23 iy 12:51idman

Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi

Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi
Elşən Yusubov basketbolçularımızın legioner həyatı yaşamasını istəmir
16 yaşadək basketbolçulardan ibarət yığma Avropa çempionatının C divizionunda medalçılar sırasında yer ala bilmədi. A qrupunda yer alan komandamız San Marino və Moldovaya qalib gəlsə də, Albaniyayla Avstriyaya uduzdu. Belədə qrupda 4-cü olan yığma yarımfinaldan kənarda qaldı. Təsəlliverici görüşlərdə isə Malta üzərindəki qələbəni Şotlandiya yenilgisi müşayiət etdi. Yekunda basketbolçularımız 10 iştirakçı arasında 6-cı yeri tutdu. Yeganə təsəlli yığmamızın lideri Cəbrayıl Əkbərovun turnirin rəmzi “5-liy”inə düşməsidi. Xatırladaq ki, baş məşqçi Elşən Yusubovun rəhbərliyi altında turnirdə Cəbrayıl Əkbərov, Qurban Məmmədli, Rüstəm Mürvətov, Məhəmməd Səfixanlı, Marko Milovanoviç, Fikrət Ələkbərov, Adil Çaybasarski, Simar Bəkirov, Rəvan Mirzəyev, Ramiz Quliyev və İman Hüseynovdan ibarət heyət çıxış edib.
Elşən Yusubovla əlaqə saxlayıb, yarışla bağlı təəssüratını öyrəndik: “Komandanın çıxışını qənaətbəxş sayıram. Düzdü, pley-offa çıxa da bilərdik. Albaniyanı qrupumuzun favoriti sayırdım. Ancaq onlar yekunda bizdən də geridə qaldılar, 8-ci oldular. İki ardıcıl qələbədən sonra ən ağır oyunumuzu onlarla keçirdik. Vaxt da qeyri-münasib idi. İlk qarşılaşmanı yerli vaxtla axşam saat 9-da, ikincini 6-da, üçüncünü isə günorta saat 3-də keçirdik. Artıq albanlarla görüşdə basketbolçularımızda yorğunluq müşahidə edirdim. Məhz bu yorğunluğa görə onlara uduzduq. Əks halda, albanlara qalib gələ bilərdik. Ardıcıl 3-cü qələbə qazansaydıq, yarımfinala yüksələcəkdik. İlk matçı meydan sahibi San Marinoya qarşı keçirdik. Bu ölkənin prezidenti və vitse-prezidenti də açılış mərasimində iştirak edirdi. Azarkeş dəstəyi rəqibin xeyrinə olsa da, dəqiq atışlar və kombinasiyalı oyunla qələbə qazandıq. Daha sonra Moldovayla qarşılaşdıq. Ucaboy basketbolçulardan ibarət komanda idi. Ancaq təcrübə baxımından problemləri vardı. Onların hücumlarını dayandıra bildik. Bizim həmlələrimiz isə məhsuldar alındı. Albaniya ilə görüşdə atışlarımız bərbad idi. Nəticədə oyunu məğlub tərk etdik. Şotlandiya ilə matçda da qeyri-dəqiq atışların qurbanı olduq. Ümumiyyətlə, 2003 təvəllüdlü basketbolçularımız çox yaxşı oynadı. Rüstəm Qürbətov özünü yaxşı tərəfdən göstərdi. Adil Çaybasarskini də fərqləndirə bilərəm. Şəkili Simar Bəkirov debütant olsa da, çox yaxşı təsir bağışladı. Təcrübəlilərdən isə Cəbrayıl Əkbərovu qeyd etməyə bilmərəm. Ancaq Albaniya və Şotlandiya ilə qarşılaşmalarda atışları o qədər də dəqiq deyildi. Ən ucaboy oyunçumuz Cəbrayıldı ki, onun da boyu 192 sm-di. Bu üzdən komandada əsas yük Əkbərovun üstünə düşürdü. O, 3 xallıq atışları sevir. Ancaq ucaboy oyunçumuz olmadığından səbət altına girməsini istəyirdik. Serbiyalı legioner Marko Milovanoviç özünü çox gözəl göstərdi. Mən oyunçuya həm məşqçi, həm də pedaqoq kimi baxıram. Bir idmançı kimi özünü meydançada çox yaxşı göstərdi. Meydandan kənarda da komanda daxilində davranışı ürəyimcə oldu. Düzdü, Serbiya məktəbi üçün ortabab oyunçu sayıla bilər. Ancaq komandamızda ümidləri doğrultdu. Sözsüz, yığmaya daha erkən qoşulsaydı, faydalı iş əmsalı da artardı. Hesab edirəm ki, uşaqlar savaşdı. Nəticəni əla hesab etmirəm. Amma qənaətbəxş saymaq olar. Yarış ərəfəsində yoxlama oyunları keçirə bilsəydik, nəticə daha yaxşı olardı”.
Mütəxəssis millini məğlub edən Albaniyanın sonrakı enişini gözləmədiyini də etiraf etdi: “Albaniyanı son turda San Marinoya 15 top fərqiylə uduzmaq da qane edirdi. Belədə onlar ikinci yerin sahibi kimi yarımfinala yüksəlir, təşkilatçı ölkə isə 3-cü olurdu. Məsəl var, yoldaşına əl uzatmayan quyuya düşər. Onlar çox dəhşətli bir şeylə qarşılaşdılar. Fərdi baxımdan basketbolçuları çox güclüydü. Düşünürdüm ki, Albaniya finalçılardan biri olacaq. Bizimlə matçdan sonra baş məşqçilərinə uğurlar arzuladım və San Marinonu rahat udacaqlarını dedim. O zaman həmkarım buna çalışacaqlarını, ancaq qələbəyə əmin olmadığını, komandanın oyuna köklənməsinin onu qane etmədiyini söylədi. Həmin görüşdə Albaniya daha çox ehtiyat oyunçuları oynatdı. Başa düşdüm ki, bunları Azərbaycanın qrupda neçənci olması maraqlandırmır. Bilmirəm, bəlkə də Albaniya və San Marinonun məşqçilərinin münasibətləri yaxşıydı. İkinci hissədən sonra axşam yeməyinin vaxtı çatdığı üçün komandanı zaldan çıxardım. Hesabı biləndə şoka düşdüm. Sonradan mənə dedilər ki, sona iki dəqiqə qalmışa kimi Albaniya 8-9 xal geridə idi ki, bu da onlara sərf edirdi. Amma son 2 dəqiqədə nə baş verdisə, təşkilatçı ölkənin komandası 18 xallıq fərqlə qələbə qazanıb, qrup ikincisi kimi yarımfinala yüksəldi. Belədə albanlar 3-cü yerə düşdü. Sonra onlar Uelsə də uduzdu. San Marinoya məğlub olduqdan sonra tam ruhdan düşdülər”.
Maraqlıdı, yaş limitinə görə komandanı hansı basketbolçular tərk edəcək? Yusubovu dinləyək: “Gələn il bizdə boy itkisi baş verəcək. Yaş limitinə görə Cəbrayıl, Rəvan U-18-ə keçəcək. Ölkə çempionatından 2004 təvəllüdlü basketbolçular arasında ucaboyları yığmaya cəlb etməyi düşünürük. 2003-04 təvəllüdlü uşaqlar arasında 190-191 sm boya malik basketbolçular var. Boyları daha da ucala bilər”.
Hazırda bəzi gənc basketbolçularımızın ölkə xaricində legioner həyatı yaşaması gündəmdədi. Cəbrayıl Əkbərov da bu potensialla Avropa klublarından birinə yollana bilər. Ancaq Elşən bəy aparıcı basketbolçularımızın legioner həyatı yaşamasının əleyhinədi: “Bu məsələdə başqa məşqçilərlə fikrim üst-üstə düşmür. Mən güclü basketbolçularımızın xaricə getməsinin əvəzinə burda daha yaxşı şəraitdə məşq edib, oynamalarının tərəfdarıyam. Amma bunun üçün maddi təminat yaxşılaşmalı, “alt yapı” və çempionat gücləndirilməlidi. Çünki güclü oyunçularımız gedəndə yerdə qalanlar rəqabəti itirir. Yalnız xaricə gedənlər “artırır”. Burda qalanlar isə zəifləyir”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar