27 fev 17:19idman

Şərif Şərifov səhhətindəki problemə görə zəif çıxış edib

Şərif Şərifov səhhətindəki problemə görə zəif çıxış edib
“O boyda İranda Azərbaycan bayrağının olmaması gülməli məsələ idi”

Dünən Gənclər və İdman Nazirliyinin (AGİN) inzibati binasında bir neçə gün öncə İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanmış sərbəst güləş üzrə yığmamızın mətbuat nümayəndələri ilə görüşü baş tutdu. Tədbirdə əvvəlcə AGİN-in idman şöbəsinin müdiri Fərid Mansurov bunları dedi: “Güləşçilər hər zaman üzümüzü güldürüb, beynəlxalq yarışlardan medallarla qayıdıb. Rio Olimpiadasında qazanılan 18 medaldan 9-u da pəhləvanların hesabına yazıldı. Güləşçilər və məşqçilər ölkə rəhbərliyinin diqqət və qayğısını layiqincə dəyərləndirir və nəticə verir. Buna görə onlara minnətdarlığımı bildirirəm. Qarşıdakı yarışlarda güləşçilərə uğurlar arzulayıram. Hər zaman bayrağımızı ucaldın. Dünya Kubokunu TV vasitəsiylə izləyirdim. Yarışda gərgin mübarizə getdi. Çox ağır qrupa düşmüşdük. Millimizin 3-cü yeri tutması bizi sevindirir. Yaddan çıxartmayaq ki, sərbəst güləş yığmamız 2004 və 2009-cu illərdə bu kubokun sahibi olub. 2009-da komandamız məhz İranda titula sahib çıxmışdı. İdmanda qələbə olduğu kimi, məğlubiyyət də var. Bu dəfə yığmamız gəncləşdirilmiş heyətlə Dünya Kubokuna yollanmışdı. Bu da millidəki güclü rəqabətdən, ehtiyat qüvvənin yaxşı olmasından xəbər verir. Rəqabət olan yerdə nəticələr də gözəl olacaq. Uğurlarınızın davamı gəlsin”.
Daha sonra Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti Namiq Abdullayev söz aldı: “Fərid müəllimin də qeyd etdiyi kimi, son Olimpiadada qazanılan medalların yarısı Güləş Federasiyasının payına düşdü. Bu çox sevindirici haldı. Bu ilin ilk ciddi sınağımız Dünya Kuboku oldu. Bürünc medalı uğurlu nəticə sayıram. Firdovsi Umudov baş məşqçi olduqdan sonra gənclərin yığmada artımı müşahidə olunur. Bu qazanılan uğur münasibətlə idmançılarımızı və xalqımızı təbrik edirəm. Güləşçilərimizə qarşıdakı yarışlarda uğurlar arzulayıram”.
Millinin baş məşqçisi Firdovsi Umudov isə Dünya Kubokuyla bağlı geniş danışdı: “Komandamız adından AGİN-in əməkdaşlarına minnətdarlığımızı bildiririk ki, bu tədbiri təşkil edərək, qələbəmizi ictimaiyyətə çatdırırlar. Dünya Kubokuna yollanan heyətdə gənclərə üstünlük vermişdim. Bildiyiniz kimi, yeni məşqçilər korpusuyla yığmanı yarışlara hazırlaşdırırıq. Bunun da müsbət nəticəsini görürük. Sözsüz, qazandığımız bütün uğurlar prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi dövlət qayğısının nəticəsidi. Biz də çalışırıq ki, əlimizdən gələni əsirgəməyək. Ölkə başçısı 2017-ni İslam Həmrəyliyi Oyunları ili elan edib. Bu yarışda etimadı doğrultmağa çalışacağıq. Güləş Federasiyasının prezidenti Fazil Məmmədov daim bizim yanımızdadı. Bu uğur ümumi kollektivin nailiyyətidi. Mən hər zaman qeyd etmişəm ki, əsas nizam-intizamdı. Şükürlər olsun ki, bu da var. Hacı Əliyev, Cəbrayıl Həsənov və Cəmaləddin Məhəmmədov kimi təcrübəlilərlə yanaşı, gəncləri də Dünya Kubokuna apardıq. Mahir Əmiraslanov, Əli Rəhimzadə və Murad Süleymanov böyüklər arasında ilk dəfə belə nüfuzlu yarışda iştirak edirdi. Buna baxmayaraq, olimpiya və dünya çempionlarıyla qarşılaşıb, layiqli mübarizə apardılar. Əli London Olimpiadasının qalibi Camal Otarsultanovu (Rusiya) məğlub etdi. Murad dəfələrlə dünya və olimpiya çempionu olmuş Cordan Barrouzla (ABŞ) qarşılaşdı. Süleymanovu psixoloji cəhətdən bu görüşə hazırlaşdırmışdım. “Rəqibə qalib gəlmək olar” demişdim. 5:1 güləşçimiz öndə idi. Daha sonra hakim ədalətsizliyi ilə üzləşdik. Bir dəqiqə ərzində güləşçimizə 2 dəfə qeyri-fəal olmasıyla bağlı cərimə verildi. Nəticədə diskvalifikasiya ilə üzləşdi. Ümumi hesab 4:4 oldu. ABŞ texniki xallara görə finala yüksəldi. Rusiya və Gürcüstanı məğlub etdikdən sonra hakimlər tərəfindən sıxışdırıldıq. Hacı Əliyev indiyədək 3 çəkidə çıxış edib. 61 kq-da iki dəfə dünya çempionu olub. 57 kq-da Olimpiadanın bürünc medalını qazanıb. Nəhayət, bu yarışda 65 kq-da Avropa çempionu, dünya və olimpiya medalçılarına qalib gəldi. Keçirdiyi 4 görüşün hamısını qələbəylə başa vurdu. Cəbrayıl Həsənov da güclü rəqiblərə qalib gəldi. O, rus və gürcü həmkarlarını üstələdi. Həsənov Barrouza tanış rəqib idi. Bu üzdən Muradın Cordanla güləşməsini məqsədəuyğun saydıq. Süleymanov da nəyə qadir olduğunu nümayiş etdirdi”.
Bundan sonra sual-cavab prosesinə keçildi. Suallar əsasən Firdovsi Umudova ünvanlandı.
- Hacı Əliyev bu yarışda 65 kq-da güləşdi. Toğrul Əsgərov da bu kateqoriyada çıxış edir. Qarşıdakı yarışlarda kim hansı çəkidə mübarizə aparacaq?
- Toğrul Hindistandakı yarış zamanı boynundan ciddi zədə alıb. Onun bundan sonra 65 kq-da çıxışı nəzərdə tutulmayıb. Ancaq qəti fikir bildirmək mümkün olmur. Bunu zaman göstərəcək. Hazırda onun müalicə prosesi gedir. Yəqin ki, əməliyyat olunacaq. Bir müddət güləşdən uzaq qalacaq. Böyük ehtimalla, Əsgərov bərpa olunduqdan sonra başqa çəkidə qüvvəsini sınayacaq. Hacıya gəlincə, qarşıda təlim-məşq toplanışları və yarışlar var. Heyəti indi açıqlamıram. Əliyev özünü hansı çəkidə rahat hiss etsə, o kateqoriyada çıxış edəcək.
- Dünya Kubokunda üzləşdiyiniz haqsızlıqla bağlı Dünya Güləş Birliyinə (UWW) müraciət etməyi planlaşdırırsız?
- Biz yerindəcə müraciət etdik və etirazımızı bildirdik. Bu çox gülməli məsələdi. Rəqibdən 5:1 öndəsən və həm də hücum edirsən. Qaydalarda belədi ki, rəqib bilə-bilə səni döşəkdən itələyib çıxarırsa, ona xal verilmir. Ən pis halda xalçadan çıxan güləşçiyə öncə şifahi xəbərdarlıq edilməlidi. Etirazımıza baxılacağı deyilmişdi. Ancaq qatar artıq getmişdi. Həmin görüşdə uduzdurulmaqla finala yolumuz bağlandı. Əli Rəhimzadə ötən il Macarıstanda keçirilmiş dünya çempionatının qalibi olmuş Loqan Stiberə 11:12 hesabıyla uduzdu. Sonda təcrübəsizlik özünü göstərdi. Yəqin ki, Muradın görüşünü idarə edən hakim haqda ölçü götürüləcək.
- Namiq bəy, sizə elə gəlmir ki, artıq yığmalarda yerli məşqçilərə və yerli güləşçilərə güvənməyin vaxtı çatıb?
- Bizim yetərincə yerli məşqçimiz var. Firdovsi müəllim neçə aydı ki, yığmanın baş məşqçisi təyin olunub. Məşqçilər korpusunda da yerli mütəxəssislər yer alıb. Yığmanın gənclərlə qazandığı nəticə də ortadadı. Bir müddət öncə əcnəbi mütəxəssislərə və idmançılara ehtiyac var idi. Ancaq fikrimcə, indi milli idman növü olan güləşdə özümüzkülər bütün bu fikirləri alt-üst etdi. Federasiyalar da yerlilərə güvənməkdə maraqlı olmalıdı. İdmançı rəqabət şəraitində yetişir. Bəzi çəkilərdə müvəqqəti də olsa, əcnəbilərin xidmətindən yararlanmağa ehtiyac var. Ancaq bəzi çəkilərdə yetərincə güclü güləşçilər var və kimlərinsə “milliləşdirilməsi” labüd deyil. Yerli mütəxəssislərin də yığmalarda çalışmasını daha doğru sayıram. Çünki onlar idmançılarımızın psixologiyasına, yerli mentallığa bələddi. Onların idmançıya təsir gücü daha böyükdü.
- İranda dəfələrlə bayraq qalmaqalı yaşanıb. Bu dəfə də istisna olmadı. Təşkilatçılara bayrağımızı təhrif etdiklərini söylədikdə bu səhvi nə ilə əsaslandırdılar?
- Federasiyanın mətbuat katibi Mayis Musayev də yanımdaydı. Onunla birgə təşkilatçılara yaxınlaşıb, iradlarımızı çatdıranda bəhanə axtarmağa başladılar. Hətta belə bir cümlə işlətdim ki, sizin bayrağınızın üstünə ay-ulduz vursaq, xoşunuza gələrmi? Bayraq bizim milli qürur mənbəyimizdi. Bayrağın dəyərini əcnəbi mütəxəssis anlamaz. Azərbaycanlıyıq, bayraq bizim qanımız-canımızdı, qürurumuza toxunanlara layiqli cavab vermək də borcumuzdu. Bayrağı dəyişmələrini tələb etdim. Onlar başqa bayrağın olmadığını bildirdi. O boyda İranda Azərbaycan bayrağının olmaması gülməli məsələ idi. İnternetdə girib bayrağımızın formasıyla tanış ola bilərdilər. Nə oldu, yenə eyni şeylər əvvəlki kimi təkrar oldu? Bu təhrif olunmuş bayraqla yarışa çıxmayacağımızı söylədik. Həmişə özümüzlə yarışlara bayrağımızı aparırıq. Bizi çölə çıxmağa qoymurdular. Otağımızın açarını verdik, gedib ordan bayrağımızı gətirdilər. Buna görə bir az görüş yubandı. Bayraq gələndən sonra çıxış etdik.
- Orda komandamıza dəstək olanlar var idi?
- Tanınmış idmançılarımıza dəstək daha çox idi. Xüsusən də İranda yaşayan Azərbaycan türkləri bizə dəstək verirdi. Ancaq başqaları rəqib güləşçilərə azarkeşlik edirdi. Amma bu bizi narahat etmirdi. Murad Cordan Barrouzla güləşəndə rəqibə dəstək çox idi. Ancaq bu məqam Süleymanovu narahat etmirdi. Təsadüfi deyil ki, güləşçimiz 5:1 öndə idi. Ancaq hakim ədalətsizliyinin qurbanı oldu. Heç kimə deyə bilməzsən ki, sən niyə amerikalıya, rusa və ya gürcüyə azarkeşlik edirsən...
- Şərif Şərifov ümidləri doğrultmadı. Bu nə ilə bağlıydı?
- Səhhətindəki problem ilk yarış günündə uğurlu çıxış etməyə imkan vermədi. Ancaq növbəti gün nisbətən özünə gəldi. Türkiyə ilə görüşdə Rio-2016-nın gümüş medalçısı Səlim Yaşarı üstələdi. Şərifovun ABŞ-la görüşdə Deyvid Teyloru məğlub edəcəyinə ümid edirdik. Ancaq alınmadı. Komandamızda 1997 təvəllüdlü iki güləşçi – Mahir Əmiraslanov və Əli Rəhimzadə var idi. Qarşımızda duran tapşırıqlardan biri də yığmanın ehtiyat qüvvəsini formalaşdırmaqdı.
Sonda bəzi güləşçilər yarışla bağlı fikirlərini açıqladı.
Hacı Əliyev: “İrana kuboku Bakıya gətirmək üçün getmişdik. Əlimizdən gələni etdik. 3-cü yeri tutduq. Sevinirəm ki, vətənə əliboş qayıtmadıq. Yerli məşqçilərlə işləmək bizə xoşdu. Əcnəbi mütəxəssislərə dərdimizi başa sala bilmirik. İslam Həmrəyliyi Oyunlarında xalqımızı sevindirməyə çalışacağıq”.
Cəbrayıl Həsənov: “Dünya Kubokuna yaxşı hazırlaşmışdıq. Gənclərin yer aldığı heyətlə 3-cü yeri tutmağı böyük uğur sayıram. Növbəti yarışlarda bundan böyük uğur qazanmağa çalışacağıq. Firdovsi Umudovun baş məşqçi kimi ilk uğuru oldu. Baş məşqçimizi təbrik edirəm”.
Əli Rəhimzadə: “İlk görüşdə London Olimpiadasının qalibiylə qarşılaşdım. Camal Otarsultanova 0:6 hesabıyla uduzurdum. Son saniyələrdə əzmkar qələbə qazandım. Daha sonra “Qran-pri”də uduzduğum Georgi Revazişviliyə tam üstünlüklə qalib gəldim. Dünya çempionu Loqan Stiberlə qarşılaşmada da qələbə qazana bilərdim. Rəqibə 4 xallıq fənd etdim. Ancaq əlim ilişdiyi üçün amerikalı pəhləvan mənə qalib gəldi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var Bütün xəbərlər
Ən çox oxunanlar