21 avq 21:43idman

Yığmamız Lüksemburqda ilkə imza atdı

Yığmamız Lüksemburqda ilkə imza atdı
AÇ-2019-un seçmə mərhələsi
Lüksemburq – AZƏRBAYCAN 2:3 (28:30, 23:25, 25:23, 25:20, 11:15)

Lüksemburq: Kamil Rixliçki – 32, Tim Levert – 16, Mateya Qayin – 15, Mauris Van Landeqem – 11, Kris Zuidberq – 7, Yannik Erpeldinq – 3, Maks Funk – 2, Stiv Veber – 1, Olivye de Kastro (l), Filipp Qlesener, Luka Distefano, Gilles Braas, Yan Luks, Çarel Hoffmann.
Baş məşqçi: Diter Şoll.
Azərbaycan: Pərviz Səmədov – 15, Dmitri Obodnikov – 14, Rəsul İbrahimov – 14, Vüqar Bayramov – 9, Dmitri Baranov – 8, Tural Həsənli – 4, Aleksey Çervyakov – 3, Andrey Vasilenko – 3, Aqil Ağazadə - 1, Kənan Allahverdiyev (l), İvan Kazaçkov, Elmin Alışanov, Cavid Süleymanov, Asif Əliyev (l).
Baş məşqçi: Fərid Cəlalov.
Hakimlər: Emil Mihay Rusinoiu (Rumıniya), Daniel Apanovits (İrlandiya).
18 avqust. Lüksemburq. Gimnastika Arenası. 400 tamaşaçı.
Oyun vaxtı: 135 dəqiqə (32+30+28+27+18).
Avropa çempionatının seçmə mərhələsinə uğurlu start verən kişilərdən ibarət voleybol yığmamız şənbə günü G qrupunda ikinci oyununa çıxdı. Səfərdə Lüksemburqla qarşılaşan millimiz qələbə əzmiylə meydana çıxmışdı. Fərid Cəlalov İsveçlə görüşdəki start “6-lığ”ına şans vermişdi. Oyunu bir neçə soydaşımız canlı izləyir və tribunada fəallıq nümayiş etdirirdi. Onların “Azərbaycan, Azərbaycan” şüarları tez-tez eşidilirdi. Ancaq bu, yerli azarkeşləri qətiyyən qıcıqlandırmırdı. Əks halda, ən azı uğultuyla cavab verərdilər...
İlk setin əvvəlindən mübarizənin başabaş keçəcəyi görünürdü. Servislərdə qarşılıqlı səhvlərin bolluğuyla əlamətdar olan set xala-xal prinsipiylə keçdi. Tərəflər ən yaxşı halda 2 xal önə keçə bilirdi. Təsadüfi deyil ki, ilk fasilə komandamız 3 xallıq fərq yaradanda – hesab 22:19 olanda rəqib çalışdırıcı tərəfindən götürüldü. Diter Şollun tapşırıqları meydan sahiblərini özünə gətirdi. Rəqib hətta hesabda önə də keçdi. Ancaq yenə Aleksey Çervyakovun yerinə meydana çıxan Tural Həsənli gücünü göstərdi. Lüksemburqlular onun qurduğu sürətli hücumların qarşısını ala bilmirdi. Çətin olsa da, ilk set hesabımıza yazıldı.
Cəlalov bunu nəzərə alıb, ikinci setə də Turalla başladı. Az sonra komandamız 3 xal önə çıxdı. Fərq hətta 4-ə də yüksələ bilərdi. Ancaq Rəsul İbrahimov əlverişli vəziyyətdə hücumu boşa verdi. Əvəzində Qərbi Avropa təmsilçisi təşəbbüsü ələ keçirdi. Servis atışlarında səhvləri minimuma endirən yığmamız ruhdan düşmədi. Sona yaxın Pərviz Səmədovun ardıcıl 2 xalı və müdafiədə inamlı çıxış setin qazanılmasında böyük rol oynadı.
Səmədovun parlaq oyunu 3-cü setdə də davam etdi. Millimiz vətənə “quru” qələbəylə qayıtmağa çox yaxın idi. Həsənli blokçularla çox yaxşı anlaşdığından Dmitri Baranovla Dmitri Obodnikov məhsuldar çıxış edirdi. Obodnikov həm də blokda inamlı təsir bağışlayırdı. Setin ortalarında 7 xal fərqiylə öndə idik. Amma sanki bu hesab voleybolçularımızı arxayınlaşdırdı və belədə konsentrasiyanı itirdilər. Nəticədə ardıcıl kobud səhvlərə yol verildi. Bu da Şollun yetirmələrinə həyat verdi. Özünə gələn rəqib azarkeş dəstəyi fonunda 3-cü setdə geridönüş edə bildi.
4-cü setin ortalarınadək kimsə nəzərəçarpan üstünlük əldə edə bilmədi. Ancaq bir də onda ayıldıq ki, Lüksemburq hesabı 21:16 edib. Cəlalov çıxış yolunu yenidən toppaylayıcı dəyişikliyində gördü. Çervyakov meydana qayıdandan sonra fərqi 2 xala kimi endirə bildik. Bundan artığına gücümüz çatmadı. Əslində rəqibi məyus edə bilərdik. Ancaq voleybolçularımız həlledici məqamda elə kobud 2 səhvə yol verdi ki, tay-brek qaçılmaz oldu.
Yaxşı ki, Fərid bəy komandanı 5-ci set ərəfəsində toparlaya bildi. Startda ardıcıl qazanılan 3 xal özünəinamın qayıtmasına şərait yaratdı. Hesabın 7:3 lehimizə olması isə tay-brek üçün yetərincə ciddi üstünlük sayılırdı. Məğlubiyyət təhlükəsini hiss edən rəqib çalışdırıcı fasilə götürdü. Ancaq bunun komandası üçün faydası olmadı. Artıq qonaqlar daha diqqətli və mümkün olduğu qədər səhvsiz oynayırdı. Hesabı 10:5 etdikdən sonra qələbənin qoxusu gəlməyə başladı. Öz hücumlarını demək olar ki, boşa verməyən millimiz ilk səfər qələbəsini bayram etdi. Bununla da komandamız ilkə imza atdı. Belə ki, indiyədək kişilərimiz heç bir turnirdə bir tsikldə iki qələbə qazanmamışdı.
Qrupun Örebroda keçirilən matçında İsveç Yunanıstana müqavimət göstərə bilməyib – 0:3 (20:25, 20:25, 16:25).
1. Yunanıstan 2 2 0 6-0 6
2. AZƏRBAYCAN 2 2 0 6-4 4
3. Lüksemburq 2 0 2 2-6 1
4. İsveç 2 0 2 2-6 1
3-cü turun oyunları avqustun 22-də keçiriləcək: Yunanıstan – AZƏRBAYCAN, İsveç – Lüksemburq.

Reaksiya
Diter Şoll: “Matç bizim əlimizdəydi. Görüşün müəyyən anlarında çox pis, bəzən isə çox yaxşı oynayırdıq. Biz hələ də qələbə üçün oyunumuzu inkişaf etdirməliyik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar