01 mar 15:33idman, manset

Ukraynalı gimnast niyə ölkəmizi tərk edib?

Ukraynalı gimnast niyə ölkəmizi tərk edib?
“Orda bəzi qurumlar idman gimnastikasının inkişafında maraqlı deyil”

Pyotr Paxnyuk bundan sonra yenidən vətəni Ukraynanı təmsil edəcək. 2014-16-cı illərdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idman gimnastı şəxsi məşqçisi Pavel Netrebanın Ukraynaya qayıtmasından sonra geri dönmək qərarına gəlib. 25 yaşlı idmançı 2013-cü ildə ölkəsinə Universiadada gümüş medal qazandırıb. Paxnyukun yığmamızdakı əsas uğuru isə ilk Avropa Oyunlarına təsadüf edib. Pyotr Bakı-2015-də komanda yarışında 3-cü yeri tutmağımızda pay sahibi olub. “Xsport.ua” saytına müsahibəsində vaxtilə ölkəmizi seçməsindən, geri dönüşündən və Azərbaycanda idman gimnastikasının durumundan danışıb.
- İlk dəfə nə vaxt geri qayıtmaq haqda fikirləşdin?
- Azərbaycana getdikdən bir ay sonra bu haqda düşünməyə başladım. Çünki Ukrayna, Kiyev və dostlarım üçün çox darıxırdım.
- Niyə Azərbaycana getmək qərarına gəldin?
- Bu qərarı öz təşəbbüsümlə verdim. İdman gimnastikasında elə vəziyyət yaranmışdı ki, istedadımı və təcrübəmi göstərmək haqda fikirləşməliydim. Ukraynada yığmaya əcnəbi baş məşqçi gətirildi. Bundan sonra idmançılar başqa ölkələrə yollanmağa başladı. Bundan sonra yeni çalışdırıcı dəvət olundu. Yumşaq desək, o məni sevmirdi. Bu idman növündə uğur qazanmaq üçün ölkəni dəyişməyə qərar verdim. Azərbaycandan təklif alanda çox fikirləşmədim. Çünki bilirdim ki, mənə lazım olan budu. Məşqçimə və mənə təmiz məvacib və yaxşı məşq şəraiti təklif edildi. Orda yaxşı zal var. Xidmət əla idi. Qaldığım yer arenanın yaxınlığında yerləşirdi. Zalda bütün avadanlıqlar yeni və müasir idi. Axtardığım şəraiti orda tapdım. Belədə orda rahat işləyə bilərdim.
- Azərbaydandakı arenanın atmosferiylə Konça-Zaspedəki ab-havanı müqayisə edə bilərsən?
- Konça-Zaspedə işçi qrupu peşəkar idi. Şərait istənilən səviyyədə olmasa da, uşaqlar hər zaman nəticə qazanmaq üçün əllərindən gələni edir və məqsədlərini yaxşı bilirdi. Azərbaycanda nəticə qazanmaq üçün hər cür şərait var idi. Ancaq orda nəticə qazanmaq üçün necə işləməyin yollarını bilmirlər. Bu Ukrayna yığmasına qayıtmağımın səbəblərindən biridi.
- Belə bir fikir gəzir ki, Rio Olimpiadasında Ukrayna yığmasında yer alsaydın, nəticə daha yaxşı olardı. Bu fikirlə razısan?
- Bəli, mən bununla bağlı Ukraynadakı komanda yoldaşlarımla danışmışam. Fikrimcə, Ukrayna yığmasına faydam dəyərdi. Onların çıxışını izlədim. Həmyerlilərimə azarkeşlik etdim. Onlara “əhsən” düşür. Onların bu şəraitdə qazandığı nəticələr məni sevindirir.
- Azərbaycanda olduğun müddətdə ən yaddaqalan hadisə nə oldu?
- Orda vaxtımın çoxunu idman zalında keçirirdim. Bu fanatizm həddində idi. Özümü sübut etmək üçün məşqlərdə əlimdən gələni edirdim.
- Vətənə qayıtsan da, sənin lisenziyan Azərbaycana məxsusdu. Bu vəziyyətdə nə edəcəksən?
- Plana uyğun hərəkət edəcəm. Ukrayna yığmasının baş məşqçisi məni millidə görmək istəyir. Ancaq bütün suallara Azərbaycan Gimnastika Federasiyası (AGF) aydınlıq gətirəcək. Onlara rəsmi surətdə məktub ünvanlamaq lazımdı. AGF mənim Ukraynada çıxışıma razılıq verib-verməyəcəyinə qərar verməlidi. Məni azad buraxsalar, dərhal Ukrayna yığmasında çıxış edə biləcəm. Alınmasa, bu zaman stop-listə düşəcəm və belədə 1 il boyunca heç bir yarışda iştirak edə bilməyəcəm. Bundan sonra isə tam sərbəst olacam. Problem ondadı ki, AGF-nin cavab verməsiylə bağlı konkret vaxt yoxdu.
- Ukrayna yığmasında çıxış etmək üçün 1 il gözləməyə hazırsan?
- Bəli. Mən bunu çox istəyirəm. Bilirəm ki, ən yaxşı illərim irəlidədi. Mən gimnastikanın fanatıyam və bu komandada yenidən çıxış etmək istəyirəm.
- Azərbaycan yığmasına gedişin doğru qərar idi?
- Həmin vaxt üçün doğru qərar idi. Çünki iddiam böyük idi. Sonra anladım ki, bunu yalnız özüm üçün edirəm. Ancaq buna ürəkdən razılıq verməmişdim.
- İki ölkənin idman gimnastikası arasında hansı fərqlər var?
- Azərbaycanda bu idman növünə ölkə prezidenti və birinci xanımı böyük dəstək verir. Onlar ölkə idmanı və idmançısı üçün çox şey edir. Mən də bu qayğını hiss etmişəm və buna görə onlara minnətdaram. Eyni zamanda idmanla hökumət arasında məsafə var. Bəzi qurumlar var ki, idman gimnastikasının inkişafında maraqlı deyil. Ukraynada çoxlu istedadlı və güclü uşaqlar var. Onlar çox yaxşı nəticə qazana bilər. Ancaq onlara Azərbaycandakı kimi dəstək yoxdu. Ümid edirəm ki, hər şey müsbətə doğru dəyişəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar