29 avq 23:58idman

Şəhriyar Məmmədyarov üçün sponsorlar əl-ayağa düşdü

Şəhriyar Məmmədyarov üçün sponsorlar əl-ayağa düşdü
Federasiya ona 2000 manat maaş verir
Son iki günün mövzusu Şəhriyar Məmmədyarovdu. Hər şey şahmatçının ötən sayımızda nəzərinizə çatdırdığımız “feysbuk”dakı statusuyla başladı. Təbii, maddi sıxıntıdan o qədər də nüfuzu olmayan idmançı gileylənsəydi, bu qədər ajiotaj yaranmayacaqdı. Ancaq söhbət ölkənin bir nömrəli şahmatçısından gedirsə, vəziyyət dəyişir. Bu statusun havada qalmayacağı dəqiq idi. Son iki gündə sosial şəbəkələrdəki əksər statuslar Məmmədyarova həsr olunmuşdu. Onun müdafiəsinə qalxanlar da var idi, tənqid edənlər də. Ötən sayımızda məsələyə daha ətraflı toxunacağımızı qeyd etmişdik. Ancaq əvvəlcə okeanın o tayında keçirilmiş turnirin yekunu haqda məlumat verək.
ABŞ-da 75 min dollar qazandı
ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan “Sinkfild Cup” superturnirinin sonuncu – 9-cu turunda həmyerlimiz qara fiqurlarla sabiq dünya çempionu Vişvanatan Anandla (Hindistan, 2768) mübarizə aparıb. Tərəflər 59-cu gedişdə heç-heçə edib. Bu “sülh” yığmamızın liderinin işinə yaramayıb. Çünki Maqnus Karlsen (Norveç, 2842) Hikaru Nakamuraya (ABŞ, 2777), Levon Aronyan (Ermənistan, 2767) isə Aleksandr Qrişuka (Rusiya, 2766) qalib gəlib. Uesli So (ABŞ, 2780) – Fabiano Karuana (ABŞ, 2822) və Sergey Karyakin (Rusiya, 2773) – Maksim Vaşye-Laqrav (Fransa, 2779) görüşləri bərabərə bitib.
Beləliklə, 5,5 xal toplayan üç qrossmeyster – Karlsen, Karuana və Aronyan şərikli birinci olub. Məmmədyarov 5 xalla 4-cü yeri tutub. Ondan 0,5 xal geri qalan Qrişuk, Vaşye-Laqrav və Anand 5-7-ci yerləri bölüşüb. So 4 xalla 8-ci pillədə qərarlaşıb. Cəmi 3 xal toplayan Nakamura və Karyakin “zirzəmi”də yer alıb.
Bu yarışla həm də “Grand Chess Tour”un yekun sıralaması müəyyənləşib. 25 xal toplayan Məmmədyarov 7-ci yeri tutub və ümumilikdə ABŞ-da qazancı 75 min dollar olub.
AŞF və AGİN məsuliyyət daşımır
İndi gələk əsas məsələyə. Biz hər zaman haqlının yanında, haqsızın qarşısında olmuşuq, məsələlərə obyektiv yanaşmışıq. Bu dəfə də istisna olmayacaq. Ancaq tənqid xatirinə dövləti, idmana bağlı qurumları tənqid etmək doğru deyil. Bunun üçün əldə tutarlı əsas olmalıdı. Şahmat Federasiyası ölkədə şahmatın inkişafına, təbliğinə, kütləviliyinə və bu sahədə infrastrukturun qurulmasına görə məsuliyyət daşıyır. Bura yığmaların AÇ, DÇ və Olimpiadalardakı çıxışı da daxildi. Ancaq fərdi qaydada hansısa şahmatçının zəif nəticə göstərməsinə görə qurumu asıb-kəsə bilərik. Eləcə də onların yarışa ezam olunması məsələsinə görə. Buna baxmayaraq, AŞF-nin vitse-prezidenti Mahir Məmmədov zaman-zaman bəzi yığma üzvlərini müxtəlif yarışlara göndərir.
Əslində ezamiyyə xərclərini bir qayda olaraq Gənclər və İdman Nazirliyi qarşılayır. Ancaq bu qurumun borcu yalnız şahmatçıları AÇ, DÇ və Olimpiadalara göndərməklə məhdudlaşır. Vəssalam. Başqa heç bir turnirə səfər xərcinə görə nazirliyin qapısını döymək olmaz. Onsuz da AGİN bu dəqiqə de-fakto bir neçə federasiyaya yardım edir. Bir müddət öncə qeyd etdiyimiz kimi, Azad Rəhimovun başında durduğu qurum boksu da himayəsinə götürüb. Məşhur nağılda deyildiyi kimi, öz dərdi özünə bəsdi.
Şəhriyarın səhvi nədədi?
2003-cü ildən FİDE reytinqində ilk “100-lük”də qərarlaşan zəka sahibi üç il sonra ilk “20-liy”ə yüksəlib. Sumqayıtlı qrossmeyster son 12 ildə, demək olar ki, bu “20-liy”in sakini olub. Son bir ildə isə, ümumiyyətlə, ilk “10-luğ”u tərk etməyib. Məmmədyarov illərdi elit şahmatçılar sırasındadı. Təəssüf ki, özünü peşəkar şahmatçı sayan Şəhriyar bəzi məsələlərdə peşəkarlığı unudub. Şahmatçımızın vaxtilə əyləncə düşkünü olmasını, alkoqollu içkilərə, bara, kazinoya meyillənməsini qabartmaq fikrində deyilik. Şəxsi həyatıdı, özü bilər. Ancaq fərdi şəkildə qatıldığı müxtəlif yarışlarda, yığmanın tərkibində qazandığı uğurlara görə dövlət və federasiya tərəfindən aldığı böyük pul mükafatları fonunda özünün reklamını aparmağı da unutmamalıydı. Elementar bir şeyi deyək. Əksər məşhur idmançılar sosial şəbəkələrdəki səhifələrini işlətmək üçün ayrıca şəxs tutur. Həmin şəxs səhifələri fəal şəkildə idarə edir, idmançının qatılacağı yarışlar haqda məlumat verir, bir növ onu gündəmdə saxlayır. Üstəlik, menecerlə əməkdaşlıq vacibdi. Hansı ki, sənin üçün sponsor tapır. Karlsen, Karuana, Karyakin kimi elit şahmatçılara nə federasiya, nə nazirlik, nə də hansısa dövlət qurumu sponsor tapır. Bu işlə bağlı danışıqları sırf şahmatçının meneceri aparır. Təəssüf ki, Məmmədyarov bu məsələyə zamanında etinasız yanaşdığından vəziyyət bu həddə çatıb. O ki qaldı yarışlara getmək məsələsinə… Elit şahmatçılar bunun problemini də yaşamır. Çünki onların və sekundantlarının səfər xərcləri superturnirlərin təşkilatçıları tərəfindən qarşılanır. Necə ki, “ShamkirChess” turnirinə qatılan Karlsenin aşpazının da yolpulunu bizimkilər ödəmişdi.
Məsələ bu səviyyəyə çatmamalıydı
Ancaq Şəhriyarın da haqlı olduğu tərəflər var. Lap deyək ki, o, menecer tutmayıb və marketinq işi aparmayıb. Bəs bizim nüfuzlu şirkətlərin reklam siyasətinə nə gəlib? Ölkədə yüksək maliyyə imkanına malik onlarla şirkət var. Dünya reytinqinin 3-cü şahmatçısı sənin ölkəndə yaşayırsa, bu fürsətdən yararlanmalı, onu reklam çarxlarına çəkib, məhsulunu onun vasitəsiylə reklam etməlisən. Çünki məşhurlar vasitəsiylə reklam olunan məhsula daha böyük tələbat olur. Bir daha görünür ki, bizim ölkədə marketinq siyasəti də dünya standartlarından çox uzaqdı. Bu məsələdə telekanalların təbliğatına da ehtiyac var. Təəssüf ki, Azərbaycan efir məkanında ölkənin adını zirvəyə qaldıran şəxslər yox, bayağı müğənnilər daha çox dəbdədi. Bu üzdən onların sponsoru var, Şəhriyarın isə yox.
Bu yerdə onu da nəzərinizə çatdıraq ki, vaxtilə Şəhriyar Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən maliyyələşirdi. Ancaq son iki ildə DSX ilə Məmmədyarov arasında əməkdaşlığa son qoyulduğu deyilir.
Problemi aktuallaşınca…
Bizdə çox şey belədi. Məsələ ictimailəşdikdən sonra həllini tapır. Bu problem də çox səs-küy qopardığından “yuxarılar”ın tapşırığıyla yoluna qoyuldu. Dünən ATV-də çalışan həmkarımız Sənan Şəfizadə “feysbuk” səhifəsində 2 bankın, qida sektorunu təmsil edən bir şirkətin və bir otelin sponsorluq təklif etdiyini yazdı. Bir şirkət isə şahmatçının saytını 3 il müddətinə təmənnasız idarə etməyə və portalın dizaynını dəyişməyə hazırdı. Günün sonunda sponsorluq təkliflərinin 10-u keçdiyini öyrəndik. Hətta deyilənə görə, müğənni Manaf Ağayev də şahmatçıya maddi dəstək vermək niyyətindədi.
Elə Şəhriyar da yeni statusunda problemin həll olunduğunu qeyd edib: “Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm. Əfsuslar olsun ki, qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəm. Bu məbləğ yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir. Həmçinin millinin iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var. Mənimlə bərabər turnirlərdə mübarizə aparan və daha aşağı reytinqə malik şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlardan dəstək alırlar. Mən isə burda özümün və komandamın yeməyini belə şəxsi hesabıma ödəyirəm.
Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində "20-liy"ə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdi: menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər. Bu tərkibdə komandanın saxlanılması isə sözsüz ki, külli miqdarda vəsait tələb edir. Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır”.

Reaksiyalar
Mahir Məmmədov, AŞF-nin vitse-prezidenti: “O heç bir yarışa öz hesabına getmir. Onun qatıldığı turnir yığmaya aiddisə, federasiya tərəfindən, klubdusa, həmin qurum tərəfindən maliyyələşdirilir. Fərdi şəkildə superturnirdə iştirak edirsə, təşkilatçılar tərəfindən maliyyələşdirilir və ona həm təyyarə, həm də otel pulu ödənilir”.
Həmid Məmmədyarov, Şəhriyarın atası: “Turnirlərə gedəndə çox xərci özü çəkir. Kiməsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini üzərinə götürsün. Ümumilikdə onunla yarışan elit şahmatçılara ölkələrində daha çox qayğı var. Bizdə gərək kiməsə ölkə rəhbərliyi tərəfindən göstəriş verilsin. Heç kim könüllü şəkildə yardım etmək istəmir. Şəxsən ölkə başçısı şahmata diqqət ayırır. Avropa çempionatından sonra şahmatçıları qəbul etməsi və onları mükafatlandırması buna bariz nümunədi. Amma tək onunla iş bitmir axı. Gərək digər insanlar, biznesmenlər də qeyrətə gəlsin. Əslində bu pulu nazirlikdən xahiş etsək, almaq olar. Amma bu məsələ vaxt apardığı üçün ora müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatlarında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar. Elə vaxt olur ki, xərcləri təşkilatçılar ödəyir. Elə vaxt olur ki, özümüz ödəməli oluruq. İndi ABŞ-da iştirak etdiyi turnir şahmatçıların xərcini ödəmir. Təyyarə, məskunlaşma, qidalanma xərclərini şahmatçılar özləri çəkir. Təşkilatçılar deyir ki, bizim mükafat fondumuz bu qədərdi, iştirak et, pulunu al. Həmçinin Şəhriyar özü ilə kömək məqsədilə millidəki komanda yoldaşı Rauf Məmmədovu da aparıb. Onun da xərcini Şəhriyar çəkir. Şəhriyara AŞF-dən 2000 manat maaş verilir. Teymur Rəcəbov da bu qədər alır. Qızım Zeynəb Məmmədyarovanın maaşı 700 manatdı. Amma həmişə ayın 6-da maaş alırdılar. Bu ay onu da almayıblar. Mahir Məmmədova böyük “sağ ol” düşür. Ona müraciət olunanda əlindən gələn köməyi etməyə çalışır. Şəhriyara Rusiya, ABŞ, Türkiyə kimi ölkələrdən çoxlu dəvətlər gəlib. Amma o, Ramil Quliyev kimi etmək istəməyib. İstəyir ki, Azərbaycan adından çıxış edib, ölkənin reytinqini qaldırsın”.
Səmayə Məmmədova, AGİN-nin mətbuat katibi: “Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, bu il isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanması üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar