22 fev 14:14idman, manset

Azərbaycan “Qran-pri”si üçün akkreditasiya başladı

Azərbaycan “Qran-pri”si üçün akkreditasiya başladı
Bilet satışı ötən illə müqayisədə xeyli artıb

Dünən “Hilton” otelində Bakı Şəhər Halqasının (BŞH) iştirakı ilə iyunda Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si üçün akkreditasiya prosesinin start götürməsiylə bağlı tədbir keçirildi. Tədbirdə akkreditasiya ilə bağlı yaranmış bir sıra suallara cavab verildi, qaranlıq məqamlara aydınlıq gətirildi. Bildirildi ki, gündəlik izləyici kütləsi cəmi 2-3 min olan portalların FOM tərəfindən qeydiyyata alınması çətin görünür. Bu qurumun ötən il “CBC Sport”un əməkdaşlarına da akkreditasiya kartı vermədiyi məlum oldu. Buna səbəb kimi telekanalın ölkə xaricində şifrəsiz yayınlanması göstərilib. Bu üzdən onlar CBC telekanalının üzvləri kimi yarışı işıqlandırmaq imkanı əldə edib. İnternet televiziyalarının da “yox” cavabı alacağı dəqiqdi. Tədbirdə başqa tövsiyə və iradlar diqqətə çatdırıldı. Qeyd olundu ki, yarış zamanı jurnalistlər “Hilton” otelində 442 yerlik mətbuat zalından yararlana biləcək. Xarici KİV üçün 3 oteldə sərfəli şərtlərlə məskunlaşmaq fürsəti də yaradılacaq.
Bundan başqa BŞH-nın mətbuat katibi Nigar Arpadarai bir neçə sualı cavabladı: “Azərbaycan “Qran-pri”sinə maraq çox böyükdü. Bilet satışı ötən illə müqayisədə xeyli yaxşıdı. Ən çox biletlərə Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan və ərəb ölkələrindən tələbat var. Vətəndaşlarımızın da biletləri onlayn formada alması bizi çox sevindirir. Bu da onların marağının göstəricisidi. Endirimli kampaniyalarımız bundan sonra da olacaq. İndiyədək 40-dan artıq ölkədən bilet alanlar olub. İstehlakçıların 60 faizi Rusiya vətəndaşıdı. Ümumi biletlərin neçə faizinin satıldığını deyə bilmərəm. Ancaq onu deyim ki, ötən il mayın əvvəlindəki bilet satışının faizinə bu il indidən çatmışıq. Ən çox bilet Filarmoniya tribunasına satılıb. Abşeron tribunasına da maraq böyükdü.
Ötən həftə ilk dəfə “Formula-1” üzrə yarışları qəbul edən ölkələrin tədbirini keçirdik. Tədbirdə əsas məqsəd irihəcmli yarışların ölkənin iqtisadi durumuna təsiri haqda fikir mübadiləsi aparmaq idi. Bu biznes dialoqunun ilk mərhələsi idi və biz bu danışıqları davam etdirəcəyik. Könüllülərin və marşalların qeydiyyatı da çox uğurla gedir. Bizə 3 min könüllü lazımdı. Ancaq 8 minə yaxın adam könüllü olmaq üçün müraciət edib. Bu da gənclərin marağından xəbər verir. Marşalların 90 faizi ötənilki insanlar olacaq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar