05 sen 22:06idman

Dünya çempionu 50 yaşı haqladı

Dünya çempionu 50 yaşı haqladı
Arif Abdullayev: “Bizim vaxtımızda belə şərait olsaydı...”
Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədi. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdi. Olimpiya çempionu Namiq Abdullayevdən 3 yaş böyük olan qardaşı 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O həm də Avropa çempionatlarının 3 qat bürünc medalçısıdı. Əməkdar idman ustası, əməkdar məşqçi və “Tərəqqi” medalı ilə təltif olunan mütəxəssis artıq 50 yaşı haqlayıb. Avqustun son günlərində yubileyini qeyd edən sərbəst güləş yığmamızın məşqçisi AGF-nin rəsmi saytına müsahibə verib.
- Yubileyinizi necə qeyd etdiz?
- Avqustun 28-də doğum günümü ailəmlə birgə qeyd etdim. Ancaq bundan bir gün əvvəl Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Güləş Federasiyası və idman ictimaiyyətinin başqa nümayəndələriylə birgə yubileyi qeyd etdik. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un İdman şöbəsinin rəisi Həsənağa Rzayev, AGF-nin vitse-prezidentləri Firdovsi Umudov və Elçin Cəfərov da bizimləydi. AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyev də təbriklərini çatdırdı. Dövlət Gömrük Komitəsinin əməkdaşları da yubileyimə qatılmışdı.
- İndiyə kimi keçirdiyiniz ən yaddaqalan ad gününüz hansı olub?
- Əlbəttə ki, 50 illik yubileyim.
- Bəs indiyədək aldığınız ən dəyərli hədiyyə hansı olub?
- Ailəm bu yubileydə mənim üçün sürpriz hazırlamışdı. Üzərinə Sidney Olimpiadasında keçirdiyim ilk görüşdə alman rəqibimə tətbiq etdiyim fəndin şəkli həkk olunmuş tort hazırlatmışdılar, altına da “50 yaş” yazmışdılar. İndi də Rusiya, Belarus və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur.
- Geriyə boylananda itirdikləriniz, yoxsa qazandıqlarınız çox olub?
- İtirdiklərim də olub, qazandıqlarım da. Bu həyatda qazancım idman uğurları, ailəm, dost-qardaşdı. İtirdiklərim isə cavanlıq səhvlərinə görə əldən verdiyim yarışlar, medal qazana bilmədiyim Olimpiadalar, dünya çempionatlarıdı.
- İdmançı olmaq çətindi, yoxsa məşqçi?
- Hərəsinin özünə görə çətinliyi var. İdmançı olanda ancaq özünü, çəkini, rejimini, yarışını fikirləşirsən. Amma məşqçi olanda bütün bunları kompleks şəkildə düşünürsən. İdmançının rejimini, güləş taktikasını, məşq proseslərini... Bir güləşçi finala kimi 4-5 görüş keçirir. Bunu 10 çəkidən hesablayanda görün neçə qarşılaşmada həyəcan, stress keçiririk.
- Güləşə gec - 15 yaşında başlamağınızın səbəbi nə idi?
- 12-13 yaşımda məktəbin nəzdində futbola gedirdim. Həftədə 2-3 dəfə oynayırdıq. Əmimoğlu Elxan “Spartak” İdman Cəmiyyətində Vahid Məmmədovun rəhbərliyi altında güləşə gedirdi. Elə oldu ki, kiçik qardaşım Namiqlə birgə güləşlə məşğul olmağa başladıq. Aramızda 1-2 gün fərq oldu. Mən 15, Namiq isə 12 yaşlı güləşçilərin məşqlərinə yazıldıq. Hər ikimizin şəxsi məşqçisi Vahid müəllim olub.
- 2003-cü ilə kimi nə Avropa çempionu olmuşduz, nə də dünya çempionatında medal qazanmışdız. ABŞ-da keçirilən mundiala yollanarkən qarşınıza hansı hədəfi qoymuşduz?
- Artıq 35 yaşım vardı. Bir çoxları karyeramı bitirməli olduğumu söyləyirdi. Dünya çempionatına yollanmağıma qarşı olanlar vardı. Ancaq məşqçilərə dedim ki, Nyu-Yorkda ən azı Afina Olimpiadasına lisenziya qazanmasam, bir də güləş xalçasına gəlmərəm. Görüşdən-görüşə, medala yaxınlaşdıqca özünəinam daha da artırdı. Finala çıxdıqdan sonra ancaq çempionluq haqda düşünürdüm.
- İlk görüşdə Macarıstan təmsilçisinə uduzduz. Bu məğlubiyyət sizi ruhdan salmadı?
- Belə bir şey oldu. O zaman ilk mərhələ qrup idi. Üç güləşçidən biri növbəti mərhələyə yüksəlirdi. Mənə qalib gələn güləşçinin alban rəqibinə 2:3 hesabıyla uduzması mənim üçün şans yaratdı. Mən də bu şansdan maksimum istifadə etdim. Albanı 7:2 hesabıyla məğlub edərək, qrup qalibi oldum. Daha sonra Avstriya və Özbəkistan təmsilçilərini üstələdim. Yarımfinalda isə Hindistan güləşçisinə qalib gəldim. Həmin rəqibim (Suşil Kumar) sonradan dünya çempionu oldu və iki Olimpiadada medal qazandı. Finalda isə Kuba güləşçisini məğlub edərək, çempion oldum. Həmin güləşçi (Yandro Kintana) bir il sonra Afina Olimpiadasının qalibi oldu.
- Həmin görüşlərin videogörüntüləri sizdə var?
- 2003-də güləş görüşlərinin videogörüntüləri o qədər də geniş yayılmamışdı. Yarımfinal qarşılaşmasını bəlkə internetdə tapmaq olar. Ancaq final görüşünün videosu məndə var. Yubileyi qeyd etdiyim “Hollywood” restoranında da həm Namiqə, həm mənə, həm də Fərid Mansurova qızıl medal qazandıran qarşılaşmaları izlədik. Həmin möhtəşəm anları bir daha yada saldıq.
- Dünya çempionu olsaz da, Afina Olimpiadasında çıxış etmədiz...
- Yarışa bir gün qalmış yediyim balıqdan zəhərləndim. Tərəziyə çıxa bilmədim. Bu üzdən yarışı buraxmalı oldum.
- Atlanta və Sidney Olimpiadalarında medal qazanmağınıza nə mane oldu?
- Sidneydə medal qazana bilərdim. Əvvəlcə Almaniya təmsilçisinə qalib gəldim. Sonra Ukrayna idmançısını məğlub etdim. Döşəkdən çıxıb getdim. Namiq yarımfinala vəsiqə qazandı. Mən də 1/4 finala hazırlaşıram. Ancaq zaldan çıxanda baş məşqçi Yaqub Məmmədov dedi ki, səni yenidən döşəyə çağırırlar. Əslində xalçada Ukraynanın etirazına baxılmış və qələbə mənə verilmişdi. Ancaq qarşı tərəfin etirazı davam etdi və bu görüşün yenidən keçirilməsinə qərar verdilər. Təkrar qarşılaşmada da 5:1 öndə idim. Ancaq hakimlərin təsiriylə görüşdən məğlub ayrıldım. Mütləq bir ukraynalı finalda olmalıydı. Çünki bu ölkənin heç bir təmsilçisi medal qazanmamışdı. Məndən sonra finala yüksəldi və iranlı rəqibinə uduzub, ikinci yeri tutdu. Yevgeni Busloviçə dünya və Avropa çempionatlarında qalib gəlmişdim.
- Yüngül çəkilərdə güləşənlər yaşa dolduqca çəkini qorumaqda çətinlik çəkir. Ancaq Abdullayev qardaşları həmişə eyni kateqoriyada çıxış edib. Bunu necə bacarırdız?
- Əlbəttə, çəkini qorumaq çətin idi. Daim rejimdə olan idmançı çəkisinə baxmalıdı. Yuxu və qida rejiminə əməl etməsə, sözsüz ki, çəkisi artacaq. Gecə saat 1-də durub, dönər yeyim, “kola” içim... Belədə təbii ki, çəkini saxlamaq mümkün olmaz.
- Karyeranız boyunca prinsipial saydığınız rəqib olub?
- Türk Harun Doğanla dəfələrlə qarşılaşmışam. O yağlanırdı, güləşirdi. 30 saniyədən sonra bədəni yağlı olurdu, tutmaq mümkün deyildi. İlk iki görüşdə ona uduzdum. Sonra işimi bildim. Görüş başlayan kimi hücuma keçirdim. Ona görə sonralar dünya çempionatında və başqa beynəlxalq turnirdə Doğana qalib gəldim. Görüşün əvvəlində 5-7 xal alırdım, ondan sonra hər ikimizin bədəni yağlı olurdu, ikimiz üçün də xal almaq çətinləşirdi.
- Güləş Federasiyası indi idmançıların uğur qazanması üçün hər cür şərait yaradıb. Gözəl baza istifadəyə verilib, yüksək səviyyəli təlim-məşq toplanışları keçirilir, maddi-texniki təminat qaydasındadı. Sizin dönəminizdə belə şərait olsaydı, daha böyük uğurlara imza atardız?
- Bizim vaxtımızda belə şərait olsaydı, 90-cı illərdən güləşən nəsil vardı ha, mən, Namiq, Nazim, Elşad Allahverdiyev, Rövşən Hacıyev – hamımız daha böyük uğurlar qazanardıq, olimpiya medallarımızın sayı çox olardı.
- Güləşin qaydaları tez-tez dəyişir. Bununla bağlı nə deyə bilərsiz?
- İndi demək olar ki, bizim zamanımızdakı qaydalara qayıdıblar. Karyeramızın son illərində şar çıxarma var idi. Bu da bir oyun idi. Bəxtdən asılıydı. Bir idmançı 15-20 il hazırlaşırdı, bir şar onun olimpiya çempionu olub-olmamasını müəyyənləşdirirdi. İndi ilk hissədə topladığın xal silinmir. Əvvəllər isə ilk hissədə 6:0 hesabıyla qalib gəlib, ikinci hissəni püşklə əldən verirdin, üçünci hissə də eyni qaydada gedirdi. Yəni 6:0-lıq üstünlüyünün heç bir əhəmiyyəti qalmırdı. İndi daha doğru qaydalar tətbiq olunur. Fəndlərin effektivliyi də artıb.
- Boş vaxtlarınızı necə keçirirsiz?
- Bizimki futboldu. Tez-tez yığışıb futbol oynayırıq. Bildiyiniz kimi, mənim digər iş yerim Hava Nəqliyyatında Baş Gömrük İdarəsidi. Orda böyük inspektor vəzifəsində çalışıram, mayor rütbəsindəyəm.
- Güləş tariximizdə böyük iz qoyan Abdullayevlər bu idman növü üçün irs qoyubmu?
- Böyük qardaşımın uşaqları bir az güləşlə məşğul oldu. Ancaq hər idmançıda alınmır. Ölkə çempionatlarında fərqləniblər. Ancaq dünya və Avropa çempionatlarında yer tutmayıblar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar