Vahid Nəzərov AMADA-nı günahlandırdı » Football-plus.az
07 avq 17:44idman

Vahid Nəzərov AMADA-nı günahlandırdı

Vahid Nəzərov AMADA-nı günahlandırdı
“Orda çalışanları mütəxəssis saymıram”
İtaliyada bu yaxınlarda başa çatan Avropa çempionatında uğurlu çıxış edən yeniyetmə ağır atletlərimiz dünən Gənclər və İdman Nazirliyində (AGİN) olub. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu nəticələri yüksək qiymətləndirib və Ağır Atletika Federasiyasının (AAAF) əməyinin danılmaz olduğunu qeyd edib. Sabiq ağır atlet dopinq məsələsinə də toxunub: “Bəzən hansısa dərman preparatı sonradan dopinq kimi qəbul olunur. İllərlə əziyyət çəkən idmançı belə vəziyyətdə kiçik məsuliyyətsizlik üzündən karyerasını məhv edə bilər. Ona görə də diqqətli və məsuliyyətli olmaq lazımdı”.
AAAF-ın baş katibi Rizvan Rəsulov bu uğuru yeniyetmələrin Olimpiadasında da davam etdirməyə çalışacaqlarını deyib. Mətbuat konfransında qitə birinciliyində uğur qazanan idmançılar və məşqçilər də fikirlərini çatdırıblar. Vətənə qayıtdıqdan sonra söylədiklərini diqqətinizə çatdırdığımızdan təkrarçılığa lüzum görmürük.
Ancaq mövzunu davam etdirmək qərarına gəldik. Söhbət təkcə AÇ-dən getmir. Təəssüf ki, uğurlarla yanaşı, uğursuzluq da ağır atletikamızı tərk etmir. Bu da tez-tez yaşanan dopinq hallarıdı. Bu və digər məsələlərlə bağlı “Təhsil”in baş məşqçisi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovla söhbətləşdik. Yığmamızın sabiq çalışdırıcısı yeniyetmələrin İtaliyadakı çıxışını uğurlu sayır: “İdmançılarımızın Milandakı çıxışını yüksək qiymətləndirirəm. Bəziləri yazır ki, yığmamız bu Avropa çempionatında lisenziya qazandı, bəziləri də Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilmədiyimizi yazır. Axı belə deyil. Lisenziya ötən il Taylandda qazanılıb. Ancaq qızlarda lisenziya əldə olunmadı. AAAF-ın vitse-prezidenti yeniyetmələrə diqqət ayırır. Onu buna görə alqışlayıram. Deməli, sabah güclü gənclərimiz də olacaq. Milandakı yarışın nəticəsini komandamız üçün çox uğurlu sayıram. Onlardan iki-üçünü Olimpiada üçün hazırlamaq lazımdı ki, medala iddialı olsunlar. Yeniyetmələrin Olimpiya Oyunlarına Tamerxan Babayevi göndərmək olar. Onun nəticəsi yaxşıdı. Açığı, lənkəranlı Rüstəm Qasımovdan da uğurlu çıxış gözləyirdik. Onda nəsə alınmadı. Onların üzərində işləmək lazımdı. Göstəricilərini yaxşılaşdırmalıdılar”.
AAAF dopinqə qarşı sərt mübarizə aparsa da, bu xəstəlikdən yaxa qurtarmaq mümkün olmur. Ötən il perspektivli idmançılarımızdan İsa Rüstəmov 4 illik diskvalifikasi ilə üzləşdi. Anastasiya İbrahimli və Rövşən Fətullayevin də “ilişdiyi” dəqiqdi. Ancaq onlara hələ də cəza verilməyib. Bununla belə, yoxlama davam etdiyi üçün yarışlara da buraxılmırlar. Ən son Hüseyn İsmayılovla Azər Məmmədlidə yasaq preparat aşkarlanıb. Ancaq Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) onların cəzasını hələ açıqlamayıb. Milli Anti-Dopinq Agentliyi (AMADA) da boş dayanmır. Qurum fəaliyyətdə olduğu 1,5 il ərzində üç ağır atletin adını “qara siyahı”ya salıb. Cəbrayı Abzərli ötən il, Rəcəb Mustafayevlə Emin Qocayev isə bu il 4 illiyə bütün yarışlardan diskvalifikasiya olunub. Göründüyü kimi, hələ də ağır atletikamız məlum “mərəz”dən yaxa qurtara bilməyib. Maraqlıdı ki, Nəzərov bu məsələdə AMADA-nı günahkar sayır: “Bizdə vahid sistem yoxdu. AMADA idmançılardan test götürüb, nəticələrin təhlili üçün Almaniyaya göndərir. Ancaq AMADA-da çalışanları mütəxəssis saymıram. İdmançılara deyən yoxdu ki, bu dərmanları atın. Seminarlar keçirilməli, atletlət bu məsələylə bağlı dolğun məlumatlandırılmalıdı. Bir dəfə telekanallarımızdan birində tibb elmləri namizədi söylədi ki, ölkəmizdə ucuz dərmanlar alınır. Həmin dərmanların da keyfiyyəti yüksək olmur. Ona görə də idmançılarımız dopinqə “ilişir”. Bu işdə təbliğat güclü olmalıdı. Yığmalarda təcrübəli məşqçilər işləməlidi”.
Daha bir maraqlı məqam yuxarıda adları çəkilənlərdən ikisinin “Təhsil”in üzvü olmasıdı. Bu klubun baş məşqçisi olan Vahid bəy dopinqə qarşı olan mütəxəssislərdən biridi. Belədə Emin Qocayev və Cəbrayıl Abzərlinin dopinqli çıxması təəccüblü deyilmi? Nəzərov bu sualımızı belə cavabladı: “Emin Qocayev “Təhsil”in idmançısı deyil. O, Gəncədəki “Təhsil”in məşqçisi kimi işləyir. Orda da dərəbəylik hökm sürür. Qocayev bizim klubun yığmasının üzvü deyil. Cəbrayıl Abzərliylə gəlincə, biz bununla bağlı məhkəməyə müraciət etdik. Sübut elədik ki, onda dopinq yoxdu. Ancaq yenə də AMADA bildiyini etdi və onu 2021-dək cəzalandırdı. Onu yığmaya “təmiz” vermişdik. Orda nə qələt elədilər, bilmədik. İsa Rüstəmovu AMADA 4-5 dəfə yoxlamışdı. Necə olur ki, atlet bu yoxlamalardan “təmiz” çıxır, amma WADA-nın araşdırmasından sonra onda dopinq aşkarlanır? Bir idmançıya dövlət böyük vəsait ayırır, yüksək səviyyəyə çatdırır. Ancaq bir səhvə görə həmin uşağı məhv edirlər. Araşdırmırlar ki, əslində vəziyyət necədi. AMADA-nın rəhbəri Şəfəq Hüseynli daha öncə Güləş Federasiyasında çalışıb. O və əməkdaşları dopinq sahəsi üzrə mütəxəssis deyil. Mən baş məşqçi olanda heç bir idmançı dopinqə düşmürdü. Dünya və Avropa çempionu vermişəm. Amma indi hamısı bir-bir dopinqə düşür. Bu da savadsızlıq və təcrübəsizlikdən irəli gəlir. Atasının gözünü çıxardana Koroğlu yox, kor kişinin oğlu deyirlər. Hamısı elə bilir ki, halvadı. Dövlətin idmana böyük maddi dəstəyi var. İdmançı evlə təmin edilir, yaxşı da maaş alır. Yeniyetmə idmançı elə milli ruhda yetişməlidi ki, aldığı vəsaitə uyğun canıyla, qanıyla cavabdehlik daşımalıdı. Dövləti bu yolla biabır etməməlisən. Yeniyetmələrə bunları başa salmaq lazımdı. Asan yolla uğur qazanmaq istəyənlər 10-15 gündən sonra cəzalanır, medalı da əlindən alınır. Sonradan orqanizmində dopinq aşkarlanan Anastasiya İbrahimli İslamiadada qazandığı qızıl medala görə dövlətdən 150 min manat aldı. Belələri cəzalanmalıdı. Cəbrayılın üstündə nə qədər işləmişdik. Onun üçün nə qədər vəsait xərclənmişdi. 4 illik cəzalandırdılar, o da idmanı atıb getdi. İdmanımız bundan nə uddu? Heç nə. Amma sübut edə bilmədilər ki, bu dopinq Abzərlinin orqanizminə necə düşüb. Qadağan olunmuş dərmanlar ölkəmizə necə keçirilir? Jurnalistlər bu məsələni araşdırmalıdı. Necə bu dərmanlar idmançının əlinə düşür? Bir narkotiklə tutulan 3-5 il həbs cəzası alır. İdmançıdan bəhər götürməkdənsə, onları bir-bir itiririk. Qarşıdan Olimpiada gəlir. O vaxt SSRİ-nin yığması üçün ayrıca institutlar işləyirdi. Elə dərmanlar icad olunurdu ki, dopinqə düşmürdü. Bizdə də alimlər bu istiqamətdə işləyirlər. Necə ki Çində atletlərə elə dərmanlar verilir ki, yasaq preparat sayılmasa da, gücləndirici effekt verir. Bizdə isə hər şeyi atırlar məşqçinin üstünə. Məşqçiyə proqram verilməlidi ki, ona əsasən fəaliyyət göstərsin. Həm də millilərimizdə peşəkar idman həkimləri çalışmalıdı. Ordan-burdan dəvət edilən qeyri-idman həkimləri ilə nəsə etmək mümkün deyil. Ona görə idmançılarımız dopinqə düşürlər. Sizə bir misal çəkim. Oğlum Əliş Nəzərov bu il böyüklər arasında ölkə çempionu oldu. Ona özüm nəzarət edirəm. Tofiq Heydərov sağ olsun, ona kömək edir. Oğlumun bir idmançı kimi inkişafında AAAF-ın vitse-prezidentinin böyük rolu olub. 5-6 dəfə Əlişdən test götürülüb, amma dopinq tapılmayıb. İdmançıyla ağılla işləmək lazımdı. Bax, söhbət bundan gedir”.
Vahid bəy ilin sonunadək İWF-dən hakim kimi təyinat da gözləyir: “Noyabrda Türkmənistanın paytaxtı Aşqabadda lisenziya xarakterli dünya çempionatı olacaq. Həmin yarışa dəvət gözləyirəm. Ola bilsin, oktyabrda Polşada keçiriləcək gənclərin Avropa çempionatına da təyinat aldım. Yeniyetmələrin yarışına isə getmirəm. Çünki mən daha çox böyüklərin yarışında hakimlik edirəm”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar