15 iy 13:10idman

Dopinq fırtınası Azərbaycan idmanını uçuruma aparır

Dopinq fırtınası Azərbaycan idmanını uçuruma aparır
AMADA-nın qərarı bəzilərinin karyerasını bitirdi
Dopinq dünya idmanının çarəsini tapmadığı bəladı. Təəssüf ki, biz də bu bəladan yan keçə bilmirik. Xüsusən də son illər bu xəstəlik idmanımızı ağuşuna alıb. Bəzən uğur qazanmaq eşqi idmançıda o qədər yüksək olur ki, orqanizmini güclü etmək, ağrıları yüngülləşdirmək üçün yasaq preparatlardan yararlanır. Sözsüz, idmanda əldə edilən qələbələrə görə həyatlarını 180 dərəcə dəyişəcəklərini bilirlər. Məhz bu sevdayla qeyri-leqal yola əl atırlar. Belələri üçün qələbəyə aparan hər yol mübahdı, doğrudu. Bir sözlə, “feyr-pley” qaydalarına riayət etmirlər. Ədalətli oyun prinsiplərini bilmədən tapdayanlar da olur. Bu da bir çox hallarda səhlənkarlıqdan və dopinqin növləri haqda məlumatsızlıqdan irəli gəlir. Bunun üçün federasiyalar çox çalışır, tez-tez anti-dopinq seminarları keçirir. Bu işdə Milli Antidopinq Agentliyi (AMADA) hamıdan çox səy göstərir. Çünki bu qurumun yaradılmasında məqsəd də elə budu. Ölkədə dopinqlə bağlı maariflənməni gücləndirmək, idmançılar arasında təhlilləri çoxaltmaq və s.
Görünən odu ki, hələ bu sahədə bir xeyli işləmək lazımdı. Şəfəq Hüseynlinin direktoru olduğu qurumun 1,5 illik fəaliyyətini məhsuldar adlandırmaq olar. Düzdü, bunun idmanımız üçün nə dərəcədə müsbət olub-olmadığını söyləmək çətindi. Təkcə ötən ilin ikinci yarısında götürülən testlərdən 19-da dopinq aşkarlanıb. Sözsüz, bu qədər idmançının yasaq preparatdan istifadə etməsi və cəzalanması təəssüf doğurur. Ancaq bir tərəfdən qeyri-leqal yola əl atanların ifşa edilməsi “feyr-pley” dəyərlərinin qorunması və başqalarına dərs olması baxımından faydalıdı. Bu həm də ölkəmizi Ümumdünya Antidopinq Agentliyinin (WADA) növbəti sanksiyasından qoruyur. Çünki ali qurumdan əvvəl AMADA tədbir görür və daxildə dopinqlilər aşkarlanaraq cəzalandırılır. Bu da ölkədə dopinqə qarşı mübarizənin getdiyini ortaya qoyur.
Ötən sayımızda cəzalanan 19 idmançının adını diqqətinizə çatdırmışdıq. Bunlardan üçü – Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov bodibildinqlə məşğul olur. Qeyri-olimpiya növü olduğundan onların cəzalanması idmanımız üçün ciddi itki sayıla bilməz. Ancaq 16 idmançı olimpiya növüylə məşğul olur ki, bu fakt ciddi siqnaldı. Özü də cəzalananların əksəriyyətinin gənc olması və ən gözəl çağlarını dopinqə görə yarışlardan kənarda keçirmələri təəssüf doğurmaya bilməz. Dörd ildən sonra uğurlu geridönüş etmək isə hər idmançıda alınmır.
Bəs bu idmançılar kimlərdi? Onların indiyə kimi hansı nəticələri olub? Dünən apardığımız araşdırmanın nəticəsini təqdim edirik:
Cəbrayıl Abzərli – 17 yaşlı ağır atlet perspektiv vəd edən idmançılardan sayılırdı. Təsadüfi deyil ki, ötən il yaşıdları arasında 62 kq-da ölkə çempionu oldu. “Körpücüy”ə qayıtmaq üçün 2021-in sentyabrını gözləməlidi.
Yekaterina Sarıyeva – 2013-də Palembanqda İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 4 il sonra Bakıda keçirilən analoji yarışda isə bürünc medalı boynundan asıb. 22 yaşlı atletin başqa yaddaqalan nəticəsi yoxdu. Cəmi 1 illiyə cəzalandığından yaxın gələcəkdə - sentyabr 23-dən yarışlara qatıla bilər.
Səbinə Nuriyeva – AMADA həndbolçunun kitabını bağladı. İndi 32 yaşı var. Cəzası isə 35 yaşında başa çatacaq. Ondan sonra idmana qayıtmağın, top arxasınca qaçmağın bir mənası yoxdu. Yığmamızın qapıçısı kimi İslamiadanın qalibi olan Nuriyeva indidən məşqçilik kurslarına yazılsa, daha yaxşıdı.
Ülvi Mustafayev – “Gömrükçü”nün taekvondoçusu bu il gənclər arasında 68 kq-da ölkə çempionu olmuşdu. Dayanq üzərinə qayıtmaq üçün 2020-nin martına kimi səbr etməlidi.
Ağalar Sadıqzadə - Naxçıvan boks məktəbinin yetirməsi ölkə çempionatlarında bir neçə dəfə finala çıxıb. Ötən il +91 kq-da çempion oldu. Bu il isə finalda uduzaraq, titulunu qoruya bilmədi. Beynəlxalq arenada uğur qazanmayan əlcək sahibinin cəzasının bitəcəyi 04.06.2022 tarixində idmançı karyerasını bərpa edəcəyi inandırıcı görünmür.
Fərid Qasımzadə - “Rabitə”nin yetirməsi bu il ölkə çempionatında “bürünc”ü boynundan asdı. Ancaq cəzalanması 75 kq-da çıxış edən boksçunun karyerasına böyük zərbə vurdu. Bir də 4 ildən sonra hansısa yarışa qatıla bilər.
Elvin Qənbərov – MOİK-in üzvü də Fəridin taleyini yaşayıb. O da bu il 75 kq-da yarımfinaladək irəliləyərək üçüncü yeri tutmuşdu. Qənbərov da 4 illik məcburi fasiləyə çıxıb.
Qurban Qurbanov – dopinqə düşənlər arasında ən çox perspektiv vəd edən idmançılardan biri. Ötən il 42 kq-da yeniyetmələr arasında dünya çempionu olan yunan-Roma güləşçisi bu il Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatının finalında hakim haqsızlığının qurbanına çevrilmişdi. Xorvatiyanın paytaxtı Zaqrebdə yenicə başa çatan mundialda isə qazancı “bürünc” olmuşdu. Gənc pəhləvan ən tez 4 ildən sonra döşəkdə rəqibləriylə üz-üzə gələ bilər.
Təbriz Yusubzadə - Lənkəran güləş məktəbinin yetirməsi 2012-də 50 kq-da ölkə çempionatında bürünc, 3 il sonra isə 55 kq-da gümüş medal qazanıb. 2015-də həm də ölkə kubokunun sahibi olub. Beynəlxalq arenada ciddi uğuru olmayıb. 23 yaşlı yunan-Roma güləşçisi yalnız Batumidə keçirilən beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusubzadənin cəzası iki ildən sonra başa çatacaq.
Ruhin Mikayılov – vaxtilə böyük perspektiv vəd edirdi. Altı il əvvəl yeniyetmələr arasında dünya çempionu olan yunan-Roma güləşçisi yaşa dolduqca sıradan idmançıya çevrildi. Görünür, bu uğur onda erkən ulduz xəstəliyi yaratdı. Bu azmış kimi, dopinqə görə cəzalananlar sırasına qoşuldu. Gələn ilin yanvarında üzərindən qadağa götürüləcək.
Şəhriyar Məmmədov – zaman-zaman yunan-Roma güləşi üzrə yığmamıza cəlb olunub. Bir neçə beynəlxalq yarışda fəxri kürsüyə də qalxıb. Ölkə çempionatında 84 və 96 kq-da medalları var. Amma onun da cəzası bitəcəyi 2022-də karyerasını bərpa etməsi real görünmür.
Mənsur Şahinov – “Atasport”un üzvü bu il gənclər arasında ölkə çempionu olmuşdu. Ancaq 86 kq-da çıxış edən sərbəst güləşçinin sevinci çox çəkmədi. AMADA ona 2022-dək güləşmək qadağası qoyub.
Xalid Əlizadə - üç il əvvəl yeniyetmələrin ölkə çempionatında gümüş medal qazanan sərbəst güləşçi qarşıdakı 4 ildə “dincələcək”
Sübhan Muradov – “Zenit”in üzvü bu il gənclər arasında gümüş medalı boynundan asmışdı. Sərbəst güləşçi 4 ildən sonra yarışlarda iştirak edə bilər.
Qeyd edək ki, cəzalılardan güləşçi Heydər Abdullayev və boksçu Mirqədir Miriyev haqda məlumat toplaya bilmədik.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar