Rövşən Hüseynov özünü “təmiz” sayır » Football-plus.az
18 iy 20:28idman

Rövşən Hüseynov özünü “təmiz” sayır

Rövşən Hüseynov özünü “təmiz” sayır
“Orda 7-8 nəfər bu qələti edib, bizi də salıblar bu siyahıya”
Ötən saylarımızın birində Beynəlxalq Boks Federasiyasının (AİBA) radikal addım ataraq, Rio-2016-da ədaləti qorumuş hakimləri yarışlardan kənarlaşdırdığını xəbər vermişdik. Həqiqətən Braziliyada keçirilən Olimpiya Oyunlarında boksda həddən çox hakim səhvləri oldu. Ancaq bu qərar bizə də təsirsiz ötüşməyib. Çünki cəzalananlar arasında həmyerlimiz Rövşən Hüseynov da var. Dünən ötənlərin məşhur boksçusu, sabiq yığma üzvü ilə əlaqə saxlayıb bu qərarla bağlı mövqeyini öyrəndik: “Rio Olimpiadasında 6 görüşü rinqdə idarə etmişəm. Daha 20 qarşılaşmada isə yan hakim funksiyasını yerinə yetirmişəm. Maksimum yarımfinal döyüşündə hakimlik etmişəm. Mənim idarə etdiyim görüşlər şübhəli deyil. Orda belə qarşılaşmaların sayı iki-üçdü. Onlar da rus boksçuların iştirakıyla baş tutub. 91 kq-ın finalında Yevgeni Tişenkoyla qazaxıstanlı Vasili Levit və 56 kq-ın 1/4 finalında Vladimir Nikitinlə irland Maykl Konlanın döyüşünün nəticəsi şübhəli olub. Mən bu görüşlərdə hakimlik etməmişəm. Ümumiyyətlə, bizə keçmiş İttifaq ölkələrinin boksçularının döyüşlərinə təyinat vermirlər. Bu problem bizlik deyil. Orda 7-8 nəfər bu qələti edib, bizi də salıblar siyahıya. Ümumilikdə 36 hakim cəzalanıb. Əslində bir dəfə istintaq prosesi olmuşdu. Onda biz “təmiz”ə çıxdıq. Daha sonra 4 yarışa təyinat almışam. Bütün hakimlərin üstünə günah atmaq doğru deyil. Lorenso Sotomoyorun (64 kq) final döyüşündə haqsızlıq oldu. Bunu döyüşdən sonra hakimlərə də dedim. Orda nə siyasət getdi, başımız çıxmadı. Bizə qarşı ədalətsizlik olub. İlk istintaq prosesindən sonra Rio-2016-da iştirak etmiş hakimlərdən mənimlə yanaşı, Türkiyə, Kuba və Macarıstandan olan referiləri yarışlara buraxdılar. Dünya Boks Seriyasında (WSB) ədaləti qorudum. Həm yeniyetmələrin, həm də gənclərin Avropa çempionatında da hakimlik etdim. Sonra yenə dedilər ki, bəs dayanın, istintaq prosesi bitməyib. Mənim üçün fərqi yoxdu. Deyəsən, bu problem Beynəlxalq Olimpiya Komitəsi (İOC) ilə bağlıdı. Ali qurum boksu Oyunların proqramından xaric etmək istəyir. Bildiyiniz kimi, hazırda AİBA-nın prezident funksiyalarını özbək Qafur Rəhimov yerinə yetirir. İOC isə uzun illər AİBA-nın 1-ci vitse-prezidenti olmuş bu şəxsin qurumun başqanı olmasını istəmir. Bu üzdən boksu proqramından çıxarmaqla hədələyir. Xatırlayırsızsa, vaxtilə Rafael Martinetti FİLA (hazırkı UWW) prezidenti olanda belə məsələ ortaya çıxmışdı və o da istefa verməli oldu. Bundan sonra güləşi yenidən olimpiya proqramına daxil etdilər. Ancaq İOC-dan 4 hakimin “təmiz” olması haqda bildiriş gəlmişdi. Deyilənə görə, indi AİBA bizi saxlatdırıb. İlin sonunda yarışlara qatılmağımızla bağlı icazənin veriləcəyi gözlənilir”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar