22 fev 14:19idman, manset

Avropa çempionatı İslamiadaya qurban veriləcək

Avropa çempionatı İslamiadaya qurban veriləcək
“Heç kim dövlətimizə yuxarıdan aşağı baxa bilməz”

Sərbəst güləş yığmamızın İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazandığını xəbər vermişdik. Millimiz fevralın 19-dan 20-ə keçən gecə vətənə qayıdıb. Heydər Əliyev hava limanında komandanın baş məşqçisi Firdovsi Umudov jurnalistlərin suallarını cavablayarkən bunları deyib: “Güləşçilərimiz sonadək mübarizə apardılar, möhtəşəm qələbə qazandılar. Bildiyiniz kimi, A qrupunda çox güclü güləş ölkələri - Rusiya, ABŞ və Gürcüstan komandaları ilə mübarizə apardıq. Rusiya və Gürcüstanı məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə ilk “3-lük”də qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ ilə görüşdə 74 kq-da hakim haqsızlığı ilə üzləşdik. Görüşün sonuna 1 dəqiqə qalmış ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi nəticəyə ciddi təsir etdi. Dünya Kuboku baş məşqçi kimi ilk yarışım oldu. Bu, hamımızın birgə əldə etdiyi nəticədi. Federasiya rəhbərliyinin qarşımıza qoyduğu tələblərdən biri Tokio-2020 üçün ehtiyat qüvvənin formalaşdırılmasıdı. Bu məqsədlə heyətdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Georgi Edişeraşvili, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi təcrübəli güləşçilərimizlə yanaşı, Mahir Əmiraslanov, Əli Rəhimzadə, Məhəmməd Müslümov, David Suynuçxanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev, Aslanbek Alborov kimi gənc güləşçilərə də yer vermişdik. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. Əli Rəhimzadə Rusiya ilə görüşdə olimpiya çempionu Camal Otarsultanovu məğlub etdi. ABŞ-la görüşdə isə dünya çempionuna minimal fərqlə uduzdu. Müəyyən səhvlər var idi ki, onların üzərində gələcəkdə işləyəcəyik. Aslanbek Alborov ABŞ-la görüşdə Rio-2016-nın qalibi Kayl Snayderi məğlub etdi. Güləşçilərimizin hər birini təbrik edir, əsl xarakter nümayiş etdirdiklərinə görə onlara təşəkkür edirəm... Bayrağımız bizim canımız, qanımızdı. Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanıb. Ona görə də hər birimiz bayrağımızı sevməliyik, onu qorumalıyıq. Dövlətindən, gücündən, əhalisinin sayından, ərazisinin böyüklüyündən asılı olmayaraq, kimlərsə bizim dövlətimizə, bayrağımıza qarşı haqsızlıq edərsə, biz buna etirazımızı bildirməliyik. Dünya Kuboku zamanı da təşkilatçılar ilk görüşdə bayrağımızı səhv çıxarmışdılar. Biz bunu görəndən sonra etirazımızı bildirdik. Səhv aradan qaldırılmasa, növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq. Hər ehtimalı nəzərə alaraq özümüzlə apardığımız şanlı bayrağımızı yarış zalına gətirdik və təşkilatçılara təqdim etdik. Bu gün bütün dünyaya sübut edirik ki, heç kim dövlətimizə yuxarıdan aşağı baxa bilməz. Biz dövlətimizi, millətimizi sevirik. Bizim bir dövlətimiz, bir bayrağımız var. Hər birimiz daha diqqətli olmalıyıq ki, baş verə biləcək bu cür təxribatların qarşısını alaq... Qarşıda bizi 4-cü İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi məsul yarışlar gözləyir. Təqvim planımız olduqca gərgin və sıxdı. Çalışacağıq ki, dövlətimizin, federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Gənc və peşəkar komandamızla birgə hələ çox nailiyyətlər qazanacağıq. Qarşımızda böyük hədəflər var. Bu hədəflərə nail olmaq üçün var gücümüzlə çalışacağıq".
61 kq-da iki dəfə dünya çempionu olan, Dünya Kubokunda 65 kq-da çıxış edən və bütün görüşlərini qələbəylə başa vuran Hacı Əliyevin fikirləri isə belə olub: "Üçüncü yer münasibətilə komandamızı təbrik edirəm. Bildiyiniz kimi, ABŞ yığmasına xal hesabıyla uduzduq. Əks halda, finala çıxa bilərdik. Hakimlər tərəfindən haqsızlıqla üzləşdik. Buna baxmayaraq, düşünürəm ki, bürünc medal gözəl nəticədi. Yarışa yeni məşqçi kollektivi ilə qatılmışdıq. Bu, Firdovsi Umudovun rəhbərliyi altında ilk çətin yarış idi. Biz də baş məşqçinin əziyyətini yerə vurmadıq. Bütün komanda yaxşı çıxış etdi. Qarşıda İslam Həmrəyliyi Oyunları var. Ondan əvvəl isə Avropa çempionatına qatılacağıq. Lakin hər iki yarış arasında az vaxt olduğu üçün əsas heyət İslamiadada çıxış etməlidi. Ola bilər, qitə birinciliyində ikinci heyət iştirak etsin. Qarşıdakı yarışlarda da uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik".
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar