26 fev 13:18idman, manset

Ölkəmiz WADA-nın “qara siyahı”sından çıxıb

Ölkəmiz WADA-nın “qara siyahı”sından çıxıb
Bu il idmançılarımızdan 435 test götürüləcək

Xəbər verdiyimiz kim, dünən Gənclər və İdman Nazirliyinin inzibati binasında ötən ilin sonlarında yaradılan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ictimaiyyətə təqdim olundu. Saat 15.00-da başlayan mətbuat konfransında qurumun rəhbəri Şəfəq Hüseynli əvvəlcə başçılıq etdiyi təşkilatın fəaliyyət dairəsi haqda məlumat verdi, daha sonra jurnalistlərin suallarını cavabladı.
-Biz sizinlə daha tez görüşə bilərdik. Bu gecikmənin səbəbi var. Biz Ümumdünya Antidopinq Agentliyindən (WADA) xəbər gözləyirdik. Fevralın 17-də bu xəbəri aldıq. Bu informasiya Azərbaycanın yenidən Ümumdünya Antidopinq Kodeksinə uyğunluğu ilə bağlıdı. Bildiyiniz kimi, ölkəmiz son zamanlar dopinqlə bağlı bir sıra problemlərlə üzləşmişdi. WADA Azərbaycanı standartlara uyğun olmayan ölkələrin siyahısına daxil etmişdi. Gənclər və idman naziri Azad Rəhimov durumu ölkə başçısı İlham Əliyevə məruzə etdi. Prezidentin idmana göstərdiyi qayğı və dəstək sayəsində bir sıra addımlar atıldı. Ötən il noyabrın 29-da İdmanda dopinq vasitələrindən istifadəyə qarşı qanun qəbul olundu. Dekabrın 14-də imzalanan fərmana əsasən AMADA-nın yaradılmasına qərar verildi. Qısa zamanda Ümumdünya Antidopinq Kodeksinə uyğun ola bildik. Adətən, bu proses başqa ölkələrdə ən azı 6 ay çəkir. Ancaq biz buna cəmi 2,5 ayda nail olduq. Hər gün irəli addımlayırıq. Anlayırıq ki, bu yetərli deyil. Uzun müddətli nəticələr üçün ani həll yolu yoxdu. Ölkəmizdə idmanın saflığını qorumaq üçün əlimizdən gələni edəcəyik. Bu gün Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır. AMADA da dünyada nümunəvi qurumlardan olacaq. Bunun üçün bizdə hər şey - müasir qanun, müstəqil və işində tam şəffaf agentlik, müasir struktur var. Fəaliyyət istiqamətlərimiz nədən ibarətdi? İdmançıların dopinq testlərini götürmək, həkim, idmançı və məşqçilər arasında maarifləndirmə işləri aparmaq vəzifəsi qarşımızda durur. Geniş təlim və təhsil proqramı hazırlanıb. Terapevtik İstifadəyə İcazə Komitəsinin fəaliyyətini tənzimləmək, nəticələrin emalı, beynəlxalq əlaqələrin qurulması da fəaliyyət dairəmizə daxildi. Əsas məsələ sırf idmançını yarış zamanı dopinq nəzarətindən keçirmək yox, idmançını müdafiə etmək, bütün idmançılar üçün bərabər şərait yaratmaqdı. İdmanımızı saflaşdırmaq əsas missiyamızdı. Bu il milli proqram çərçivəsində idmançılardan 435 dopinq testin götürülməsi nəzərdə tutulub. Hər idman növü üçün risk hesablanır və ona uyğun illik plan hazırlanır. Bu plan üzrə fəaliyyətimizi quracağıq.
Yəqin ki, sizə İslam Həmrəyliyi Oyunlarında görəcəyimiz işlər də maraqlıdı. Bakı-2017-də Almaniyanın PWC şirkəti ilə əməkdaşlıq edəcəyik. AMADA-nın 18 eksperti bu prosesdə iştirak edəcək. İki nümayəndə Terapevtik İstifadəyə İcazə Komitəsinin üzvü olacaq. İNADO-nun 64-cü üzvü olduq. Dünyada dopinqlə mübarizə kəskin dəyişib. WADA, BOK və beynəlxalq idman federasiyaları dopinqlə bağlı məsələlərə çox tələbkar yanaşır. Biz də çox fəal olmalıyıq. Məsələlərin düzgün işıqlandırılması üçün sizin yardımınıza ehtiyacımız olacaq. Bir daha qeyd edim ki, əsas hədəfimiz təmiz idmandı. Hər zaman mətbuata açıq olacağıq.
- Qeyd etdiz ki, məqsəd idmançıları müdafiə etməkdi. Bunu necə edəcəksiz?
- Martda bütün yerli idman federasiyalarına AMADA-nın qaydaları və yasaq maddələrin siyahısı təqdim olunacaq. Hər idmançının o siyahını bilməsi vacibdi. Tərəfimizdən hər zaman idmançı, məşqçi və həkimlərin suallarını email və qaynar xətt vasitəsi ilə cavablamağa hazırıq. AGİN tərəfindən 3 müstəqil komitə yaradılıb. Bunlar Terapevtik İstifadəyə İcazə Komitəsi, İntizam Komitəsi və Appelyasiya Komitəsidi. Bundan sonra idmançılar bu komitələrin xidmətindən faydalana biləcək. Komitələrin üzvləri tanınmış həkimlər və hakimlərdi. Gələcəkdə bu mövzuda hər hansı problem yaranarsa, beynəlxalq müstəvidə idmançılarımızın hüquqlarını qoruyacağıq.
- Ölkəmiz WADA-ya üzvlük üçün hər il nə qədər pul ödəyəcək?
- Bu məbləğ ilə və ölkələrə görə dəyişir. Bizdə ödənişi AGİN həyata keçirir. 2017-ci ilin üzvlük haqqı dekabrda nazirlik tərəfindən ödənilib. Ancaq bu məbləği bilmirəm.
- Ölkədə antidopinq sahəsində yetərli sayda mütəxəssis varmı və belə kadrların yetişdirilməsi üçün hansı işlər görülür?
- Bu məsələ ilə bağlı Polşa Antidopinq Agentliyi ilə müqavilə bağlamışıq. Hər ay Azərbaycan, Polşa və İsveçrədə beynəlxalq ekspertlər tərəfindən çoxsaylı təlimlər keçirilir.
- Ölkəmizdə ən çox dopinqə düşən idmançılar ağır atletlər və güləşçilərdi. Bu növlərə nəzarət daha güclü olacaq?
- Bəli. Dopinq riski yüksək olan idman növləri ağır və yüngül atletika, boks, güləşdi. Ona uyğun testlər aparılır, risk hesablanır və dopinq nəzarətin sayı bu riskə görə aparılır. Biz siyahı hazırlamışıq və WADA-ya təqdim etmişik. Buna uyğun il ərzində dopinq testlər götürəcəyik.
- AMADA dopinq testlərlə bağlı hansı ölkədəki laboratoriya ilə əməkdaşlıq edəcək?
- Hazırda bunun müəyyənləşdirilməsi prosesi gedir. Çox güman, Almaniyanın Köln şəhərindəki laboratoriya ilə əməkdaşlıq edəcəyik. Testlərimizi orda yoxlatdıracağıq. Laboratoriya seçimi edərkən logistika, maliyyə və başqa məsələləri nəzərdən keçiririk. Kölndəki antidopinq laboratoriyası çox müasirdi və bizim tələblərimizə uyğun gəlir. Ancaq yekun qərarı martda verəcəyik.
- WADA ilə Rusiya arasındakı “müharibə”nin qurbanı kimi Azərbaycan göstərilir. Bundan sonra Rusiyanın “tor”undan çıxdığımızı söyləmək olar, yoxsa yenə risk qalmaqdadı?
- Mən burda siyası problem görmürəm. Deyə bilmərik ki, ötən il üzləşdiyimiz problemlər Rusiya ilə bağlıydı. Sadəcə, bəzi dəyişikliklər olmalıydı. WADA-dan hərtərəfli dəstək aldıq. Ali qurum qanunvericilikdə də, milli qaydalarımızı yazanda da yardım etdi. Bu müddət ərzində onlarla sıx əməkdaşlıq qurduq.
- AMADA-nın Müşahidə Şurasının üzvləri kimlərdi?
- Şuranın 5 üzvü var. MOK, Milli Paralimpiya Komitəsi və Səhiyyə Nazirliyinin üzvləriylə yanaşı, bir hakim və bir idmançı şuranın heyətinə daxildi. Adlarını yaxın müddətdə ictimaiyyətə açıqlayacağıq.
- Futbolçuları da dopinq testdən keçirməyi planlaşdırırsız?
- Bəli. Planımızda var ki, müəyyən qədər futbolçudan tes götürək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar