16 avq 19:11idman

Bəhruz Salehli razıdı

Bəhruz Salehli razıdı
“Xəstəlik Nazimin güc itirməsiylə nəticələndi”
Ötən həftə Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatına yekun vuruldu. Qitə birinciliyinə üç idmançıyla yollanan yığmamız bir medal qazandı. Üçtəkanla tullanmada Aleksis Kopello “gümüş”ü boynundan asdı. Əslində Nazim Babayev də bu növdə fəxri kürsüyə qalxa bilərdi. Ancaq həmyerlimizi “bürünc”dən cəmi 2 saniyə ayırdı. Halbuki ötən ay açıq Belarus çempionatında göstərdiyi nəticəni təkrarlasaydı, karyerasında ilk dəfə böyüklər arasında Avropa medalçısı olacaqdı. Ancaq istənilən halda, bu yarışda 4-cü yer də onun üçün rekord sayılır. Hərçənd eyni sözləri Anna Skidan haqda deyə bilmərik. Çünki ukraynalı legioner 2 il əvvəl analoji yarışda “bürünc”ü boynundan asmışdısa, bu dəfə nəticəsi medala yaxın düşməyə imkan vermədi. Yekunda Skidan ilk “5-liy”i qapadı. Beləliklə, indiyədək AÇ-lərdə qazandığımız medalların sayı dördə (2 “gümüş”, 2 “bürünc”) çatdı. Ümumi sıralamada Avropanın 40-cı ölkəsiyik.
Geridə qalan yarışla bağlı millinin baş məşqçisi Bəhruz Salehlinin fikirlərini öyrəndik: “Bu AÇ bizim üçün ilklərlə yadda qaldı. İlk dəfə yay Avropa çempionatında gümüş medal qazandıq. Buna qədər qışda keçirilən analoji yarışda Hayle İbrahimov eyni nəticəyə imza atmışdı. Ancaq onu da nəzərinizə çatdırım ki, qışda aparıcı atletlərin bir çoxu iştirak etmədiyindən yaydakı yarışda qazanılan uğurun dəyəri daha böyükdü. Kopello ikinci yeri tutdu. Bizim dəyərli idmançımız Nazim də medal qazana bilərdi. Ancaq Babayev yarışa bir neçə gün qalmış soyuqlamışdı. 38-39 dərəcə hərarəti var idi. Yalnız səfərə çıxanda hərarəti aşağı düşdü. Ancaq istənilən halda, xəstəlik güc itirməsiylə nəticələndi. Bununla belə, xarakter göstərib, finala vəsiqə qazana bildi. Finaldakı nəticəsi də təsnifatdakından daha yaxşı oldu. Bu da get-gedə gücünü bərpa etməsindən xəbər verirdi. Fikrimcə, final bir gün gec keçirilsəydi, Nazim ən azı bürünc medal qazana bilərdi. Ancaq unutmayaq ki, o hələ çox gəncdi. Gələn il 23 yaşadək atletlərin Avropa çempionatına qatılacaq. Onun uğurları qabaqdadı. Anna Skidana gəlincə, onun məşqçisiylə danışdım. Skidan təsnifatda çox rahat 74 metrə çəkici atıb. Finalda da medalı qazanmağı çox istəyirdi. Hədsiz istək onu “yandırdı”. Belədə bu dəfə medalsız qaldı. Onu da qeyd edim ki, bütün idmançılarımızın finala çıxması bir ilk idi. Hayle İbrahimov isə zədə üzündən AÇ-ni buraxdı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar