02 mar 15:23idman

Ruslan Dehlidə təəccübləndirdi

Ruslan Dehlidə təəccübləndirdi
Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Martın 2-də başa çatacaq yarışda çıxış edən Ruslan Lunyov 25 metr məsafəyə atəşaçmada 3-cü yeri tutub. Təsnifat mərhələsində 579 xalla 4-cü olaraq finala yüksələn İradə Aşumovanın oğlu həlledici atışlarda 23 xalla bürünc medala sahib olub. O, 31 xal toplayan çinlilərdən – Jiajie Lao və Junmin Lindən geri qalıb. Lunyov 10 m məsafədən atəşaçmada da hədəf önünə keçəcək.
Boksçumuz Bolqarıstanda fərqləndi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi turnir keçirilib. Finaladək irəliləyən Anna Əlimərdanova (54 kq) həlledici döyüşdə yerli Stanimira Petrovaya uduzaraq gümüş medalı boynundan asıb. Kişilərin yarışında Tayfur Əliyev (56 kq) və Vüsal Verdiyev (60 kq) 1/4 finalda mübarizəni dayandırıb.
“Azərreyl” üçün son şans
Bu gün voleybol üzrə Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq. “Telekom” evdə, “Azərreyl” isə səfərdə oynayacaq.
TELEKOM – Konelyano (İtaliya)
Hakimlər: Mario Bernaola (İspaniya), Mirko Yankoviç (Serbiya).
28 fevral. Bakı. “Sərhədçi” İdman Olimpiya Mərkəzi. Saat 17.00
A qrupunun xalsız komandası doğma meydanda İtaliya klubunu qəbul edəcək. İlk turda səfərdə sürpriz etmək mümkün idi. Çünki “Konelyano” ilə İtaliyadakı oyunun ilk setində “Telekom” 18:12 öndə idi. Qazanılacaq ilk set qələbə inamını artıracaqdı. Ən azı səfərdən 1 xalla qayıtmaq mümkün idi. Ancaq həmin setin əldən verilməsi Zoran Qayiçin yetirmələrini ruhdan salmışdı. İstənilən halda, “dördlər finalı”na evsahibliyi edəcək “Konelyano” məğlubedilməz deyil. “Telekom” azarkeşləri önündə ÇL-lə qələbə ilə vidalaşa bilər. Yetər ki, xarakter və özünəinam yüksək səviyyədə olsun.
Tauron (Polşa) – AZƏRREYL
Hakimlər: Nadejda Kozlova (Rusiya), Tumas Murulo (Estoniya).
28 fevral. Dabrova Qornitsa. “Sentrum” İdman Sarayı. Saat 21.00
“Azərreyl”in taleyinin öz əlində olmadığını daha öncə yazmışdıq. “Əczaçıbaşı” və ya “Volero” büdrəməsə, təmsilçimizin pley-offa yüksəlmək şansı olmayacaq. Hər halda, Famil Ağayevin komandası üzərinə düşən işi görməlidi. Polşada 3 xal qazanıb, digər qruplardakı oyunlarda əlverişli nəticələrə ümid etməlidi. Hərçənd “Tauron”a səfərdə qalib gəlmək heç də asan olmayacaq. Polşa klubları evdə çox yaxşı oynayır. Azarkeş dəstəyinin verdiyi güclə “Tauron”un bu görüşdə favorit sayıldığını etiraf etmək lazımdı. Bu komanda daha çox kollektiv mübarizəsiylə seçilirsə, “Azərreyl”də fərdlər ön plandadı. Yekaterina Jidkova məhsuldarlıq nümayiş etdirsə və blokda işlər qaydasında getsə, ən azı qrup ikinciliyini təmin etmək olar.
U-20 “Novruz” turnirinə qatılacaq
Martın 16-21-i aralığında Qırğızıstanın paytaxtı Bişkekdə basketbol üzrə ənənəvi “Novruz” turniri keçiriləcək. Yarışda ölkəmizi 20 yaşadək basketbolçulardan ibarət yığma təmsil edəcək. Turnirdə Tahir Baxşıyevin yetirmələriylə yanaşı, Qırğızıstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları mübarizə aparacaq.
Üçüncü dövrə start götürdü
Dünən voleybol üzrə kişilərin ölkə çempionatında 3-cü dövrəyə start verilib. “Sumqayıt” maliyyə problemləri üzündən birincilikdən çəkildiyindən bundan sonra bütün oyunlarda bu komandanın hesabına texniki məğlubiyyət yazılacaq. Bu üzdən 11-ci turda “Naxçıvan” meydana çıxmadan qələbəyə sevinib. Dərnəgül Voleybol Mərkəzində keçirilən iki görüşdə çempionluğa iddialılar çətinlik çəkmədən qələbə qazanıb.
Nəqliyyatçı – Lokomotiv 0:3 (17:25, 21:25, 12:25), Neftçi – MOİK 3:0 (25:12, 25:10, 25:7),
1. Neftçi 11 10 1 32-5 31
2. Lokomotiv 11 10 1 31-6 30
3. MOİK 11 5 6 16-23 16
4. Naxçıvan 11 5 6 20-22 15
5. Nəqliyyatçı 11 2 9 11-27 8
6. Sumqayıt 11 0 11 0-33 0
Bu gün 12-ci turun görüşləri baş tutacaq: 12.00 Lokomotiv – Naxçıvan, 14.00 Neftçi – Nəqliyyatçı.
Sabah isə 13-cü turun qarşılaşmaları reallaşacaq: 12.00 Nəqliyyatçı – Naxçıvan, 14.00 Lokomotiv – MOİK.
A seriyasında növbəti qələbə
Türkiyə voleybol çempionatında 18-ci turun oyunları keçirilib. “Beşiktaş” İstanbulda “Seramiksan”a qalib gəlib – 3:1 (21:25, 25:23, 25:23, 25:21). Kseniya Poznyak bu görüşdə komandasına xal qazandıra bilməyib. “Çanakkale Bələdiyyəsi” isə gözlənilmədən evdə “Bursa BB”yə uduzub – 0:3 (19:25, 20:25, 15:25). Yana Kulan cəmi 3 xal toplayıb. “Çanakkale Bələdiyyəsi” 28 xalla 6-cı, “Beşiktaş” isə 22 xalla 8-ci pillədə qərarlaşıb. Növbəti turda “Çanakkale Bələdiyyəsi” “Halkbank”ın, “Beşiktaş” isə “Nilufər Bələdiyyəsi”nin qonağı olacaq.
İtaliya A seriyasında 19-cu tur geridə qalıb. “Firenze” doğma meydanda “Yamamay”a aman verməyib – 3:0 (25:23, 25:16, 25:14). Odina Bayramova 10 xalla qələbədə pay sahibi olub. 23 xalla 9-cu yerdə gedən “Firenze” növbəti turda səfərdə “Modena” ilə münasibətləri aydınlaşdıracaq.
Bakıya olimpiya çempionları gələcək
Martın 16-dan 19-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Artıq ikinci ildi paytaxtımızın evsahibliyi edəcəyi turnirdə 23 ölkədən 90 kişi, 46 qadın idmançının çıxışı gözlənilir. Turnirin ilk 2 günündə təsnifat mərhələsi, son 2 gündə isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Kişilər 6, qadınlar 4 dəst medal uğrunda mübarizə aparacaq. Məşhur kişi idmançılar arasında olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiadanın gümüş medalçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail), qadınlardan üçqat olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (Özbəkistan) Dünya Kubokunda qüvvəsini sınayacaq. Ölkəmizi məsul yarışda Oleq Stepko, Murad Ağarzayev, Timur Bayramov, Bense Talas, Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcək.
Akrobatlardan uğurlu çıxış
Ukraynanın Vinnitsa şəhərində akrobatika üzrə beynəlxalq turnir keçirilib. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük çoxnövçülükdə 82,160 balla qızıl medal əldə edib. Ağasif Rəhimov - Nurcan Cabbarlı (81,400) dueti isə bürünc medal qazanıb.
Qadınlardan ibarət “3-lüy”ün - Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədovanın beynəlxalq arenadakı debütünü də uğurlu saymaq olar. Onlar çoxnövçülükdə hakimlərdən 79.960 bal alaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar