17 iy 17:24idman

Cüdoçularımız Almaniyada parladı

Cüdoçularımız Almaniyada parladı
Həftəsonu Almaniyanın Saarbrüken şəhərində cüdo üzrə Avropa kuboku keçirilib. Ölkəmizi turnirdə 10 kişi idmançı təmsil edib. Şənbə günü onlardan üçü bürünc medal qazanıb. 60 kq-da yığmamızın üç üzvü tatamiyə çıxıb. Vüqar Şirinli fransızlar Pyer Dumontye və Matyu Tomasa qalib gəlsə də, 1/4 finalda belçikalı Yorre Verstraetenə uduzub. Ruhdan düşməyən Şirinli fransız Luka Mxeidze, holland Bas Koffiyberq və Fransanın digər təmsilçisi Romarik Vend-Yam Budanı sıradan çıxararaq, 3-cü yeri tutub. Kəramət Hüseynov fransız Teo Raul Hebrar, Koffiyberq və alman Florian Paçeli məyus etməklə adını yarımfinala yazdırıb. Finalın biraddımlığında Verstraetenə boyun əyən olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğlu fransız Entoni Bidoya gücünü göstərərək “bürünc”lə təsəlli tapıb. Mehman Sadıqov startda alman Maksimilian Heyderi mübarizədən kənarlaşdırsa da, ikinci mərhələdə Budayla bacarmayıb. İlk təsəlliverici görüşdə holland Tibo Vollemanı devirən Sadıqov növbəti görüşdə fransız Vinsen Manqestə “ilişib”.
73 kq-da iki cüdoçumuz qüvvəsini sınayıb. Bu çəkidə müvəqqəti çıxış edən Nicat Şıxəlizadə medal qazanmağa yaxın olub. Holland Klaas Veld, italyan Salvatore Minqoya, alman Daniel Qleym və belçikalı Çarli Nisə qalib gələn təcrübəli idmançımız fransızlara bata bilməyib. O, yarımfinalda Gilyam Şayna, 3-cü yer uğrunda qarşılaşmada isə Benjamin Aksusa boyun əyib. Əvəzində bu kateqoriyada Telman Vəliyev fəxri kürsüyə qalxıb. Yarımfinaladək fransız Luka Otman, alman Robert Barviq, qazax Yeldos Jumakanov və isveçrəli Kristian Nikolbibayı üstələyən həmyerlimiz finalın astanasında italyan Qabriele Sulliyə uduzub. Vəliyev qazax Jansay Smaqulovu yenməklə “bürünc”ü boynundan asıb.
Dünən isə milli daha məhsuldar çıxış edib. Tural Səfquliyev (90 kq) alman Tim Şmidt, kanadalı Mohab Əl-Nahas, fransız Gilyam Riu və alman Luka Fettkoetheri devirərək yarımfinala çıxıb. Bu mərhələdə gürcü Georgi Papunaşviliylə bacarmayan Səfquliyev 3-cü yer uğrunda görüşdə rus Yuri Bojaya da yenilib. Onun çəki yoldaşı Məmmədəli Mehdiyev isə rəqib tanımayıb. Turalı medalsız qoyan Bojayla yanaşı, alman Riçard Fedler, fransız Jülyen Kermarrek, britaniyalı Camal Petqrave və Papunaşvilidən güclü olan Mehdiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq-da isə Azərbaycan finalı baş tutub. Uşanqi Kokauri alman Andre Breytbart, kanadalı Mark Deşenes və rusiyalı Aslan Cioyevi, Şahin Qəhrəmanov isə almaniyalı Erik Abramovun ardınca Qazaxıstan təmsilçiləri Viktor Demyanenkoyla Sanjar Cabbarovu yolundan kənarlaşdıraraq finala vəsiqə qazanıb. Həlledici görüşdə daha təcrübəli Kokauri sevinən tərəf olub. Yekunda yığmamız 2 “qızıl”, 1 “gümüş” və 3 “bürünc”lə komanda hesabında 4-cü yeri tutub. Millimiz yalnız Rusiya (4-1-5), Fransa (2-4-5) və Almaniyadan (2-1-4) geri qalıb.
Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qatıldığı yarışda Gülşən Nəzərova, Şəfəq Məmmədova (hər ikisi 52 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və Gözəl Zutovanın (78 kq) da iştirakı nəzərdə tutulmuşdu. Ancaq zərif cinsin nümayəndələri hansısa səbəbdən Almaniyada mübarizə aparmayıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar