Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
06 iy 00:35idman
Serb mütəxəssis yığmadan qovulub

Gələn il poloçularımız seçmə mərhələdə yarışacaq
Ölkəmizdə elə idman növləri var ki, diqqətdən çox kənarda qalıb. Halbuki olimpiya növüdü və özəl diqqət tələb edir. Bizdə isə mətbuat katibin (və ya sayt, “feysbuk” səhifən) yoxdusa, heç kim səndən xəbər tutmayacaq. Çünki belədə informasiya almaq imkanın məhdudlaşır. Bir çox jurnalistlər isə təşəbbüs göstərib, özünü əziyyətə verib, qaranlıqda qalmış idman növlərini işıq üzünə çıxarmağa həvəs göstərmir.
İctimaiyyətə qapalı qalan növlərdən biri də su polosudu. Sonuncu dəfə bu idman növündən ötən ilin mayında Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında xəbər tutmuşuq. Su İdmanı Sarayında keçirilən yarışda yığmamız 4-cü yeri tutmuş və yalnız İndoneziyanı qabaqlamışdı. O zaman millinin serbiyalı mütəxəssisə həvalə olunduğunu yazmışdıq. Ancaq təəssüf ki, çalışdırıcının kimliyini müəyyənləşdirə bilmədik. Heç federasiya da bu haqda məlumat verməyi özünə borc bilmədi.
Dünən yığmanın sabiq baş məşqçisi Azər Babayevlə əlaqə saxladıqda həmin naməlum əcnəbinin İslamiadadan sonra ölkəsinə yola salındığını öyrəndik. Mütəxəssis su polosunun son durumu ilə bağlı da bizi az-çox məlumatlandırdı: “Hazırda əsas komandanın baş məşqçi vəzifəsi boşdu. Mən yığmada məşqçi kimi çalışıram. Son ölkə çempionatında MOİK, Su İdmanı Sarayı (SİS), Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM) və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları çıxış etdi. Yekunda SİS ölkə çempionu oldu. Yığma üzvləri bu komandalarda çıxış edir. Artıq Mingəçevirdə də su polosu komandası yaradılıb. Növbəti mövsümdən çempionatda iştirak edəcəyi gözlənilir. Yeniyetmələrdən ibarət yığmamız Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq turnirə qatılmışdı və orda 4-cü yeri tutdu. Gələn il 15 yaşadək poloçularımızın seçmə mərhələyə qatılmasını nəzərdə tutmuşuq. Əsas diqqətimizi yeniyetmələrə yönəltmişik. Onlar gələcəkdə əsas komandanın bazası rolunu oynayacaqlar. Hazırda 500-ə yaxın uşağa su polosunun sirlərini öyrədirik. Tələbələrim onlarla işləyir. Hamısı idman ustasıdı. Xaricdən mütəxəssislər cəlb edib, yerli məşqçilər üçün kurslar təşkil edirik. Özlərindən çox şey asılıdı. Gərək işləsinlər. Bu yaxınlarda Macarıstanın paytaxtı Budapeştdə su idman növləri üzrə konqresə qatılmışdım. Orda məruzəylə çıxış etdim. Hazırda dünyanın ən yaxşı 30 məşqçisi sırasındayam. İki hakimimizin isə beynəlxalq kateqoriyası var. Maliyyə mənbəyini ödənişli qruplar hesabına formalaşdırırıq. Su İdmanı Sarayı istifadəyə verildikdən sonra bu sahəyə axın artıb. Su polosunda heç vaxt bu qədər kütləvilik olmayıb. Həm açıq, həm də qapalı arenadan istifadə edirik”.
SƏRXAN
Şərh yaz