26 fev 13:48idman

“Fənərbaxça” yenə “Azərreyl”ə aman vermədi

“Fənərbaxça” yenə “Azərreyl”ə aman vermədi
Bakıda Əziz Yıdırımı istefaya səslədilər

AZƏRREYL – Fənərbaxça (Türkiyə) 0:3 (19:25, 16:25, 22:25)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerotodoros (Yunanıstan).
23 fevral. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 700 tamaşaçı.
Dünən voleybol üzrə Çempionlar Liqasının C qrupunda 2-ci pillədə qərarlaşan “Azərreyl” qrupun favoriti və məğlubiyyətsiz lideri “Fənərbaxça”nı qəbul etdi. Rəqibin statusu azarkeş marağına səbəb olmuşdu. Düzdü, protokolda 700 tamaşaçının Dərnəgül Voleybol Mərkəzində olduğu yazılıb. Ancaq həqiqətdə arenada bundan təxminən 2 dəfə çox tamaşaçı var idi. Hər iki klubun fanklubu hələ oyunun startına 40 dəqiqə qalmış müxtəlif şüarlarla voleybolçulara dəstək verirdi. Ancaq peşəkar və keyfiyyətli dəstək sarıdan “Gənc Fənərbaxçalılar” yerli fanatları üstələyirdi. Əslində “sarı-lacivərdlilər”i dəstəkləyənlər də azərbaycanlılar idi. Maraqlıdı ki, onların arasında 10-a yaxın xanım azarkeş də var idi. “Gənc Fənərbaxçalılar” qonaqlara sona qədər yüksək səviyyədə dəstək verdi. Ancaq 3-cü setdə “Aziz istifa” plakatını açaraq “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımı istefaya səslədilər. Qarşılaşmanı canlı izləyənlər arasında Ukraynanın “Kremen” klubunda forma geyən basketbolçumuz Amil Həmzəyev də var idi. Ancaq gözümüzə nə Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dəydi, nə də qurumun 1-ci vitse-prezidenti Faiq Qarayev. Halbuki onlar “San-Rafael” (Fransa) ilə qarşılaşmanı VİP-lojadan izləmişdilər.
Matça keçməzdən öncə bir məqamı da nəzərinizə çatdıraq. Bir gün əvvəl sağ ayağının diz bağından əməliyyat olunan Şəfaqət Həbibova oyunu əsa ilə izləyirdi. Voleybolçu 1,5 aydan sonra sıraya dönəcək və İslam Həmrəyliyi Oyunlarına kimi hazır duruma gələcək. “Azərreyl” 2-ci toppaylayıcı problemini həll etmək üçün Kristina Yaqubovanı “Azəryol”dan icarəyə götürüb. Əslində Yaqubova özü heç müqavilə ilə “Azəryol”a məxsus deyil. Kristinanın “Telekom”la 2019-cu ilədək müqaviləsi var.
İndi isə keçək görüşə. Famil Ağayev bu dəfə Ayşən Abduləzimovanın yerinə Aynur Kərimovanı oynadırdı. İlk set qarşılıqlı xallarla başlasa da, tədricən qonaqlar təşəbbüsü ələ keçirdi. Qarşılaşmanın əvvəllərində Yekaterina Jidkovanın oyunu da alınmırdı. Əksər zərbələri boşa çıxan yığma üzvü setin sonlarında özünə gəldi. Ancaq buna qədər “Fənərbaxça” böyük xal fərqi yarada bilmişdi. İlk setdə maraqlı məqamlardan biri “çelenc” sistemində anlaşmazlığın yaşanması oldu. Əvvəlcə hakim qonaqların etirazını müsbət cavabladı. Daha sonra isə Famil Ağayevin etirazını qəbul etdi və xalı “Azərreyl”ə verdi. Ancaq bu xal ciddi önəm kəsb etmədi. Türkiyə klubu ilk seti çətinlik çəkmədən qazandı.
İkinci setin ilk texniki fasiləsinə 4 xallıq üstünlüklə yollanan Marçelo Abbondanzanın komandası tezliklə şok yaşadı. Yeon-Kunq Kimin ayağı burxulduğundan italiyalı mütəxəssis onu meydandan çıxardı. Liderin kənara çıxması bir anlıq qonaq komandada xaosa səbəb oldu və nəticədə “Azərreyl” fərqi azaltdı. Ancaq Abbondanzanın götürdüyü fasilədən sonra yenidən təşəbbüs “Fənərbaxça”nın tərəfinə keçdi. İkinci texniki fasilədən sonra Jidkovanın ardıcıl 2 zərbəni auta vurması bu setə olan ümidləri də puç etdi.
Üçüncü setə meydan sahibləri yaxşı başladı. Nəticədə ilk məcburi fasiləyə “Azərreyl” 8:5 öndə yollandı. Ancaq tədricən üstünlüyü ələ keçirən “Fənər” bu seti də hesabına yazaraq “quru” qələbəyə sevindi. Jidkova 15 xalla oyunun ən məhsuldar voleybolçusu oldu. Rəqibin heyətində isə Polen Uslupehlivan 14 xala sevindi.
Qarşılaşma başa çatdıqdan sonra Famil bəy ortalıqda görünmədi. Abbondanza isə matç haqda bunları dedi: “Çox çətin oyun olacağını gözləyirdik. Çünki “Azərreyl” güclü komandadı və pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparır. İkinci setdə “Azərreyl” yaxşı oynamağa çalışsa da, bu onlara müyəssər olmadı. Bizim üçün əsas olan hesab yox, qələbə qazanmağımızdı. Yeon-Kunq Kimin dizi zədələndi. Ancaq düşünürəm ki, ciddi problem yoxdu. Növbəti oyunda çıxış edə biləcək. Şanslarımız barədə proqnoz verə bilmərəm. Bu yarışda çempion olmaq çox çətindi. Çünki çox güclü rəqiblər var. İndi pley-offa hazırlaşmaq lazımdı”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar