20 sen 21:00idman

Mundialda üzümüzü kim(lər) güldürəcək?

Mundialda üzümüzü kim(lər) güldürəcək?
Nəhayət, o an gəlib çatdı. Bu gündən bütün cüdo ictimaiyyətinin gözü Bakıda olacaq. Çünki 32-ci dünya çempionatı paytaxtımızda baş tutacaq. Sözsüz, bizim üçün əsas məqam idmançılarımızın çıxışıdı. Ötən il kəmiyyət sarıdan ölkə rekordu yeniləndi. Budapeştdə 4 medal qazanıldı. Deməli, növbəti hədəf 5 medal olmalıdı. Üstəlik, bunlardan ən azı birinin “qızıl” olması şərtdi. Elxan Məmmədovun (100 kq) beş il əvvəl qazandığı uğuru kimsə təkrarlamalıdı, ya yox?! Nəzərə alaq ki, bu dəfə mundial ağzımızın içinə gəlib. Milli Gimnastika Arenasında cüdoçularımız maksimum dəstək görəcək. Necə deyərlər, evdə “doğma divarlar” da idmançıya kömək edir.
İndi isə gəlib çatdıq idmançılarımızın çıxışını proqnozlaşdırmağa. Hər halda, püşkatmanın da nəticələrinə nəzər salıb, təxminlərimizi irəli sürə bilərik.
Kəramət Hüseynov (60 kq)
Tural Səfquliyevin zədələnməsi onun DÇ-yə yolunu açdı. Böyüklərin mundialında debüt edəcək olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğlu son iki ildə qatıldığı yarışlardan medalsız dönmür. Ötən il gənclər arasında DÇ-də “gümüş”ü boynundan asan Hüseynovun son iki yarışı böyüklər arasında olub. Kəramət iki müxtəlif şəhərdə keçirilən Avropa Kubokunda fəxri kürsüyə qalxıb. 20 yaşlı idmançının karyerası hələ qabaqdadı. Bu üzdən kişi cüdoçularımız arasında ən az təzyiq onun üzərinə düşəcək. Debütdə belçikalı Joran Şildermansla qarşılaşacaq Hüseynovun medal perspektivi görünmür.
Orxan Səfərov (60 kq)
Ən yüngül çəkidə medal gözləyə biləcəyimiz idmançıdı. 5 il əvvəl Rioda ilk DÇ medalını (bürünc) qazananda cəmi 22 yaşı vardı. Ötən il isə mundialda finaladək irəlilədi. Olimpiadada medalın biraddımlığında dayanan Səfərov həm də ilk Avropa Oyunlarında fəxri kürsüyə qalxan yeganə cüdoçumuz olmuşdu. Orxan son vaxtlar 66 kq-da bəxtini sınayırdı. Avropa çempionatında kateqoriya dəyişikliyi müsbət nəticə vermədi və cüdoçu yenidən əvvəlki çəkisinə qayıtdı. Püşkü Səfərov üçün münasib saymaq olar. Startda monqol Amartuvşin Bayaraanı sınağa çəkəcək Orxan bu çəkinin lideri Ryuyu Naqayama (Yaponiya) ilə yalnız finalda qarşılaşa bilər.
Nicat Şıxəlizadə (66 kq)
Düz 13 il əvvəl yeganə DÇ medalını Misirin Kayro şəhərində qazanan 29 yaşlı cüdoçu həmin “bürünc”lə kifayətlənmək fikrində deyil. Hərçənd bu il heç bir yarışda medal qazanmadığını qeyd etməliyik. Mundialda çıxış edən cüdoçularımız arasında ən təcrübəlisidi. Elə əsas ümid də onun təcrübəsindən faydalanmasınadı. İlk mərhələdən azad olan Şıxəlizadənin debütdə rəqibi Mohamed Abdelmavqud (Misir) – Brian Çiminya (Zimbabve) cütünün qalibi olacaq. Nicat ən azı 3-cü yeri tuta bilər. Çünki püşk yarımfinaladək onun yoluna reytinqin liderlərini çıxarmayıb.
Hidayət Heydərov (73 kq)
Baxmayın ki, cəmi 21 yaşı var. O artıq indidən əksər cüdoçuların canına vəlvələ salmağı bacarıb. Yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionu olan Heydərov ötən il gənclərin mundialında da bütün rəqiblərinə yuxarıdan baxdı. Bu il qatıldığı iki yarışda da fəxri kürsüyə qalxan Hidayətin fiziki dözümlülüyü göz oxşayır. Əzmkarlığıyla seçilən cüdoçumuz ötən il son anda böyüklərin dünya çempionatında medalsız qaldı. Bu dəfə hədəf minimum “bürünc” olacaq. Ancaq heç vaxt titullu rəqiblərindən çəkinməyən Heydərovun baş mükafata kökləndiyi şübhə doğurmur. Startda iraqlı Səccad Seheni sınağa çəkəcək yığma üzvü 1/4 finaladək rahat irəliləyə bilər. Bu mərhələdə onu çox güman, güclü monqol cüdoçu Odbayar Qanbaatar gözləyəcək. Xarakter nümayiş etdirib onu keçsə, yarımfinalda daha güclü asiyalıyla üz-üzə gələ bilər. Söhbət bu çəkinin lideri olan yapon Soiçi Haşimotodan gedir.
Rüstəm Orucov (73 kq)
İndi də olmasa, bəs nə vaxt?! Yəqin ki, bu sual Orucovu da ciddi düşündürür. Rüstəm bəlkə də evdəki mundiala ölüm-dirim məsələsi kimi baxır. Çünki ötən ildən Hidayət Heydərovun kölgəsində qalıb. Halbuki 2 il əvvəl yığmanın lideri məhz o sayılırdı. Həmin statusu geri qaytarmaq üçün ələ bundan gözəl fürsət düşə bilməzdi. Rio Olimpiadasından sonra ötən il Budapeştdə DÇ-nin də “gümüş”ünü hesabına yazan Orucovun əla texnikası var. Psixoloji hazırlığı tam qaydasında olsa, Milli Gimnastika Arenasında himnimizi səsləndirə bilər. Püşkün nəticəsi də buna imkan verir. Misirli Mohamed Mohieldinlə mübarizəyə start verəcək Orucova yarımfinaladək qorxulu rəqib görünmür.
Məmmədəli Mehdiyev (90 kq)
Ondan medal gözlənilmir. Düzdü, son 3 yarışda fəxri kürsüyə qalxıb. Ancaq indiyədək böyük turnirlərdə (AÇ, DÇ, Olimpiada) medal sevinci yaşamayıb. Bakıda ilk rəqibi belaruslu Viktor Kliavusov olacaq. Ən yaxşı halda 1/4 finaladək irəliləyəcəyini proqnozlaşdıra bilərik. Yarımfinalın bir addımlığında gürcü Beka Qvinaşvilinin öhdəsindən gəlmək müşkül məsələdi.
Elmar Qasımov (100 kq)
2009-cu ildə Ermənistanda himnimizi səsləndirən (gənclərin Avropa çempionatı) yeganə idmançımız olan Qasımov bir ara yığmadan uzaq düşmüşdü. Əslində bir cüdoçu kimi səviyyəsinə söz ola bilməz. Sadəcə, intizam və xarakteriylə bağlı bəzi problemləri var. Bu da daha böyük uğurlara imza atmağa imkan vermir. Ötən il DÇ-də “bürünc”ü boynundan asan Qasımov bu dəfə daha böyük uğura köklənib. Amma püşkdə bəxti gətirməyib. İlk mərhələdə isveçli Martin Paçeklə qarşılaşacaq Elmar 1/8 finalda çox güman, bu çəkinin lideri Varlam Liparteliani ilə üz-üzə gələcək. Gürcünü yensə, o zaman çempionluğa doğru inamla irəliləyə bilər.
Zelim Kotsoyev (100 kq)
Əksəriyyət bu çəkidə yeganə dünya çempionumuz Elxan Məmmədovun mübarizə aparacağını gözləyirdi. Ancaq 20 yaşlı idmançının əla formada olması təcrübəli cüdoçunu “ofsayd”a saldı. Kotsoyev ardıcıl 8 yarışdan medalsız qayıtmayıb. Özü də bunların yeddisində çempion olub. Zelim bu seriyanı mundialda davam etdirə bilər. Amma startda isveçli Xoakim Dvarbini yendikdən dərhal sonra titula iddialı Maykl Korrellə (Hollandiya) münasibətləri aydınlaşdıracaq. Bax, onu da keçsə...
Uşanqi Kokauri (+100 kq)
Gürcü legionerin uğuruna inam çox azdı. Debütdə belaruslu Tsiarpitskini yenə bilər, hətta 1/4 finaladək irəliləməsi də mümkündü. Amma bundan sonra işıq ucu görünmür.
Qadınlar
Zərif cinsin nümayəndələrindən uğur gözləmək hədsiz nikbinlik olar. Yalnız İrina Kindzerska (+78 kq) ötənilki uğurunu təkrarlaya bilər. Ukraynalı legioner debütdə litvalı Sandra Yablonskit, Aişə Qurbanlı (48 kq) holland Amber Qersyes, Buyankişiq Purevsuren (52 kq) britaniyalı Çelsi Giles, İçinxorloo Munxtsedev (57 kq) isə alman Ameli Stolla qarşılaşacaq.
Qeyd edək ki, bu gün 48 və 60 kq-da çıxış edən cüdoçular tatamiyə çıxacaq. Görüşlərə səhər saat 10-da start veriləcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar