10 sen 13:35idman

İJF bu dəfə çempionlarımızı danışdırdı

İJF bu dəfə çempionlarımızı danışdırdı
Elnur Məmmədli: “İçindəki divi idman yolu ilə çıxarırsan”
Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb. Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakı və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib. 1992-ci il Barselona Olimpiadasında 1-ci yeri tutmaqla ölkəmizin ilk olimpiya çempionu kimi tarixə düşən Hüseynov onu uğura aparan yoldan söz açıb. O özü üçün əlamətdar gündə qızıl medal qazandığını vurğulayıb: “Azərbaycan çox gözəl ölkədi, Odlar Yurdudu. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün deyə bilərəm ki, cüdomuz çox sürətlə inkişaf edir. Azərbaycan Xəzərin sahilində yerləşir, gözəl dağları, meşələri var.
Cüdo uşaqlar və gənclər üçün nizam-intizam deməkdi. Kiminsə xətrinə dəysələr, cüdoçu onda kömək edə bilər. Yəni zəifləri müdafiə edərlər. Nailiyyət qazanmaq istəyilə 11 yaşımda cüdoya gəldim, 13 yaşımda qolum sındı. Artıq 15 yaşımda yeniyetmələr arasında Bakı, Respublika çempionu oldum. Bundan sonra yığmaya cəlb olundum, təlim-məşq toplanışlarına qatıldım. Əlamətdar gündə –avqustun 2-də, ad günümdə olimpiya çempion oldum. Həmin dönəmdə Azərbaycanı heç kim tanımırdı. Mən Barselonaya gedib, Yay Olimpiya Oyunlarının ilk qızıl medalını gətirəndən sonra ölkəni tanımağa başladılar”.
“Barselona Yay Olimpiya Oyunlarında Nazim Hüseynovun qələbəsi hələ də gözümün qabağındadı”, – deyə Zəkiyev söhbətə başlayır. O, fikirlərinə həqiqi hərbi xidmətdə olduğu zaman erməni snayperin açdığı atəş nəticəsində yaralanmasından sonra görmə qabiliyyətini itirməsi ilə davam edir: “Cüdoya başlayandan qısa müddət sonra ölkə daxilinda uğurlarım oldu. Amma 1998-də həqiqi hərbi xidmətə çağırıldım və vətənə borcumu verməyə getdim. 1999-cu il fevralın 4-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində yatdım. Hətta həkimlər deyirdi ki, öləcək, qalmayacaq. Nəticədə görmə qabiliyyətimi tam itirdim. İdmana qayıdışım real görünmürdü. Yenidən cüdoya qayıtmağım fantastik ola bilərdi. İlk günlər tatamidə bu vəziyyətə alışmaq çətin idi. Amma bu gün tatamidə özümü “suda balıq” kimi hiss edirəm. Rəqibi görməsəm də, hiss edirəm. Hara baxdığını, hansı fəndə cəhd etdiyini duyuram. Yaralandıqdan sonra idmana, məhz cüdoya qayıtmağımla həyatımda yeni səhifə açıldı. Bundan sonra cüdonu daha çox sevdim, çünki cüdo həyat tərzimə çevrilib, mənim işimdi. Deyərdim ki, cüdo mənim həyatımdı. Beynəlxalq Cüdo Federasiyasının dünya çempionatının ölkəmizdə keçirilməsinə etimad göstərməsi Azərbaycanda bu idman növünün inkişafından irəli gəlir. Burda dünya çempionatı keçiriləcək və bütün cüdosevərlər bu bayramı yaşayacaqlar”.
2015-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında Avropa çempionatının qalibi olmuş Hacıyeva cüdoçularımızın mundialda uğurlu çıxış edəcəklərinə inamını ifadə edib. Cəbrayıl rayonunun işğalından sonra Sumqayıtda məskunlaşmış məcburi köçkün ailəsinin üzvü idmana valideynlərinin istəyi ilə gəldiyini deyib: “Valideynlərimin idmana böyük həvəsi vardı və məni də idmana qoymaq istəyirdilər. Bir-iki növü məsləhət gördülər. Mən də cüdonu seçdim. Qaçqın olmaq, kasıblıq şəraiti bir bəhanədi. İnsanın qarşısında məqsədi, özünəinamı varsa, hər şeyə nail ola bilər. Dünya çempionatına çox güclü hazırlaşırıq və inanırıq ki, çempion olub, Olimpiadaya lisenziyanı təmin edəcəyik”.
Pekin Olimpiadasının qalibi olan Elnur Məmmədli Nazim Hüseynovun olimpiya çempionu olmasından sonra cüdoya həvəsinin yarandığını söyləyib. O, gənclərə tövsiyələrini də çatdırıb: “2008-ci il avqustun 11-i mənim üçün unudulmaz gündü. Həmin gün həyatıma ağ zolaq yazıldı. Arxaya baxmaq istəmirsən. Deyirsən ki, bu çətinliyi keçməyim nə yaxşı oldu. Rahat nəfəs ala bilirsən. Xalqımın məni çox istəməsi, qəhrəmanı ilə qürur duyması özümü də çox sevindirirdi. Bu, gözəl hisslərdi. Bütün gənclərə üzümü tutub deyirəm ki, narkomaniyadan uzaq olsunlar, sağlam həyat tərzi keçirsinlər. Fərqi yoxdu, peşəkar və ya həvəskar. Əsas odu ki, idmanla məşğul olursan və içindəki divi idman yolu ilə çıxarırsan”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar