05 iy 20:43idman

Harçeqani ürəyini “Futbol+”ə boşaltdı

Harçeqani ürəyini “Futbol+”ə boşaltdı
“İranda mənə vətən xaini, satqın damğası yapışdırırdılar”
Ölkə idmanında legionerlərin sayı hədsiz çoxdu. Onların əksəriyyəti şimal qonşularımızdı. Xüsusən də Dağıstandan cəlb olunan idmançılar çoxluq təşkil edir. Ancaq son illərdə İrandan “transfer olunanlar” da var. Belələri hardasa qəbulediləndi. Çünki əksəriyyəti cənublu soydaşlarımızdı. Yəni öz qanımız, öz canımızdı. Sözsüz, bunlar arasında ən məşhuru və uğurlusu Milad Beiqi Harçeqanidi. 27 yaşlı taekvondoçu indiyə kimi çoxlarının qibtə edəcəyi uğurlara imza atıb. Ölkəmizə gələnə qədər hərbçilər arasında dünya çempionu olan Harçeqani yığmamızda Avropa Oyunları, Universiada, İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı və dünya çempionatında qızıl medal qazanıb. Milad son Olimpiadada isə bürünc medalı boynundan asıb. Dünya Kuboku, “Böyük Dəbilqə” və “Qran-pri”lərdə qazandığı uğurlar da öz yerində.
Bunadək bir dəfə onunla ayaqüstü söhbətimiz olmuşdu. Ancaq təbii ki, bu, ürəyim istəyən müsahibə deyildi. Bu üzdən 80 kq-da çıxış edən taekvondoçuyla daha ətraflı söhbət etmək qərarına gəldim.
- Müsahibəyə ənənəvi sualla başlayım. Niyə taekvondonu seçdin? Bu sənin istəyin idi, yoxsa valideynlərinin?
- Məktəbdə oxuyarkən yay fasilələrində müxtəlif idman növləriylə məşğul olurdum. Sonuncu dəfə gimnastikaya getdim. Sonra anam taekvondoya getməyi məsləhət gördü. Dedi ki, get gör xoşlayırsanmı, özünü sına. İki-üç gün ancaq məşqlərə baxdım. Başqa heç nə etmədim. 9-10 yaşım olardı. Taekvondodan xoşum gəldi və beləcə bu idmana başladım.
- Sənə qədər yaxınlarından idmanla məşğul olan var idi?
- Peşəkar səviyyədə yox. Müəyyən qədər məşğul olublar. Ancaq sonda təhsilə üstünlük veriblər. Elə mən özüm də elə olmuşam. İdmanla məşğul olmaqla yanaşı, təhsilimə də fikir vermişəm.
- Nadir hallarda idmançılar iki işi paralel görür. Maraqlıdı, ən sevimli fənnin hansı idi?
- Riyaziyyatın xəstəsiydim. Həmişə bu fənndən ən yüksək qiymətlər alan şagird olmuşam. Uşaqlıqdan mühəndis olmağı arzulamışam. Şükür Allaha, 2014-cü ildə bu arzumu gerçəkləşdirdim və bu ixtisas üzrə ali məktəbdən diplom aldım.
- Yenidən qayıdaq idmana. İlk ciddi uğurunu xatırlayırsan?
- Beynəlxalq arenada ilk uğurum 2014-də hərbçilər arasında dünya çempionluğum idi.
- Rza Mehmandostla İranda birgə işləmisiz?
- Yox. İranda olarkən güclü mütəxəssis kimi tanıyırdım. Ancaq ilk dəfə Azərbaycanda onunla işləməyə başladım.
- Uca boyun var. İranda basketbol və voleybolun da inkişaf etdiyini nəzərə alsaq, heç “kaş bu idman növləriylə məşğul olaydım” deyə düşünmüsən?
- Basketboldan çox xoşum gəlir. Mənə hətta bu idmanda uğur qazana biləcəyimi də deyənlər var idi. Ancaq taekvondoya çox bağlandığımdan başqa sahəyə getməyi qətiyyən düşünmürdüm. Elə məhz bu növdə uğur qazanmağı düşünmüşəm.
- Ölkəmizə gəlişin necə baş verdi?
- İranda çox güclü taekvondoçular var. Bəzi yarışlara aparmadılar. Dərinliyə çox getmək, bu haqda geniş danışmaq istəmirəm. Qısası, orda mənə üstünlük verilmədi. Rza müəllim haqqımda eşitmişdi. Mənimlə əlaqə saxladı və Azərbaycana dəvət etdi. Məni yoxlayacağını və sınaqdan üzüağ çıxacağım halda milliyə götürəcəyini söylədi. Belə də oldu. Məşqlərdə rəğbətini qazandım və Azərbaycan millisinin üzvü kimi yarışlara getməyə başladım.
- Ölkəmizdə böyük uğurlar qazandıqdan sonra İrandakı məşqçilər səni əldən buraxdıqlarına görə təəssüf hissi keçirdiklərini deyib?
- Bəli, bu haqda çox danışıblar. İndiki kimi bunu deyirlər. İndi də geri qayıtmağımı və İran yığmasında çıxış etməyimi söyləyirlər. Mənim üçün hər cür şərait yaradılacağını bildiriblər. Mən isə yoluma Azərbaycanda davam etmək qərarını vermişəm.
- Millimizə keçəndən sonra İranda səni satqın kimi qələmə verənlər oldumu? Dövlət tərəfindən təzyiqlə üzləşdinmi?
- Orda belə şeylərə çox yaxşı baxmırlar. Olimpiadadan sonra mənə yazır, vətən xaini, satqın damğası yapışdırırdılar. Ancaq heç kimə cavab vermədim.
- Bunları yazan sıravi İran vətəndaşları idi?
- Həm sıravi vətəndaşların təzyiqi ilə üzləşdim, həm də İran Taekvondo Federasiyasının prezidentinin mənfi münasibətini gördüm. O, əleyhimə bir-iki müsahibə vermişdi. Buna qədər dəstək olanlar da onun sözündən sonra haqqımda pis danışmağa başladılar.
- Olimpiadada taekvondoçularımızdan ən çox sənə güvənir, çempion olacağına hədsiz inanırdıq. Ancaq bürünc medalla kifayətləndin. Olimpiya çempionu olmağa nə çatmadı?
- İlk mərhələdə malili İsmayıl Kolibaliyə (13:6) qalib gəldim. Daha sonra iranlı dünya çempionu Mehdi Xudabaxşini (17:5) məğlub etdim. Bir az psixoloji məqamlar da rol oynadı. Çünki Mehdi mənim dostumdu. Ona qalib gəldikdən sonra Xudabaxşini İranda incidəcəklərini bilirdim. Həmin an bu düşüncə əhvalımı korladı. Həm də yarımfinal görüşünün bir qədər gec başlayacağını düşünürdüm. Lutalo Məhəmmədlə qarşılaşma tez start götürdü və tam bərpa oluna bilmədim. Uduzmağımda bunun da rolu oldu. Qismət beləymiş...
- Son Avropa çempionatındakı uğursuzluğun səbəbi nə idi?
- Rəqiblər güclüdü. Rusiyalı taekvondoçu gənc və perspektivlidi. Amma onu qeyd edim ki, bu yarışa çıxanda ideal formamdan uzaq idim. Zədə almışdım və bir müddət məşqlərdən uzaq düşmüşdüm. Yalnız Avropa çempionatına iki həftə qalmış hazırlığa başladım. Bu üzdən yaxşı nəticə göstərə bilmədim. Gələcəkdə yenidən Avropa çempionu olmaq istəyirəm.
- İranda taekvondo, futzal, voleybol kimi qeyri-ənənəvi idman növlərinin bu qədər inkişaf etməsinin səbəbi nədi?
- Şəxsi fikrimi deyə bilərəm. Orda idman növlərinə uyğun uşaqları lap kiçik yaşdan götürüb yetişdirirlər. Məsələn, voleybola ucaboy uşaq götürürlər, valideynlərinin razılığını alırlar və belə iş başlayır. Taekvondoda da belədi. Müxtəlif yaş qrupları üzrə liqa yarışları keçirilir. Son vaxtlar futbolda da “altyapı”nın fəaliyyəti nəticələr verməkdədi. Bunu dünya çempionatında da gördük.
- Futboldan söz düşmüşkən, İran yığmasının mundialdakı çıxışını necə qiymətləndirirsən?
- Əslində futbolla maraqlanan birisi deyiləm. Ancaq bu yarış diqqətimi çəkdi. Çünki insanların əksəriyyəti DÇ-dən danışırdı. İranın Mərakeşlə oyununu İsfahanda izlədik. Növbəti görüşlər zamanı isə artıq burdaydım. Qrupdan çıxacaqlarını düşünürdüm. Şans da var idi. Ancaq kollektiv növlə fərdi növ fərqlənir. Komanda oyununda gərək hamı güclü xarakterə malik olsun ki, nəticə də gəlsin.
- DÇ-nin gedişində tribunalarda başıaçıq iranlı qadınları gördük. Onların hicabsız olması İrana qayıdarkən problemlə üzləşmələrinə yol açmayacaq ki?
- Qanunları dəqiq bilmirəm. Məncə, xaricdəki geyimlərinə görə İranda problem yaratmazlar.
- Ailən İranda yaşayır. Burda olarkən çox darıxırsan?
- Əvvəl çətin idi. Sonra yavaş-yavaş uyğunlaşdım. Məşqlərlə başımı qatdım. Burda dostlar da var idi. Onlarla vaxtımı keçirdim. Bu üzdən özümü uzaqda hiss etmədim.
- İrandan Bakıya xeyli futzalçı gəlib. Onlardan kimisə tanıyırsan?
- Yox, tanıdığım futzalçı yoxdu. Yalnız yunan-Roma güləşçisi Sabah Şəriətini tanıyıram. İkimizin də məşqlərdən görüşməyə vaxtımız yoxdu.
- Son vaxtlar idmanımızda maddi problemlər yaranıb. Taekvondoda da maaşlar gecikir. Bu, sənə necə təsir edir?
- Bu təkcə Azərbaycanda yox, bir çox ölkələrdə yaşanan problemdi. Buna görə Taekvondo Federasiyasını günahlandırmaq doğru olmaz. Belə şeylər həll ediləcək problemlərdi. Hər şeyin bir yolu var. İnşallah, vəziyyət düzələcək. Biz diqqətimizi məşqlərimizə ayırmışıq. Çünki hər birimizin qarşısında duran hədəflər var.
- Bu il hansı yarışlara qatılacaqsan?
- İldə 4-5 “Qran-pri” olur. Bunların dördündə çempion 40 reytinq xalını qazanır. Ancaq yekun “Qran-pri”də 80 xal verilir. Bir aydan sonra Moskva “Qran-pri”sində iştirak edəcəm.
- Növbəti Olimpiadada çempion olmağa çalışacaqsan. Bu hədəfə gedən yolda hansı rəqibləri ciddi maneə sayırsan?
- Əlimdən gələni edəcəm ki, Tokioda Azərbaycan himnini səsləndirim. Təxmini rəqiblər bəllidi. Rusiya, Kot d’İvuar, Moldova, İspaniya və Norveçdən olan həmkarlarımı daha çox fərqləndirə bilərəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar