24 iy 22:44idman

U-20 B divizionunda qaldı

U-20 B divizionunda qaldı
Bolqarıstanın paytaxtı Sofiyada 20 yaşadək basketbolçular arasında Avropa çempionatının B divizionuna yekun vurulub. İyulun 21-də yığmamız Slovakiyaya müqavimət göstərə bilməyib – 69:109. Əkbər Məmmədov 21 xal və 11 ribaundla dabl-dabla imza atıb. Endər Poladxanlı 19 xal toplayıb. Murad Mustafazadə 6, Şirzad Şirzadov, Elşad Şirzadov və Kamran Məmmədov 5, Ömər Əhmədzadəylə Vüqar Məmişov 3, Georgi Keynaşvili isə cəmi 2 xalı hesabına yazıb. Rəqibin heyətində David Javorski 25 xala sevinib. Digər təsəlliverici görüşlərdə Gürcüstan Albaniyaya (104:44), Finlandiya Belçikaya (69:58), Estoniya Hollandiyaya (56:54), Çexiya Bolqarıstana (60:53), Kosovo Lüksemburqa (73:67), Macarıstan Makedoniyaya (57:34), Portuqaliya isə Belarusa (71:64) qalib gəlib. Yarımfinala gəlincə, Polşa Latviyanı (66:62), Sloveniya isə Rusiyanı (60:50) məğlub edib.
Dünən həlledici qarşılaşmalar baş tutub. Millimiz Lüksemburqa da uduzaraq (73:92) 20-ci yeri tutub. Əkbər yenə dabl-dabl (23 xal, 17 ribaund) edib. Ancaq ən məhsuldar oyunçumuz Endər (27) olub. Georgi 9, Kamranla Şirzad 5, Ömər isə 4 xalı hesabına yazdırıb. Rəqibin heyətində Mixaylo Ancelkoviç 24 xal və 13 ribaundla qarşılaşmaya damğasını vurub.
Digər matçlara gəlincə, Ermənistan Moldovanı (75:66) üstəyərək 21-ci olub. Kosovonu 82:73 hesabıyla devirən Slovakiya 17-ci pillədə qərarlaşıb. Albaniyadan güclü olan (78:48) Hollandiya 15-ci sırada yer alıb. Gürcüstan Estoniyanı (88:64) məğlub edərək 13-cü olub. Belarus Makedoniya üzərindəki 83:73 hesablı qələbəylə 11-ci yeri tutub. Macarıstanı 67:60 hesabıyla məyus edən Portuqaliya 9-cu pillədə qərarlaşıb. Bolqarıstan Belçikanı (64:52) devirərək 7-ci sırada yer alıb. Finlandiya Çexiyaya (87:72) qalib gələrək ilk “5-liy”i qapayıb. Medal matçlarına gəlincə, “bürünc” savaşında Latviya Rusiyadan güclü olub – 76:62. Finalda isə Polşa Sloveniyanı məğlub edib – 71:60.
Qeyd edək ki, finalçılar növbəti mövsüm A divizionunda çıxış edəcək. Ermənistanla Moldova C divizionuna yuvarlanıb. Başqa sözlə, Tahir Baxşıyevin yetirmələri B divizionunda qalıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar