01 iy 16:39idman

7000 turist, 280 milyon dollar qazanc

7000 turist, 280 milyon dollar qazanc
Arif Rəhimov: “Yerli pilotun yetişməsi üçün minimum 10 il vaxt lazımdı”
"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin promouteri sayılan "Bakı Şəhər Halqası" şirkətinin icraçı direktoru Arif Rəhimov Həmid Həmidovun “Söhbətləşək” layihəsinin qonağı olub. Gənclər və idman naziri Azad Rəhimovun oğlu müsahibədə "Qran-pri"dən əldə olunan gəlir, "Formula-1"in ölkəmizdə gələcəyi və başqa məsələlərə toxunub. Həmin müsahibəni müəyyən ixtisarla sizlərə təqdim edirik.
- Hamını maraqlandıran əsas məsələdən başlayaq. “Formula-1” bizə neçəyə başa gəlir?
- Belə yarışın bizə neçəyə başa gəldiyini söyləməmiş onun bizə nə qədər xeyir verdiyini demək lazımdı. Bunlar bir-birinə bağlı amillərdi. Bir müddət əvvəl iqtisadi araşdırma aparmışıq. Bilmək istəyirdik ki, ölkəmiz nə qədər qazanc əldə edib. Hesablamalardan sonra məlum oldu ki, məbləğ 280 milyon dollardı.
- Bu bir yarışdan gələn gəlirdi?
- Xeyr. Biz 2016 və 2017-ci illərdə təşkil olunan yarışları təhlil etmişik.
- Belə çıxır ki, bir “Qran-pri”dən gələn gəlir 140 milyon dollardı?
- Bu orta rəqəmdi. Bir il çox, bir il bir qədər az ola bilər. Amma ümumi gəlir məhz bu qədər olub.
- Sonuncu yarışla bağlı rəqəmlər məlumdu?
- Hələ ki 2018-ci ildə keçirilən yarışın təhlili aparılmayıb.
- Əldə olunan 280 milyon dollar turnirə xərclədiyimiz pulları qarşılayır?
- Əldə olunan qazanc xərclərimizi dəfələrlə üstələyir. Buna heç kimin şübhəsi olmasın.
- Belə çıxır ki, ölkə olaraq “Formula-1”dən xeyir götürürük?
- Ümumi götürəndə belə demək mümükündü.
- Deyə bilərsiz “Formula-1” kimi yarışın keçirilməsinə lisenziya almaq üçün nə qədər xərc tələb olunur?
- Təəssüf ki, bu haqda məlumat verə bilmərəm. Çünki müqavilədə məbləğin açıqlanmaması ilə bağlı konkret bənd var. Onu da qeyd edim ki, bu bizim yox, qarşı tərəfin istəyidi. İl ərzində təqvim üzrə 20 yarış keçirilir və hamısı ilə də ayrılıqda anlaşma imzalanır. Bunu heç kim açıqlamır.
- Dəfələrlə mətbuatda oxumuşam ki, siz “Formula-1”in sahibləri ilə danışıqlarda lisenziya xərcini azaltmağa çalışırsız...
- Burda söhbət təkcə lizenziyaya görə ödəniləcək məbləğin azaldılmasından yox, ümumi paketdən gedir.
- Yəni bu söz-söhbət düzdü?
- Biz həm ödənişi azaltmaq, həm də əlavə kommersiya hüquqlarına sahib çıxmaq istəyirik. Bu haqda geniş danışmaq olar. Hər xırda detalı incələmək lazımdı. Təbii, çalışırıq ki, daha çox gəlir əldə edək.
- Başqa ölkələrlə müqayisədə lisenziya üçün biz daha çox pul ödəyirik?
- Xeyr. Yarışların təşkil olunduğu heç bir ölkədən çox pul ödəmirik. Dəqiq bilirəm, iki ölkə var ki, yarışın təşkil olunması hüququna yiyələnmək üçün bizdən artıq vəsait ödəyir.
- Buna baxmayaraq, siz yenə də məbləğin aşağı salınmasına çalışırsız...
- Bəli.
- Bəs danışıqlar indi hansı mərhələdədi?
- Bu ayın sonuna kimi hansısa formada ortaq məxrəcə gəlməliyik. Söhbət 2020-25 aralığında keçiriləcək yarışlardan gedir. Müzakirələr zamanı qarşıdakı 2 il nəzərə alınmayıb. Ancaq istəyirik ki, danışıqlarda 2019 və 2020-ci il üçün də hansısa şəkildə güzəşt olunsun.
- Ortaq məxrəcə gələ bilməsəz, nə olacaq?
- Mənə elə gəlir razılaşacağıq (gülür).
- Müzakirələr zamanı razılıq əldə olunmasa, belə çıxır ki, 2020-ci ildə keçiriləcək yarış Bakıda sonuncu olacaq?
- Nəzəri cəhətdən bəli. Danışıqlar prosesinin pozitiv ab-havada keçdiyini nəzərə alsaq, düşünürəm ki, hər şey yaxşı olacaq. Müzakirələrdə müəyyən irəliləyiş artıq hiss olunur. Sadəcə, biz istəyirik ki, yeni müqavilə ölkəmiz üçün daha əlverişli olsun.
- Yəni həm bizim, həm qarşı tərəfin yarışların Bakıda keçirilməsi istəyi var.
- Bəli.
- Bəs onda bu şayiələr hardan çıxıb? Söz-söhbət gəzir ki, “Formula-1”in sahibləri Bakının əvəzinə Mayamiyə üstünlük verəcəklər.
- Bir müddət öncə, Monako “Qran-pri”si zamanı bu sualı mənə vermişdilər. Əcnəbi jurnalistlərə söylədiklərimi sizə də deyəcəm. İndi bu suala cavab verməyim bir qədər düzgün deyil. Çünki hələ ortada heç bir fakt yoxdu. Ola bilsin, bu kimin və ya kimlərinsə tapmacasıdı. Prinsipcə, təqvimdə 22 yarış üçün “pəncərə” var. 2019-cu ildə Mayamidə yürüş təşkil olunsa, 21-ci olacaq. “Formula-1” rəhbərliyinə Mayamidə yarış təşkil edib, Bakıya “yox” demək heç bir halda sərf etmir. Bu yarışların bir-birinə maneçilyi yoxdu. Sözügedən məsələ ilə bağlı qarşı tərəflə söhbətim olub. Onlardan da soruşmuşam ki, bu söz-söhbət hardan meydana çıxıb. Onlar da dedilər ki, biz də sizin kimi, heç nədən xəbərimiz yoxdu. Bilmirik bu şayiələr hardan yaranıb. Onu da qeyd etdilər ki, əsası olmayan söz-söhbətə reaksiya vermək düzgün deyil. Tezliklə, düşünürəm ki, sentyabra kimi növbəti mövsümün təqvimi açıqlanacaq və orda görünəcək ki, Bakıda keçirilən yarış öz yerində qalır.
- Belə fikir formalaşıb ki, Bakıda təşkil olunan 3 yürüşdən ən maraqlısı 2017-ci ildə keçiriləndi. Siz bununla razısız?
- Siz ötənilki yarışı qeyd etsəz də, bizə bu il, yəni 2018-də keçirilən yürüşün daha marqlı olduğunu deyirlər. Mənə görə hər ikisi yaddaqalan oldu. Hər birində həyəcanlı məqamlar, pilotların qalib olmaq üçün keçirdiyi stressi hiss etdik. Bu il üçün keçirilən səsverməyə əsasən, 2018-də təşkil olunan yarışlar arasında reytinqinə görə Bakı ilk pillədədi. Onu da bidirim ki, bu mövsümün ilk yarısı üçün açıqlanan məlumatdı.
- Səhv etmirəmsə, 2017-ci ildə ən yaxşı yarış üçün “Oskar”a Azərbaycan “Qran-pri”si layiq görüldü.
- Bəli. İnanıram ki, eyni sevinci 2018-də də yaşayacağıq. Bu tək mənim yox, “Formula-1”lə yaxından maraqlananaların, bu sahənin mütəxəssislərinin fikridi.
- Təxmini olsa da, deyə bilərsiz, bu il məhz “Formula-1”i izləmək üçün Azərbaycana nə qədər turist gəlib?
- Sizə dəqiq rəqəmlər deyə bilərəm. VİP tribunaları nəzərə almasaq, bulvar və başqa yerlərdə qurulan tribunalarda yarışı izləmək üçün 6600 əcnəbi vətəndaş bilet almışdı. Bunun üzərinə 300-400 nəfəri də əlavə etmək olar ki, onlar da məhz yarış üçün paytaxta gəlmişdilər. Ümumi say 7000-dən bir qədər artıqdı. Bundan əlavə iştirakçı komandaların texniki işçilərini, əcnəbi jurnalistləri və “Formula-1”in rəhbərliyini də nəzərə almaq lazımdı. Onların sayı 2000-ə yaxındı.
- Onların xərclərini kim qarşılayır?
- Bütün xərclər özlərinin boynundadı. Hətta müəyyən servisə görə komandalar bizə icarə pulu ödəyirlər.
- Ötən illərlə müqayisədə turistlərin sayında artım hiss olundu?
- 2016-cı ildə onların sayı təxminən 2500, 2017-də isə 6000 idi. Rəqəmlərdən də hiss olunur ki, ildən-ilə “Formula-1”i canlı izləmək üçün Azərbaycana gələn turistlərin sayı artır.
- Bəzilərinin fikrincə, 2017-də gələn əcnəbi qonaqların sayı daha çox olub. Bəlkə ötən il yarış iyunda, bu il isə apreldə keçirildiyinə görə belə fikir yaranıb?
- Gözəyarı hesablamaları bir tərəfə qoyaq. Əsas ortada olan faktdı. Real rəqəmlərlə mübahisə etmək olmaz. Bu il yarışı izləmək üçün Azərbaycana gələn əcnəbi “Formula-1” həvəskarlarının sayında 30 faiz artım olub.
- Azərbaycanlıların yarışlara marağından razısız?
- Hər şeydə daha yaxşısını arzulamaq olar. Ancaq mən hazırkı tendesiyadan razıyam. 2016-cı ildə bəlkə də çoxları bilmirdi ki, “Formula-1” nə üçün Bakıda keçirilir, bunun ölkəyə nə faydası var. Ancaq vaxt ötdükcə münasibət dəyişdi. Artıq azərbaycanlıların böyük qismi yarışlara maraq göstərməyə başaldılar. İndi bir çoxları Bakı ilə yanaşı, başqa ölkələrdə də keçirilən yürüşləri də maraqla izləyirlər.
- Elə etmək olmaz ki, “Formula-1”də öz pilotumuz olsun?
- Yerli pilotun yetişməsi üçün minimum 10 il vaxt lazımdı.
- Bizdə onun yetişməsi üçün şərait yoxdu axı. Bunu ancaq ölkə xaricində etmək olar...
- Qarşısına belə məqsəd qoyan varsa, ilkin olaraq kartinqdən başlaya bilər. Bundan sonra isə təbii ki, inkişaf etmək üçün xaricə yollanmalısan. Rusların bu günə kimi “Formula-1”də olan hər üç pilotu belə xaricdə hazırlıq keçib.
- Hər dəfə yarışlara əcnəbi estrada ulduzlarını dəvət edirsiz. Sizə elə gəlmir ki, onlar olmasa, azərbaycanlılar yarışlara bilet almazlar?
- Bu fikirlə razılaşmaya bilmərəm. Bu bizə kömək edir. Konsertə bilet alanlar istər-istəməz yarışları izləmək üçün tribunalara da üz tuturlar.
- Əcnəbi estrada ulduzlarının dəvət olunması əlavə xərclər deməkdi. Nə vaxta kimi bu yolu tutmaq fikriniz var?
- Bəli, bu izafi xərcdi. Ancaq nəsə etməlisən ki, insanlar maraqlansınlar, ora üz tutsunlar. Elə etməlisən ki, yarışlar keçirilən 4 gündə festival ab-havası yaşansın. Bu da onların xoşuna gəlirsə, niyə bundan imtina etməliyik?!
- Mətbuatda belə bir fikrinizlə tanış oldum: bir ölkə ki, “Formula-1”i turist cəlb etmək üçün təşkil edir, bu bir və ya iki il keçərli ola bilər.
- Tam belə yox, buna oxşar fikir səsləndirmişəm. Mən “ilk illərdə maraq daha çox olur, nəinki sonrakı 3-4 ildə” söyləmişəm. Bu da ondan irəli gəlir ki, ilk illərdə gələn turistləri ölkəyə çəkən oranı tanımaqdı. Sonrakı mərhələlərdə bura üz tutanlar isə artıq bilirlər hara və hansı məqsədlə gəlirlər. Buna görə də ildən-ilə tamaşaçı sayında artım yaşanır.
- Yəqin ki, indiyədək bütün yarışlarda olmusuz. Təşkilatçılıq baxımından o biri ölkələrdən nədə geri qalırıq, nədə üstünük?
- Dəqiq deyə bilərəm ki, heç nədə heç kimdən geri qalmırıq. Hətta bəzi məqamlarda düşünürəm ki, üstünük.
- Bakıdakı yarışda nə qədər insan çalışır?
- Adi vaxtda ştatımızda 110-120 nəfər aralığında işçi olur. Yarış vaxt isə bu rəqəm 1000 nəfərə qədər artır. Bu il onların sayı 1100 idi.
- Belə say artımı nə qədər vaxtı əhatə edir?
- Təxminən iki aya yaxın belə olur. Onlarla yanaşı, 1600 könüllü və 1400 marşal da bu müddətdə bizimlə birgə çalışır.
- İşçilərinizin arasında əcnəbilər çoxdu?
- Hazırda 120 nəfərdən yalnız 3-ü əcnəbidi. Kollektivin 99 faizi azərbaycanlılardan təşkil olunub.
- İşə başlayanda atanız - gənclər və idman naziri Azad Rəhimovla çox məsləhətləşirdiz? Onun sizə köməyi çox dəydi?
- Əlbəttə. Onsuz bu işləri görmək çətin olardı. Əsasən də kimlərləsə görüşmək lazım olanda. Ondan xahiş edirdim ki, həmin adama zəng vursun. Bəzən adi bir məsələ ilə bağlı fikir mübadiləsi aparmaq üçün bunu etmək lazım gəlirdi. Bu işdə bütün dövlət qurumları ilə əməkdaşlıq etməlisən. Ona görə də ilk vaxtlar gedib qapını döymək və “mən gəlmişəm” demək hər zaman mümkün olmurdu. Bu işlərdə atamın mənə köməyi çox dəyib.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar