07 sen 16:08idman

DÇ-də rekord qırılacaq

DÇ-də rekord qırılacaq
Ermənilər Bakıya gəlməyəcək
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına cəmi yarım ay qalıb. Sentyabrın 20-dən 27-dək Milli Gimnastika Arenasında təşkil olunacaq mundiala hazırlıq işləri tam sürətlə davam edir. Artıq ölkə xaricində təlim-məşq toplanışını başa vuran yığmalarımız vətənə qayıdıb. Ancaq kişilər və qadınlar Bakıda müxtəlif yerlərdə hazırlığı davam etdirir. Əldə etdiyimiz məlumata görə, kişilər “Xəzri Palace”də toplanış keçir. Baş məşqçi Ruslan Maşurenko cüdoçuları dəniz kənarında tərlədir. Görünür, fiziki hazırlığa ciddi önəm verən ukraynalı mütəxəssis prinsiplərindən əl çəkmək fikrində deyil. Ancaq məsul yarış ərəfəsində yüklənmədən azad olmaq, üstünlüyü taktiki-texniki hazırlığa vermək lazımdı. Əks halda, fiziki yorğunluq DÇ-də özünü göstərəcək.
Azər Şıxəliyev yığmadan getdi
Bir neçə ay əvvəl millinin məşqçilər korpusunda dəyişiklik baş vermişdi. Fərhad Məmmədov baş məşqçi ilə yola getmədiyindən yığmadan ayrılmışdı. Onun əvəzinə məşqçilər korpusuna dünya çempionu Elxan Məmmədov cəlb olundu. Dünən isə Azər Şıxəliyevin də komandadan ayrıldığını öyrəndik. Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu xəbəri təsdiqlədi və bunları dedi: “Onun yığmadan ayrılmasının səbəbini deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bizdə heç bir məşqçi kənarda qalmır. Azər müəllim də, daha öncə millidən ayrılan Fərhad müəllim də “Neftçi”nin cüdo komandasında məşqçi kimi fəaliyyət göstərir. Hansısa komandadan ayrılan məşqçilərə alternativ işlər təklif olunur. Heç kim həyatı boyunca eyni vəzifədə çalışmır. Uzun illər yığmanın baş məşqçisi olan Ağayar Axundzadə indi Yarışların Təşkili Komitəsinin, ondan sonra millini çalışdıran Hacıağa Hacıəhmədov isə Məşqçilər Komitəsinin sədri vəzifəsini icra edir”.
Ermənilər Bakıya gəlməyəcək
Adətən, belə nüfuzlu yarışları keçirən ölkələr qarşısında şərt qoyulur ki, bütün üzvlərə bərabər şərait yaradılsın. Burda heç bir siyasi düşmənçilikdən söhbət gedə bilməz. Deməli, dünya çempionatını qəbul edən ACF İJF qarşısında öhdəlik götürüb ki, Ermənistan cüdoçularının da təhlükəsizliyini təmin edəcək. Buna dəfələrlə şahidlik etmişik. Müxtəlif növlər üzrə yarışlarda iştirak etmək üçün bizimkilər İrəvana gedib, ermənilər isə Bakıya gəlib. Azarkeş uğultusundan başqa hər hansı problem yaşanmayıb. Yəqin ki, bu dəfə də istisna olmayacaqdı. Bəli, olmayacaqdı. Xəbəri keçmiş zamanda verməyimiz təsadüfi deyil. Çünki bu dəfə ermənilər Bakıya gəlməkdən imtina edib. Bəhanələri də hazırdı: Azərbaycan təhlükəsizliyə təminat vermir.
Ancaq dünən Gənclər və İdman Nazirliyi (AGİN) yaydığı bəyanatla Ermənistanın iddialarının əsassız olduğunu bildirib: “Bu dəfə də Ermənistan tərəfi cəfəngiyyat və qarayaxma ilə məşğuldu. Belə ki, sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək cüdo üzrə 32-ci dünya çempionatına bir neçə gün qalmış Ermənistan Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla bağlı idmançılarının ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirir. Məlumat üçün bildirək ki, illər öncə Azərbaycan və Ermənistanda keçirilən yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki ölkə arasında xüsusi format mövcud olub. Bu formata əsasən Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinməsinin səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdı”.
Rüstəmi “qızıl”dan məhrum edən cüdoçunun iddiası
Yaponiya cüdonun vətənidi və bu idman növündə dominantlığını qoruyur. “Gündoğar ölkə” xüsusən dünya çempionatı və Olimpiadaya ciddi önəm verir. Bu üzdən belə yarışlara optimal heyət göndərilir. Bakıda da istisna olmayacaq. Bir müddət öncə yaponların heyətini diqqətinizə çatdırmışdıq. Çempionluğa iddialı cüdoçulardan biri də Soiçi Haşimotodu. İJF-nin rəsmi saytına müsahibə verən idmançı iddiasını ortaya qoyub: “Çempion titulunu qoruyan idmançı kimi Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci qızıl medalımı qazanmaq istəyirəm”.
Ötən il Macarıstanda bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxan 27 yaşlı cüdoçu bildirib ki, bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindi. 73 kq-da çıxış edən dünya çempionu hər turnirdən həzz almağa çalışdığını söyləyib: “Mənim çoxlu rəqibim var. Amma onların hər birinə qarşı fərdi şəkildə hazırlaşmaq üçün heç nə etmirəm. Ən böyük hazırlığım “mən çempion olacağam” düşüncəsidi. Favorit sayıldığım üçün bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindi. Ona görə də təzyiqi qəbul edir və sadəcə, turnirdən həzz almağa çalışıram. Cüdo aləmində çoxlu dostum var. Onlarla birgə işləmək və məqsədləri bölüşmək baxımından bəxtim gətirib. Cüdoya köklənə biləcəyim bir ortamda olduğum üçün hər kəsə - valideynlərimə, dostlarıma, azarkeşlərə, məni dəstəkləyən insanlara minnətdaram”.
Qeyd edək ki, Soiçi daha öncə 2016-da Asiya çempionu, 2015-də Asiya çempionatının bürünc mükafatçısı olmaqla yanaşı, "Böyük Dəbilqə" seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş və 1 bürünc medalın sahibidi. Xatırladaq ki, Haşimoto Budapeştdəki finalda həmyerlimiz Rüstəm Orucovu çempionluqdan məhrum etmişdi.
Bakıda rekord qırılacaq
Artıq DÇ-nin bütün iştirakçıları müəyyənləşib. Məlum olub ki, Bakıda 133 ölkədən 831 cüdoçu mübarizə aparacaq. Bu da kütləviliyə görə dünya çempionatları tarixində yeni rekorddu. Milli Gimnastika Arenasında 509 kişi və 322 qadın nəyə qadir olduğunu nümayiş etdirəcək. Braziliya, Çin, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Monqolustan, Hollandiya, Rusiya, Koreya, ABŞ və Özbəkistan mundialda tam heyətlə - 18 cüdoçuyla təmsil olunacaq. Ancaq Uruqvay, Suriya, Seyşel adaları, Ruanda, Fələstin, Norveç, Meksika, Liviya, Malta, Qvineya-Bissau, Qayana, Quam, Fici, Salvador, Burkina-Faso, Baham adaları, Aruba və Albaniya isə cəmi 1 idmançıyla məsul yarışa qatılacaq. Mundialın ən təcrübəli cüdoçusu Sabrina Filzmozer (57 kq) olacaq. İlk dəfə 1999-cu ildə DÇ-yə qatılan avstriyalı cüdoçu üçün bu, 13-cü mundial olacaq. Ancaq 38 yaşlı cüdoçunun indiyədək cəmi iki analoji yarışda bürünc medal qazandığını da nəzərinizə çatdıraq.
Yığmanın heyəti “Futbol+”də!
Dünən millinin DÇ-də çıxış edəcək heyətini də öyrəndik. Fərdi mübarizədə ölkəmizi 16 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınların turnirində isə Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Ülviyyə Rəhimli, İçinxorloo Munxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) mübarizə aparacaq. Komanda yarışında Şahin Qəhrəmanov, Günel Həsənli, Aidə Baxışova və Gözəl Zutovanın da xidmətindən istifadə olunacaq. Yalnız kimsə zədələnsə, mövcud heyətdə dəyişiklik edilə bilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar