31 avq 17:33idman

Fərid Cəlalov yığmanın AÇ-yə vəsiqə qazanacağına inanır

Fərid Cəlalov yığmanın AÇ-yə vəsiqə qazanacağına inanır
“Təhqiramiz fikirlər yazanları ehtiyatdakı voleybolçumuzun əlini öpməyə də layiq bilmirəm”
Kişilərdən ibarət voleybol yığmamız tarix yaza bilər. Qadınlarımız Avropa çempionatının daimi sakini olsa da, kişilər heç vaxt qitə birinciliyinin final mərhələsində çıxış etməyib. Heç buna yaxın da düşməyiblər. Ancaq indi Fərid Cəlalovun komandası ilkə imza ata bilər. İsveç və Lüksemburqa tay-brekdə qalib gələn millimiz yunanlardan 2 oyuna 1 xal toplayıb. Hazırda voleybolçularımız 5 xalla G qrupunda 2-ci pillədə qərarlaşıb. Yekunda qrup qalibləri və 7 qrupda daha yaxşı nəticəyə malik 5 yığma AÇ-yə vəsiqə qazanacaq. Deməli, millimizin şansları yetərincə yüksəkdi. 31 yaşlı baş məşqçiylə əlaqə saxlayıb, geridə qalan 4 oyunda ortaya qoyulan mübarizə və AÇ şansları ilə bağlı danışdıq.
“Yunanıstanda gözləmədiyimiz auraya düşdük”
- Seçmə mərhələnin geridə qalan 4 oyununu necə dəyərləndirirsiz?
- Əvvəlcə onu qeyd edim ki, təlim-məşq toplanışı keçmək üçün İsrail və Qətərə yollanmalıydıq. Orda yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq son anda səfərlərimiz baş tutmadı. Belədə voleybolçularımızı iki yerə bölüb, ən azı həftədə bir dəfə öz aramızda oyun keçirirdik. Başqa klubların voleybolçularını da bu görüşlərə cəlb edirdik. Bu il hazırlıq prosesimiz daha yaxşı oldu. Astara Olimpiya Kompleksində toplanış keçdik. Fiziki hazırlığı orda keçdik. Oyunlara gəlincə, qrupumuzdakı rəqiblərlə daha öncə də qarşılaşmışdıq. İsveç və Lüksemburqla başabaş oynamağımız gözlənilən idi. Ancaq Yunanıstan əvvəlki illərə nisbətən daha da güclənib. Onların çempionatının səviyyəsi digər 3 ölkənin daxili birinciliyindən daha üstündü. Ancaq yunanlarla Bakıdakı qarşılaşmada qalib gələ bilərdik. Əlimizdə olan oyunu verdik. Təbii ki, bilərəkdən uduzmadıq. Təcrübə çatışmazlığı həlledici rol oynadı. Necə ki, 5 ay maşın sürmürsən və birdən-birə sükan arxasına əyləşirsən. Bu da eyni şeydi.
- Düşünmürsüz ki, sonuncu matçda həm də fiziki cəhətdən çatdırmadız?
- Yox, belə fikirləşmirəm. Bizim uşaqlar bu gün 5 setdən də çox oynaya bilər. Buraxdığımız səhvlər də onu göstərdi ki, biz rəqibə təcrübədə uduzduq. Məsələn, tay-brekin əvvəlində rəqib 3 xal önə çıxan kimi biz dayandıq. Halbuki təcrübəli komanda onu fikirləşərdi ki, ilk iki setdə mən qalib gəlmişəmsə, yenə bunu edə bilərəm. Bu setlərin birində də 3 xal geridən gəlib, sevinən tərəf olmuşduq. Burda fiziki hazırlıq yox, sırf təcrübə çatışmazlığı əsas rol oynadı.
- Yunanıstanla səfərdə və evdə iki fərqli oyun izlədik. Bu görüşlərdə yığmanın çıxışının kəskin fərqlənməsi nə ilə bağlı idi?
- Məğlubiyyətə bəhanə yoxdu. Qalib də mühakimə olunmur. Sadəcə, Yunanıstanda gözləmədiyimiz auraya düşdük. Demirəm ki, sırf ona görə uduzduq. Ona qalsa, burda da məğlub olduq. Ancaq səfərdə rəqibə müqavimət göstərə bilmədik. “Lokomotiv”in zalı boyda arenada oynadıq. Tribunalar meydana çox yaxın idi. Sanki tamaşaçılar oyunçuların yanında oturmuşdu. Arenanın fərqliliyinin və yerli azarkeşlərin komandalarına güclü dəstəyinin müəyyən qədər təsiri oldu. Həm də Yunanıstan evdə ən yaxşı oyununu göstərdi. Əslində Bakıda 3-cü seti qazanıb, yekunda 3:0 hesablı qələbə əldə edə bilərdik. Sadəcə, ələ düşən imkanlardan istifadə etmədik.
“Servislərlə qalib gələcək komanda deyilik”
- Topun qəbulunda ciddi problem görmədik. Bunun üzərində çox işləmişdiz?
- Ölkə çempionatında “Lokomotiv”, “Sərhədçi” və “Neftçi” arasında baş tutan oyunların voleybolçulara müsbət təsiri oldu. Son yarış yüksək səviyyədə keçdi və görüş intensivliyi sıx idi. Təcrübə artımı oldu. Oyunçuların özünəinamı çoxaldı. Siz komandanı kənardan təhlil edirsiz. Mən isə komandanın içindəyəm. Həftənin 4 günü qəbul üzərində çalışırıq. Hər gün yığmadakı 3 məşqçi kollektiv hazırlıqdan sonra servis qarşılayan oyunçularla sırf qəbul üzərində işləyir. Hərəsinə yaxın məsafədən, tumbaların üstündən 50, 70, 100 top vururuq. Bu da istər-istəməz müsbət təsirini göstərir. Bir var 14-15 metrdən servis gələ, bir də var məşqdə 7-8 metrdən zərbə qəbul edəsən.
- Əvvəllər voleybolçularımız daha sərt, amma qeyri-dəqiq servis atırdı. Ancaq indi əksəriyyət topu oyuna yumşaq daxil edir. Bu sizin göstərişinizdi?
- Hər komandanın özünəməxsus oyun üslubu var. Azərbaycan yığması necə qalib gələ bilər? Bu, rəqib topunu blokda saxlamaq, müdafiədə çıxarmaq və dəqiq zərbələrlə mümkündü. Servislərlə qalib gələcək komanda deyilik. Çünki elə texnikaya malik və ucaboy oyunçumuz yoxdu. Servis üzərində nə qədər işləsən də, düzələn deyil. Ancaq bunu topu zəif qəbulu olan oyunçunun üstünə atmaqla “sığortalaya” bilərik. Çünki belədə həmin voleybolçu qəbulda səhv edə bilər. Bu isə arada xal fərqi yaratmağa imkan verir. Real danışmaq lazımdı. Yalnız yaxşı müdafiə olunub, hücumlarda dəqiq oynamaqla fərq yaratmaq mümkün deyil. Blokda və müdafiədə yaxşı oynadığımız matçlarda qalib gəlirik.
- Rəqib topu yaxşı qəbul edib, planlaşdırılmış hücum quranda blokçularımız çatdıra bilmir. Bu haqda nə deyə bilərsiz?
- Son oyunumuza 5 dəfə baxmışam. İlk 2 setdə blokumuz normal idi. Ancaq növbəti 3 setdə 2 nəfərlə blok qura bilmədik. Bu da praktikadan irəli gələn bir şeydi. Top oyun qurucusuna yaxşı çatmayanda, adətən, ötürməni blokçulara yox, hücumçulara verir. Ancaq voleybolçumuz təcrübəsizlikdən ortada gözləyir və cinaha sürətli ötürmə veriləndə də bloka çatdırmır. 4-cü setdə belə bir şey oldu. İvan Kazaçkova öz oyunçusunu gözləməməsini söylədim, ancaq tapşırığıma əməl etmədi. Nəticədə rəqib çox rahat xal qazandı. Voleybolçu çox oynayanda belə epizodlarda reaksiya vərdiş halını alır. Bizim oyunçulara da praktika lazımdı.
“Tural meydana sonradan çıxanda daha çox fayda verir”
- İsveçin səfərdə Lüksemburqa uduzması qrupda 2-ci yeri tutmaq şansımızı artırdı. Skandinavların bu məğlubiyyəti sizin üçün də gözlənilməz oldu?
- Seçmə mərhələyə başlayanda bilirdim ki, yalnız Yunanıstan daha üstün komandadı. Başqalarının səviyyəsi bərabərdi. Biz başqalarının nəticəsinə baxmamalıyıq. Özümüz nəsə etməliyik. İsveç yaxşı komandadı. Onların güclü klublarda çıxış edən voleybolçuları var. Lüksemburq da pis komanda deyil. Ancaq 2:0 öndə idik və səfərdən 3 xalla qayıda bilərdik. 9:2 və 19:16 öndə olduğumuz seti uduzduq. Vaxtından əvvəl sevinməyin acısını çəkdik və yalnız tay-brekdə qalib gələ bildik. İnanıram ki, bu komandalar son iki turda Yunanıstanı məğlub edə bilməyəcək. Lüksemburqdan Bakıda 3 xal almalıyıq. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb, tarixə düşmək istəyirik.
- Söz sözü çəkər. Tarixi uğurun astanasındasız. AÇ-yə vəsiqə qazanmaq həvəsi və psixologiyası voleybolçuları “yandıra” bilərmi?
- Məhz həddən artıq həyəcana görə Lüksemburqdan 3 yox, 2 xalla qayıtdıq. Elə Yunanıstan üzərində qələbəyə yaxın olarkən uduzmağımızda da bunun rolu oldu. Bəzən komandada özünəinam çatışmır. Elə bilirlər ki, rəqibin heyətində 1 milyon dəyərində voleybolçu varsa, onlara qalib gələ bilmərik. Özünəinam çatışmayanda həmişə zəif oynamışıq. Ancaq 4 oyunda qazanılan 5 xaldan sonra komandada özünəinam yaranıb və AÇ-yə vəsiqə qazana biləcəyimizi düşünürük. Komandanı qarşıdakı 4 ayda həm fiziki, həm taktiki-texniki, həm də psixoloji cəhətdən maksimum səviyyədə hazır vəziyyətə gətirməliyik. Çatışmazlıqların üzərində işləyəcəyik. Çempionatımız da bu müddət ərzində başlayacaq. Başqa ölkələrə səfər etməyimiz də mümkündü. Yoxlama oyunları komandaya müsbət təsir göstərər.
- Tural Həsənli meydana çıxanda komandanın oyunu müsbətə doğru dəyişir. Ancaq adətən, start heyətində Aleksey Çervyakova şans verirsiz. Bu nə ilə bağlıdı?
- Bütün voleybolçularımıza güvənirəm. Məşqlərdə müxtəlif variantları sınaqdan keçirirəm. İkisinin arasında səviyyə fərqi yoxdu. Hərəsinin özünə görə üstünlüyü var. Lyoxanın 34 yaşı var və təcrübəsi çoxdu. Tural meydana sonradan çıxanda daha çox fayda verir. Oyunun tempini dəyişməyə qadir voleybolçudu. Çervyakov isə daha sabit ötürmələr verir.
- Oyunun gedişində tez-tez liberoları dəyişməyiniz də diqqəti çəkir…
- Kənan Allahverdiyev servis qarşılamada daha yaxşı olsa da, Asif Əliyevlə Emil Abdullayev dinamikada daha üstündü. Bəzi anlarda oyun getmir, vəziyyətdən çıxmaq üçün voleybolçuları dəyişirsən. Andrey Vasilenko 4 oyunumuzda vəziyyəti dəyişib. Əslində müdafiədə başqalarından kəskin fərqlənmir. Ancaq bir də görürsən ki, oyuna olan həvəsi, döyüşkənliyi komandaya müsbət təsirini göstərir.
“Uşaq yenicə addımlamağa başlayırsa, ayağının əyriliyindən danışmaq günahdı”
- Yunanıstanla Bakıdakı oyuna azarkeş marağı yüksək deyildi. Bu vəziyyət sizə və komandaya necə təsir edir?
- Hələ 15 il əvvələ baxanda artım var. O zaman tribunada klub rəsmiləri, inzibatçı və komandanın menecerindən başqa heç kim olmurdu. Pərviz Səmədov, Aleksey Çervyakov, Dmitri Obodnikov və mən boş zalda o qədər oynamışıq ki, bizim üçün indi azarkeş sayının az olmasının ciddi fərqi yoxdu. Ancaq yığmanın yeni oyunçuları üçün tamaşaçı çoxluğu müsbət təsir göstərə bilər. Biz kiminsə əl çalması üçün yox, AÇ-yə çıxmaq uğrunda oynayırıq. Sırf nəticəyə köklənirik.
- Voleybol Federasiyasının “feysbuk” səhifəsində hərdən sərt tənqidi və bəzən təhqiramiz sözlər yazırlar. Bu şərhlər voleybolçuları və sizi ruhdan salır?
- Bu haqda bir dəfə də danışmışdım. Kişi voleybolumuz yenicə inkişafa qədəm qoyub. Heç vaxt etmədiklərimizə indi yavaş-yavaş nail oluruq. Təbii ki, birdən-birə Avropa çempionu ola bilmərik. Orda Fransa, Almaniya, Polşa və Rusiya kimi güclü komandalar var. Uşaq yenicə addımlamağa başlayırsa, ayağının əyriliyindən danışmaq günahdı. Məhz belə fikirlərə görə 2008-ci ildən sosial şəbəkələrdəki hesablarımı dondurmuşam. Bəzən yazırlar ki, Lüksemburq nə komandadı ki, onu 3:0 uda bilmirlər. Unudurlar ki, ötən il həmin komandaya uduzmuşduq. Uduzduğumuz rəqibə qalib gəliriksə, buna əl çalmaq lazımdı. Səhifədə yazılanları mənə çatdırırlar. Bəziləri voleybolda özü və yaxınları uğur qazana bilməmiş şəxslərdi. Voleybolçuların əziyyətini yerə vurmaq olmaz. Normal tənqidi qəbul edirəm. Ancaq təhqiramiz fikirlər yazanları heç ehtiyatda oturan voleybolçumuzun əlini öpməyə də layiq bilmirəm. Səfərdə Lüksemburqa qalib gəlirik. Bu, Azərbaycanın adıdı. Qadınlarımız AÇ-də 4-cü yeri tutdu, buna ağız büzdülər. Halbuki Avropada 4-cü yeri tutmaq böyük nəticədi. İsveçi 3:2 udmağımızı zəif nəticə sayırlar. Halbuki rəqibin bir oyunçusu yarım milyon maaş alır.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar