01 avq 16:24idman

Tofiq Məmmədov Berlindən kubok gətirir

Tofiq Məmmədov Berlindən kubok gətirir
Həftəsonu Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında Avropa Kuboku keçirilib. 38 ölkədən 528 (319 oğlan, 209 qız) idmançının qatıldığı yarışda ölkəmizi 17 (12 oğlan, 5 qız) cüdoçu təmsil edib. Zərif cinsin nümayəndələri uğursuzluqla üzləşib. Ramilə Əliyeva (44 kq) startda rus Olqa Borisovaya, Aytac Quluzadə (44 kq) tunisli Umayma Beduyiyə, İçinxorloo Munxtsedev (57 kq) alman Nora Bannenberqə, Ülviyyə Rəhimli (57 kq) isə türk Buket Mərcana uduzub. Yeganə qələbəni Gültac Məmmədəliyeva (52 kq) qazanıb. Ancaq debütdə finlandiyalı Kristina Sandellə qalib gələn həmyerlimiz alman Seya Ballhauza məğlub olub. Oğlanlardan Elçin Hüseynov (66 kq) qazax Baxtizan Abdurahmanova, onun çəki yoldaşı İbrahim Əliyev isə gürcü Georgi Niazaşviliyə boyun əyərək, qızların aqibətini yaşayıb.
Paşa Əliyev (73 kq) ilk görüşdə italyan Alessandro Osimanini mübarizədən kənarlaşdırandan sonra lüksemburqlu Klaudio Santos qarşısında aciz qalıb. Nurlan Osmanov (66 kq) danimarkalı Yonas Çaykovskiylə britaniyalı Jozef Linçə gücünü göstərsə də, qazax Sunqqat Jubatkana “ilişib”.
Keçək 7-ci yeri tutan cüdoçularımıza. Raşxan Baxışəliyev (55 kq) qazax Nurxan Almabek üzərindəki qələbənin ardınca komanda yoldaşı Balabəy Ağayevə uduzub. İlk təsəlliverici görüşdə gürcü Tornike Marqelaşvilinin medal ümidini puça çıxaran Baxışəliyevin yolunu fransalı Əhməd Yakub Belkahla kəsib. Murad Fətiyev (81 kq) italiyalı Komi Bedel Kennini devirdikdən sonra avstraliyalı Saif-İslam İslamxanova bata bilməyib. Təsəlliverici görüşlərdə holland Yan Reyntyenslə braziliyalı Gilyerme Şimidtə qalib gəlsə də, ispan Adrian Pons Kanalesə uduzaraq 7-ci yerlə kifayətlənib. Camal Feyziyev (+100 kq) finlandiyalı Erkka Darinin debütünü korlasa da, rusiyalı Camal Qamzatxanovun “ippon”undan yaxa qurtara bilməyib. İlk təsəlliverici görüşdə britaniyalı Uesli Qriinicdən güclü olan həmyerlimiz qazax Bibaris Abdiqaniyə məğlub olub.
İki cüdoçumuz medalın biraddımlığında dayanıb. Balabəy Ağayev (55 kq) Marqelaşviliylə Baxışəliyevi yendikdən sonra yarımfinalda qazax Dəmir Bolatbekova, 3-cü yer uğrunda qarşılaşmada isə gürcü Vano Xubaşviliyə bata bilməyib. Əhməd Yusifov (60 kq) britaniyalı Carli Yanq və avstriyalı Cəbrayıl Zakayev “sədd”ini aşdıqdan sonra braziliyalı Renan Torresə “ilişib”. Mübarizəni davam etdirən Yusifov qazax Toktar Umutaliyevlə finlandiyalı Lukas Sahanı sıradan çıxarsa da, “bürünc” savaşında rumıniyalı Lusian Bors Dumitreskuya uduzub.
17 nəfərlik heyətdən yalnız üçü fəxri kürsüyə qalxıb. Rövşən Əliyev (55 kq) gürcü Vano Xubaşvili və holland Daan Moesi məyus etdikdən sonra finalın biraddımlığında Rusiyanı təmsil edən İmam İbrahimovla bacarmayıb. Ruhdan düşməyən Əliyev fransalı Əhməd Yakub Belkahlaya qalib gələrək “bürünc”lə təsəlli tapıb. Hasil Cəfərov (73 kq) startda gürcü Georgi Çixelidzeyə uduzsa da, italyan Matteo Mazzi, bolqar Dobromir Kalisterski, braziliyalı Sezar Julio Filyo, fransız Huqo Metifiot və braziliyalı Ceferson Junyor Santosu üstələyərək “bürünc”ü boynundan asıb. Komandamızın heyətində ən böyük uğura Tofiq Məmmədov (60 kq) imza atıb. Qəzetimizin sahibi Vüqar bəyin oğlu bütün rəqiblərinə vaxtından əvvəl – “ippon”la qalib gəlib. Avstriyalı Marvin Pum, kanadalı Joel Demaere, rusiyalı Ramazan Abdullayev, alman Lennart Slamberqer, rumıniyalı Lusian Bors Dumitresku və qazax Arslan Yessenqelə gücünü göstərən Tofiq Berlində himnimizi səsləndirib. Xatırladaq ki, Məmmədov fevralda Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında keçirilən “European Open” turnirinin də qalibi olmuşdu.
Yekunda yığmamız 1 “qızıl”, 2 “bürünc”lə komanda hesabında 8-ci yeri tutub. İlk “3-lük”də uyğun olaraq, Rusiya (3-2-3), Almaniya (2-5-8) və Qazaxıstan (2-2-1) qərarlaşıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar