23 iy 15:51idman

“Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi

“Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi
“Sinerji Bakı” necə “Baku Cycling Project” oldu?
Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad olunandan sonra idmana pul ayırmadığını dəfələrlə müxtəlif yazılarımızda qeyd etmişik. İndi sabiq məmur həm güləşin, həm də velosiped idmanının formal rəhbəridi. Faktiki bu idman növlərini maliyyələşdirmir. Problem hələ ki pis-yaxşı vitse-prezidentlər səviyyəsində yoluna qoyulur. Məmmədovun himayəsində olan “Sinerji Qrup”da da vəziyyət ürəkaçan deyil. Bu şirkət də idman sahəsinə maraq göstərmir. İndi “Sinerji Qrup”u maraqlandıran daha böyük problemlər var. Təsadüfi deyil ki, mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə keçirilən “ShamkirChess” turniri bu il ilk dəfə “Sinerji Qrup”un yox, SOCAR-ın sponsorluğuyla baş tutdu.
Bu yaxınlarda məlum oldu ki, artıq velosiped idmanı üzrə beynəlxalq yarışlara qatılan “Sinerji Bakı”dan da əsər-əlamət qalmayıb. Şirkət tərəfindən maliyyələşmə dayandığından komanda indi “Baku Cycling Project” adlanır. Bu komandanın sponsoru isə Velosiped İdmanı Federasiyasıdı (AzVİF). Düzdü, deyə bilərsiz ki, fərqi nədi, onsuz da Fazil bəy həm də AzVİF-in başqanıdı. Bəli, kağız üzərində elədi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, daha bu şəxs prezidenti olduğu idman federasiyalarını maliyyələşdirmir. AzVİF indi vitse-prezident Sahib Ələkbərovun sərəncamındadı.
Amma komanda ilin sonuna qədər beynəlxalq yarışlarda “Sinerji Bakı” adıyla iştirak edəcək. Çünki Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) ilə müqavilələr mövsümlük (1 illik) bağlandığından komanda yeni adla gələn ildən beynəlxalq turlara qatıla bilər. Burda bir məsələ də var. “Sinerji Qrup” maliyyələşməni qəfil dayandırıb. Bir neçə aylıq borc var. Söhbət komandaya üzv olan velosipedçilərin maaşlarından gedir. Bu pulların nə zaman idmançılara ödəniləcəyi, ümumiyyətlə, verilib-verilməyəcəyi isə bilinmir. Məsələylə bağlı şirkətin mövqeyini öyrənməyə çalışdıq. Ancaq qarşı tərəf susmağa üstünlük verdi. Necə deyərlər, susmaq razılıq əlamətidi. Açıqlama verməmək gerçəkləri dəyişmir. Sonda onu da qeyd edək ki, istənilən vaxt “Sinerji Qrup”a tribuna verməyə hazırıq. Əlbəttə, deməyə sözləri qalıbsa…
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar