23 iy 12:12idman

Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı...

Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı...
Üzeyir Hacıyev: “Heç bir məşqçi bilə-bilə idmançıya dopinq içirməz”
Yaxınlarda iştirak etdiyim yas mərasimlərinin birində qələbəlik idi. İnsan izdihamı müşahidə olunan “Mərasim evi”ndə gəlib-gedən bir ağsaqqalla görüşürdü. Biri hal-əhval tutur, digəri Türkiyədəki, Kosovodakı durumla maraqlanır, sanki kişidən müsahibə götürürdülər. Hiss edirdim ki, tanınmış adamdı, idmanla məşğul olan şəxsdi.
Öyrənəndə məlum oldu ki, 68 yaşlı Üzeyir Hacıyev vaxtilə ağırlıqqaldırma ilə məşğul olub, daha sonra hakimlik edib. Sonradan Türkiyəyə köçüb və uzun müddət orda yaşayıb. Yaxınlaşıb söhbət etdim, müəyyən məlumatlar topladım, yekunda nömrəsini aldım ki, bir-iki günə zəng vuraram, danışarıq.
- Söhbətdən belə başa düşdüm ki, azərbaycanlı olsaz da, uzun illərdi vətəndən kənarda yaşayırsız.
- Azərbaycanda anadan olmuşam, burda böyümüşəm. 1992-ci ildə ailəmlə birgə Türkiyəyə köçdüm. Həyat yoldaşım, iki oğlum, nəvələrim – hamımız o vaxtdan Türkiyədə yaşayırıq. Bir ildi başqa ölkədə yaşayıram, işləyirəm.
- Harda?
- Uzun illər ağır atletika ilə məşğul olmuşam, sonradan hakimlik etdim. 2005-ci ildən isə bu idman növündə məşqçi kimi fəaliyyət göstərirəm. Vaxtilə Türkiyə millisində çalışırdım, hazırda Kosovo yığmasındayam. Ötən il Kosovodan Türkiyə Ağır Atletika Federasiyasına müraciət edib, onlara mütəxəssis göndərməyi xahiş etdilər. Kosovoda yaxşı idmançılar var, ağır atletikada inkişaf etmək istəyirlər. Həm idmançı, həm də məşqçi hazırlamaq üçün Türkiyədən kömək istəmişdilər. Federasiya rəhbərliyi 20 məşqçi arasında seçim apardı, yekunda mənim adımı göndərdilər. Və beləcə, birillk müqavilə bağladıq.
- Bu idman növünə gəlişiniz yadınızdadı?
- Əlbəttə, yadımdadı. Uşaq yaşlarımdan bütün idman növlərinə marağım var idi. Lakin nədənsə daha çox ştanqı, qantelləri sevirdim. Belədə vaxtımın böyük hissəsini ağırlıqqaldırmaya həsr etməyə başladım. Uzun müddət peşəkar idmançı kimi fəaliyyət göstərdim, sonradan hakimlik etdim. Hazırda ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli hakiməm. 1968-79-cu illər aralığında idmançı kimi bir çox yarışlarda iştirak etmişəm. Azərbaycan çempionu oldum, Universiadada 3-cü yeri tutdum. Sonradan hakimliyə, ardınca məşqçiliyə həvəs yarandı. Belədə Türkiyədə məşqçiliyə start verdim. Halbuki ixtisasca mühəndisəm, Azərbaycan Texniki Universitetini bitirmişəm. Cavanlıqda bir müddət Bakı Metropolitetində işləmişəm. Belə deyim, maraqlı həyat hekayəm var.
- Türkiyəyə köçməyinizin səbəbi nə idi?
- Övladlarımın təhsili ilə bağlı idi. O vaxt Azərbaycanda çətin dövr idi, mən də daha yaxşı təhsil almalarını istəyirdim. İki oğlum var, maşallah, ikisi də işləyirlər. Xarici ölkələrlə yaxşı əlaqələri var, bir neçə dildə sərbəst danışırlar.
- İdmançı, hakim... Məşqçiliyə gəlişiniz necə oldu?
- Türkiyə yığmasında çalışana qədər özümün “Merzefon Bələdiyyə” adlı idman klubum vardı. İşə sıfırdan başladım, ağır atletikanı orda inkişaf etdirdim. Çox yaxşı kollektiv yaratmağa nail oldum. Türkiyədə daxilindəki idman klubları arasındakı yarışmanın qalibi olduq. 55 min əhalisi olan qəsəbənin komandasını çempion etdim. Bundan sonra mən və dörd idmançım Türkiyə millisindən dəvət aldıq. Birlikdə dünya çempionatında iştirak etdik.
- Yetirmələrindən kimlərsə böyük turnirlərdə medal qazanıb?
- Avropa üçüncüsü və dünya dördüncüsu olublar. Fərdi Sezgin Avropada “bürünc” qazanmışdı, Əli Osman Gökmən isə dünyada 4-cü oldu. Hər ikisini “Merzefon”da yetişdirmişdim.
- Maraqlıdı, Azərbaycan Ağır Atletika Federasiyasına rəhbərlik edənlər və orda çalışanlar ilə əlaqəniz necədi?
- Hamısı dostlarımdı, imkan düşdükcə tez-tez görüşürük. Bəzən aramızda fikir alış-verişi edirik, müzakirələr aparırıq, tövsiyələrimizi bölüşürük. Tofiq Heydərov tək iş adamı deyil, həm də ağır atletikanın fanatik mütəxəssisidi. Digər sahələrdən qazandığı pulları ağır atletikaya xərcləməklə bu idman növünə olan sevgisini göstərir. Hətta kəndlərdə belə, idman zalları inşa etdirib.
- Azərbaycanda ağır atletikanın bugünkü durumu kənardan necə görünür?
- Çox yaxşı işlər görülür. Görülən işin “meyvələrini” 2-3 ildən sonra dadacağıq. Ayın 20-də İtaliyada Avropa çempionatı keçiriləcək və Azərbaycan yığması ora tam tərkibdə - 32 idmançı ilə yollanacaq. Yeni sistemdə ilk imtahanlarını verəcəklər. Uğurlu nəticə qazanacaqlarına ümid edirəm. Kosovo da orda olacaq, 3 idmançım mübarizəyə qoşulacaq.
- Bu illər ərzində sizə Azərbaycanda çalışmaqla bağlı federasiyadan müraciət olub?
- Münasibətlərimiz yaxşı olsa da, heç vaxt işlə bağlı kiməsə nəsə deməmişəm, demərəm də. Hər zaman qarşı tərəfdən təklif gözləmişəm. Nə yalan deyim, Azərbaycandan təklif almamışam.
- Bəlkə burda işləmək istəməyəcəyinizi düşünüblər?
- Təklif olsaydı, böyük məmnuniyyətlə işləyərdim. 26 ildi vətəndən ayrı düşmüşəm, yaxınlarımı gec-gec görürəm. Belədə Azərbaycanda işləmək mənim üçün xeyirli olar. Həm də bilik və bacarığımı öz uşaqlarımıza aşılaya bilərəm.
- Ağır Atletika Federasiyasından ağızdolusu danışırsız. Amma idmançılar tez-tez dopinqdə “ilişirlər”. Bunun günahkarı kimdi bəs?
- Bir ara təkcə Azərbaycanda yox, dünyanın hər yerdə aləm bir-birinə dəymişdi. Təkcə Azərbaycan “ilişməmişdi” ki. Rusiya, Türkiyə, Qazaxıstan, Çin idmançılarında da dopinq aşkarlanmışdı. 9 ölkə idi ki, təmizləmə işləri üçün onlara vaxt verdilər. Həmin müddət ərzində başqa idmançılarda dopinq aşkarlanmasaydı, cəza aradan qaldırılacaqdı. Türkiyə və Azərbaycan həmin güzəştdən yararlanmağı bacardı. Çünki növbəti qayda pozuntusu aşkarlanmadı. 9 ölkənin cəzası oktyabrın 19-da bitir. Amma Azərbaycanla Türkiyəni cəzadan vaxtından əvvəl azad etdilər.
- Ümumiyyətlə, dopinq faktları hardan qaynaqlanır? Məşqçilər təklif edir, yoxsa idmançılar gizli qəbul edir?
- İndi texnologiya o dərəcədə inkişaf edib ki, 50 metrlik hovuza bir damla dopinq at, həmin aparat onu aşkarlayacaq. Ona görə də heç kimi aldatmaq olmur. İçmisənsə, “ilişəcəksən”. Ona görə də artıq heç kim o riskə getmir. Sizi inandırım, məşqçilərin bundan xəbəri olmur. Heç bir məşqçi bilə-bilə idmançıya dopinq içirməz. Bu, həmin mütəxəssisin özünün öz əlləriylə karyerasını məhv etməsi deməkdi.
- Belə çıxır ki, idmançılar bilə-bilə dopinq içirlər? Yəni, hansısa preparatın içində olmur. Sırf dopinqdi və onu qəbul edirlər.
- Bəli-bəli. Qəbul edirdilər, amma gizli. Nə məşqçi bilirdi, nə rəhbərlik, nə də ətrafında kimsə. Bir idmançı digərinə dopinq içdiyini deməz. Artıq narahatlığa ehtiyac yoxdu. Çünki idmançılar hər şeydən xəbərdardılar. Bilirlər ki, yoxlama aparsalar, üzə çıxacaq. Gizlətmək mümkün deyil. Azərbaycanlı idmançılar, pəhləvanlar, maşallah, bacarıqlıdılar. İtaliyadakı Avropa çempionatından sonra nəticələrə baxarsız.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar