06 iy 00:40idman

Zaur Paşayev Rumıniyadakı uğursuzluqdan danışdı

Zaur Paşayev Rumıniyadakı uğursuzluqdan danışdı
“Yaxşı təlim-məşq toplanışı keçsəydik…”
3x3 basketbolu üzrə qadınlardan ibarət yığmanın ardınca kişilərimiz də seçmə mərhələdə mübarizəni dayandırdı. Rumıniyanın Konstanta şəhərində təşkil olunan yarışda Marşall Moyzes, Anar Hacıyev, Zaur Paşayev və Amil Həmzəyevdən ibarət “kvartet” B qrupunda İspaniyaya (15:17) və Polşaya (21:22) uduzaraq, qrupdan çıxa bilmədi və qitə birinciliyinin final mərhələsindən kənarda qaldı. Dünən bu turnirlə bağlı təəssüratlarını öyrənmək üçün millinin baş məşqçisi Samit Nuruzadəylə əlaqə saxladıq. Ancaq mütəxəssis federasiyada üzbəüz görüşüb, müsahibə verəcəyini dedi. Həmzəyevin telefonuna zəng çatmadı. Paşayevlə isə danışa bildik. Zaur oyun praktikasının azlığını və daha yaxşı təlim-məşq toplanışı keçə bilməmələrini uğursuzluğun əsas səbəbi sayır: “Yarışdan nə danışım? Yəqin ki, nəticələrdən xəbəriniz var. Əslində rəqiblərlə başabaş mübarizə apardıq. İspanlar, demək olar ki, son dəqiqə atışıyla qələbə qazandı. Polşa isə əlavə vaxtda bir xal fərqiylə bizi üstələdi. Moyzes şəxsi işlərinə görə Bakıda bizə qoşula bilmədi. Birgə yaxşı təlim-məşq toplanışı keçsəydik və yoxlama oyunlarında qüvvəmizi sınasaydıq, Rumıniyaya daha hazırlıqlı yollanardıq. O zaman bu rəqiblərə qalib gələ bilərdik. 3x3 basketbolu klassik basketboldan fərqlənir. Bu üzdən çox oyunlar keçirmək və bunun üçün ayrıca hazırlaşmaq lazımdı. Həm də Marşall ABŞ-dan uzun yol qət edib gəlmişdi. 15 saata yaxın uçuşdan sonra tam bərpa olunmaq üçün ən azı iki gün vaxt lazımdı. Onun isə belə imkanı oldu. Baş məşqçi ilə danışmışam. Bundan sonrakı beynəlxalq yarışlara qatılmalıyıq. Bildiyiniz kimi, 3x3 basketbolu Olimpiadanın proqramına salınıb. Çalışıb, əlimizdən gələni etməliyik ki, Tokio-2020-yə vəsiqə qazanaq”.
Paşayev şəxsi karyerası haqda sualı isə belə cavabladı: “Növbəti mövsümü yenidən Gürcüstanda keçirə bilərəm. “Kutaisi” rəsmiləriylə ünsiyyətdəyəm. Maliyyə imkanları normal olsa, sabiq klubuma qoşulacam. Olmasa, başqa variantlar haqda düşünəcəm. İstənilən halda, növbəti mövsümdə ölkə xaricində oynamağı planlaşdırıram”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar