12 sen 23:59idman

Yığma Sloveniyada Kameruna qalib gəlib, vətənə qayıdır

Yığma Sloveniyada Kameruna qalib gəlib, vətənə qayıdır
Yoxlama oyunlarının azlığı narahatlıq doğurur
Qadın voleybolçulardan ibarət yığmamızın Sloveniya toplanışı başa çatmaq üzrədi. Komandamız Maribordakı hazırlıq prosesini bu gün başa vuraraq, vətənə qayıdacaq. Maraqlıdı ki, millimiz bu ölkədəki ikinci təlim-məşq toplanışında cəmi bir yoxlama oyunu keçirib. Faiq Qarayevin yetirmələri sentyabrın 10-da çətinlik çəkmədən Kameruna qalib gəlib - 4:0 (25:21, 25:21, 25:21, 25:12). Ancaq voleybolçularımız Bakıya qayıtdıqdan sonra dincəlməyəcək. Ölkəmizə təşrif buyuracaq Rusiya klublarıyla yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub. Dərnəgül Voleybol Mərkəzində Yekaterinburq – Bakı marşrutunu su yoluna döndərən Nikolay Karpolun “Uraloçka”sı sınağa çəkiləcək. Krasnodar “Dinamo”sunun da ölkəmizə gələcəyi gözlənilir.
Artıq Yaponiyada keçiriləcək dünya çempionatına çox az vaxt qalıb. Zarafat deyil, 17 gündən sonra millimiz mundialda ilk oyununa çıxacaq. Komandamızın isə hazırda hansı vəziyyətdə olduğunu bilmirik. Ötən ay Türkiyənin Antalya şəhərində təşkil olunan “Gloria Cup”da yığma ümidləri doğrultmadı. Yalnız əvvəlki əzəmətini itirən İtaliyaya qalib gələn milli Türkiyə və Rusiya qarşısında aciz qaldı. Ancaq əsas heyət üzvlərindən Natalya Məmmədova ilə Kristina Yaqubovanın, demək olar ki, meydana çıxmadığını da unutmayaq. Yəni heyət optimal olarsa, Qarayevin yetirmələrinin hansı gücə sahib olacağını bilmirik. Ancaq bir şeyi dəqiq bilirik ki, Maribordakı ilk toplanışdan fərqli, ikincisi ciddi mənada faydalı keçmədi. İyul-avqust aylarında Sloveniyada bir neçə yoxlama oyunu keçirilmişdi və praktika artımı üçün olduqca vacib idi. Ancaq son toplanışda yalnız Afrika təmsilçisiylə münasibətlər aydınlaşdırılıb. Başqa komandalarla planlaşdırılan qarşılaşmalar isə müəyyən səbəblərdən baş tutmayıb. Düzdü, Kamerun Afrikanın ən güclü yığması sayılır. Reytinqdə də bizdən 6 pillə irəlidədilər. FİVB-nin sıralamasında 18-ci sırada yer alan komandanın real gücü isə başqa şey deyir. Millimiz çətinlik çəkmədən rəqibinə qalib gəlir. Zəif rəqiblərlə oyunlar isə müsbət bir şey vermir. Axı belədə zəif yerlərini üzə çıxarmaq mümkün olmur. Prinsipcə, klublarla yoxlama oyunları da bu qəbildəndi.
Heyətə də toxunmadan keçə bilmərik. Voleybol Federasiyasının mətbuat xidməti hələ millimizin heyətini açıqlamayıb. Əlbəttə, mundiala yollanacaq “14-lüy”ün müəyyənləşdirilməsinə hələ var. Ancaq ən azı toplanışda iştirak edənlərin adlarını ictimaiyyətə açıqlamaq lazımdı. Saytı işləməyən AVF məlumatları “feysbuk” səhifəsi vasitəsi ilə paylaşır. Orda komandanın şəkli yerləşdirilib ki, buna əsasən Qarayevin sərəncamında olan voleybolçuların adlarını açıqlaya bilərik. Hazırkı heyətdə 20 oyunçu var. Hücumçu sarıdan qıtlıq yoxdu. Anastasiya Bessonova, Marqarita Əzizova, Yekaterina Jidkova, Polina Rəhimova, Natalya Məmmədova, Yana Kulan, Odina Bayramova, Yelizaveta Səmədova və Anastasiya Qurbanova bu mövqedə çıxış edir. Ancaq onlardan ikisi – Bayramova ilə Səmədova nisbətən normal top qəbulu texnikasına sahibdi. Hərçənd Odinanın özünün də servis qarşılamada ciddi problemlərinin olduğunu dəfələrlə görmüşük. Sadəcə, onun alternativi yoxdu. Çox güman, Qarayev Məmmədova, Səmədova və Bayramova “3-lüy”ündən ikisini əsas heyətdə meydana buraxacaq. Rəhimova isə diaqonal (qəbulsuz) hücumçu kimi çıxış edəcək. Eynilə ötən il Bakıda keçirilən Avropa çempionatında olduğu kimi. Heyətdə 4 libero var: Leyla Parşkova, Yuliya Kərimova, Bəyaz Əliyeva, Ceyran İmanova. Faiq bəy nədənsə Kərimovayla Əliyevaya üstünlük verir. Yuliyanın libero kimi üstünlükləri çoxdu. Ancaq karyerasına hücumçu kimi başlayıb, sonradan libero mövqeyinə keçən Bəyazın tələblərə cavab verdiyini söyləmək olmaz. Təcrübəli mütəxəssis bəlkə də İmanovanı oyunun gedişində 2-ci libero kimi meydana buraxmaq üçün onun adını hücumçu kimi iştirak ərizəsinə salacaq. Çünki Ceyran adətən setin sonlarında, qəbulda problemlər baş qaldıranda meydana çıxır. Digər iki mövqedə baş məşqçinin elə də çox alternativ variantı yoxdu. Toppaylayıcılar Şəfaqət Həbibova, Kristina Yaqubova və Yana Əzimovadı. Qızıl Avropa Liqasında Əzimova daha yaxşı təsir bağışladı. Ancaq Yananın həmkarları beynəlxalq oyun təcrübəsinə görə onu qabaqlayır. Qarayev məhz bu məqamı nəzərə alaraq, “14-lüy”ə Həbibova və Yaqubovanın adını daxil edə bilər. Hər halda, bu, daha real görünən ehtimaldı. Ayşən Abduləzimova, Aynur Kərimova, Alyona Həsənova və Kseniya Pavlenko blokçularımızdı. Sonuncu gənc olduğundan kənarda qalacaq isimdi. Yalnız digər üç voleybolçudan kimsə zədələnsə, Pavlenko mundiala yollana bilər.
Bu arada dünya çempionatının qrup oyunlarının başlama saatı açıqlanıb. “Gündoğar ölkə” ilə aramızda 5 saat fərq olduğundan millimizin görüşlərini günün ilk yarısında canlı izləyə biləcəyik. C qrupunun təqvimi belədi:
1-ci tur
29 sentyabr
8.40 Rusiya – Trinidad və Tobaqo, 11.10 AZƏRBAYCAN – ABŞ, 14.20 Koreya – Tayland
2-ci tur
30 sentyabr
8.40 ABŞ – Trinidad və Tobaqo, 11.10 AZƏRBAYCAN – Koreya, 14.20 Tayland – Rusiya
3-cü tur
2 oktyabr
8.40 Rusiya – AZƏRBAYCAN, 11.10 Trinidad və Tobaqo – Tayland, 14.20 ABŞ – Koreya
4-cü tur
3 oktyabr
8.40 AZƏRBAYCAN – Trinidad və Tobaqo, 11.10 Koreya – Rusiya, 14.20 Tayland – ABŞ
5-ci tur
8.40 Trinidad və Tobaqo – Koreya, 11.10 Tayland – AZƏRBAYCAN, 14.20 Rusiya – ABŞ
Xatırladaq ki, hər qrupda ilk 4 yeri tutanlar ikinci qrup mərhələsinə vəsiqə qazanacaq. Onu da nəzərinizə çatdıraq ki, mundialın ölkəmizdə hansı yerli telekanal tərəfindən yayınlanacağı bilinmir.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar