə Yaponiya - Monqolustan cütünün qalibi ilə qarşılaşacaq. Asiyalıların bu idman növündə necə güclü olduğunu isə izah etməyə ehtiyac yoxdu. Bundan başqa, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası vahid komanda kimi mübarizə aparacaq. Bu, fərdi yarışlara şamil olunmayacaq.
Bundan sonra cüdoçumuz Rüstəm Orucov, fransalı 2 qat olimpiya, 10 qat dünya və 5 qat Avropa çempionu Teddi Riner və avstriyalı Avropa çempionu Sabrina Filtsmozerin iştirakıyla mətbuat konfransı keçirildi. Təəssüf ki, əcnəbi idmançıların fikirləri dilimizə tərcümə olunmadı.
Rüstəm Orucov: “Yığmamız çox yaxşı formadadı. Komanda yoldaşlarım yarışa ciddi hazırlaşıb. Ümid edirəm ki, mundialda uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəyik”.
Teddi Riner: “Qarşıdakı iki dünya çempionatında iştirak etməməyə qərar verdim. Amma bütün rəqiblərimin görüşlərini izləyəcəm. Bakıda çox maraqlı yarış olacaq”.
Sabrina Filtsmozer: “Bir neçə dəfə Bakıda olmuşam. Yenidən burda olmaq xoşdu. Dünya çempionatı hər idmançı üçün xüsusi hadisədi. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Daha sonra həmin mehmanxanada İJF-nin gender bərabərliyinə həsr olunan "Biz birlikdə güclüyük" adlı ilk beynəlxalq konfransı keçirildi. Konfransda çıxış edən Maruis Vizer bunları dedi: “İdman sülh və dostluğu tərənnüm edir. Uğur əldə etmək üçün idmançı peşəkar və iddialı olmalıdı. Cüdoda gender balansı tam qorunur. Dünya çempionatında bunun şahidi olacağıq. Başqa idman növlərindən fərqli, cüdoda bu balans ciddi gözlənilir”.
Sonra İJF-nin gender bərabərliyi üzrə rəhbəri Liza Allan məruzə ilə çıxış edərək, bu sahədə həyata keçirilən layihələr, əldə olunan uğurlar və perspektivlər haqda məlumat verdi. Ali qurumun inkişaf üzrə direktoru Yamaşita Yasuhiro çıxışında Yaponiya Cüdo Federasiyasının gender bərabərliyinin təmin olunması istiqamətində gördüyü işlərdən danışdı. Konfrans məruzələrlə davam etdi.

Yeri gəlmişkən...
IJF mundialı yayınlayacaq telekanalların adını açıqlayıb. Onlar arasında CNN, “Euronews”, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq. 86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış Az.TV (İdman Azərbaycan) və “CBC Sport” vasitəsilə yayınlanacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar