23 fev 17:18idman, manset

“Telekom” bacarmadı, ümid “Azərreyl”ədi

“Telekom” bacarmadı, ümid “Azərreyl”ədi
Xemik (Polşa) – TELEKOM 3:1 (21:25, 25:16, 25:13, 25:16)
Hakimlər: Blaj Markel (Sloveniya), Stefan Bernstrom (İsveç).
21 fevral. Şetsin. Azoti Arena. 4125 tamaşaçı.
Bu həftə qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir. A qrupunda xala həsrət qalan və növbəti mərhələyə çıxmaq şansını itirən “Telekom” 2 gün əvvəl Polşada pley-offa yüksəlmək üçün mübarizə aparan “Xemik”in qonağı oldu. Əvvəldən rəqibin şansları yüksək dəyərləndirilirdi. Elit turnirdə medal qazanmağa iddia edən meydan sahiblərinin xüsusən hücum potensialı güclü idi. Bu da nəticədə əksini tapdı. Hərçənd qonaqlar ilk setdə polşalılara şok yaşatmağı bacardı. Setin əvvəlində təşəbbüs təmsilçimizin tərəfində oldu. Yelizaveta Səmədovanın hücumdakı məhsuldarlığı fonunda hər iki texniki fasiləyə 4 xallıq üstünlüklə yollanan “Telekom” sona yaxın fərqi minimuma endirən “Xemik”ə sevinməyə imkan vermədi. Ancaq sanki Zoran Qayiçin yetirmələri bununla yatmış aslanı oyatdı. Sonrakı setlərdə rəqibə müqavimət göstərmək belə mümkün olmadı. Həm hücumda, həm də blokda, demək olar ki, səhvsiz oynayan “Xemik” rahat qələbə qazandı. Komandasının məğlubiyyətinə baxmayaraq, Yelizaveta Səmədova 20 xalla qarşılaşmanın ən məhsuldar voleybolçusu oldu. Polşa klubunun heyətində isə Malvina Smarjek 15 xalı hesabına yazdı.
Reaksiyalar
Yakub Qluşak (“Xemik”in baş məşqçisi): “Qarşılaşmanın əvvəlində dəqiqliklə bağlı problemimiz var idi. Ancaq daha sakit oynamağa başladıqdan sonra hər şey yoluna düşdü. Biz artıq hər xırda detala fikir verirdik. Uzun rallilərdə daha hazırlıqlı idik”.
Stefana Velkoviç (“Xemik”in kapitanı): “Əlbəttə, blokda gözəl oyun vacibdi. Ancaq məncə, qələbəmizdə həlledici məqam qarşılaşmaya olan münasibətimiz idi. İlk setdən sonra öz oyunumuzu nümayiş etdirməyə başladıq. Bundan sonra bizdə özünəinam yarandı”.
AZƏRREYL – Fənərbaxça (Türkiyə)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerotodoros (Yunanıstan).
23 fevral. Bakı. Dərnəgül Voleybol Mərkəzi. Saat 18.00.
C qrupunda 2-ci pillədə qərarlaşan “Azərreyl” bu gün doğma meydanda qrupun məğlubiyyətsiz liderini qəbul edəcək. “Fənərbaxça” bir qayda olaraq, təmsilçilərimizlə duellərdən qalib ayrılır. “Sarı-lacivərdlilər” sonuncu dəfə 2011/12 mövsümündə qrup mərhələsində “Rabitə”yə uduzmuşdu. Ancaq indiki “Azərreyl”in səviyyəsi ilə bu komandanı müqayisə etmək mümkün deyil. Türkiyə təmsilçisi qarşılaşmanın aşkar favoritidi. Dünyanın ən güclü voleybolçularından biri Yeon-Kunq Kim, o cümlədən Nutsara Tomkom, Əda Ərdəm, Polen Uslupəhlivan kimi güclü voleybolçulara sahib “Fənər” Bakıdan 3 xalla İstanbula qayıtmaq niyyətindədi. Famil Ağayevin komandası qrupdan çıxmaq istəyirsə, Bakıda ən azı 1 xal qazanmalıdı. Bunun üçün isə oyunu tay-brekə daşımaq tələb olunur. Ancaq bu heç də asan olmayacaq. Doğma meydan və azarkeş amilinin “Azərreyl”ə nə dərəcədə faydalı olacağını bu gün biləcəyik.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar