28 in 13:49idman

Nazim Hüseynov İlham Zəkiyevi hamıdan üstün sayır

Nazim Hüseynov İlham Zəkiyevi hamıdan üstün sayır
“Mənim vaxtımda indiki imkanlar olsaydı...”
Bildiyiniz kimi, sentyabrın 20-dən 27-dək Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Beynəlxalq Cüdo Federasiyası (İJF) mundialı diqqət mərkəzində saxlayır. Ali qurumun rəsmi saytı bir müddət əvvəl olimpiya çempionumuz Elnur Məmmədlidən reportaj hazırlamışdı. Bu dəfə isə 1992-ci ildə MDB komandasının tərkibində eyni uğura imza atan Nazim Hüseynov diqqət mərkəzinə düşüb: “Dostlarımla mərcə girib güləşirdik. Mükafat isə ya buterbrod, ya da dondurma olurdu. Həmin vaxt Yaponiya cüdosunun əfsanəsi (olimpiya və 4 qat dünya çempionu) Yasuhiro Yamasita haqda çəkilmiş sənədli filmi izləmişdim. Bu, məni ruhlandırdı və dostlarımla güləşərkən tez-tez qalib gəlməyə başladım. 11 yaşımda cüdoyla məşğul olmağa başladım. 1980-ci ildə “Lokomotiv”ə yazıldım. O zaman kimono 14 dollara idi. O dönəmdə bu, yetərincə böyük məbləğ sayılırdı. “Lokomotiv”in məşqçisi mənə baxdı və potensialımın olduğunu gördü. İki ildən sonra əlimdən və ayağımdan zədələndim. Həkimlər karyeramı başa vurmağı məsləhət görürdü. Ancaq bu, mənim üçün birmənalı şəkildə qəbuledilməz idi. Başa düşmədim ki, məşq etməyimə nə mane ola bilər. Üç aydan sonra tatamiyə qayıda bildim. Cüdoyla məşğul olmağı sevirdim. SSRİ respublikalarının idmançıları beynəlxalq turnirlərə yollanmaq hüququnu əldə etməkdə çətinlik çəkirdilər. Baxın, indi dünyanın aparıcı cüdo ölkələri arasında Rusiya, Gürcüstan, Özbəkistan və əlbəttə ki, Azərbaycan da var. Ancaq o zaman SSRİ kimi böyük bir ailənin tərkibindəydik. Hamı beynəlxalq turnirə vəsiqə verən yeganə yer uğrunda mübarizə aparırdı. Buna nail olmaq üçün çox güclü olmalıydın. 1992-də beynəlxalq arenada Azərbaycan o qədər də tanınmırdı. Qələbəm ölkəmi bütün dünyada məşhurlaşdıra bilərdi. Təsadüfə bax ki, Barselonada baş tutan Olimpiya Oyunlarındakı qələbəm doğulduğum gündə - avqustun 2-də reallaşdı. Evə qayıdanda anamdan saat neçədə doğulduğumu soruşdum. O isə gündüz saat 5-də doğulduğumu söylədi. Maraqlıdı ki, qələbəm də məhz həmin vaxta təsadüf etmişdi. Anama “bu, bir əlamətdi. Cüdo mənim həyatımdı” söylədim. Düşünürəm ki, cüdo mənim kimi bir çox insanın həyatını dəyişə bilər. Qəlbi təmiz insanlara cüdo daha çox kömək olur. İkiqat paralimpiya çempionumuz İlham Zəkiyevin böyük ürəyi var. Təəssüf ki, o, Dağlıq Qarabağ müharibəsində görmə qabiliyyətini itirdi. Ancaq cüdo sayəsində iki dəfə Paralimpiya Oyunlarının qalibi oldu. O, titullarına görə hamımızdan üstündü. Hamı olimpiya çempionu olmaq istəyər. Biz gənclərə və cəmiyyətə nümunə olmaq istəyirik. Biz insanlar üçün ümid ola bilərik. Mənim vaxtımda indiki imkanlar olsaydı, üçqat olimpiya çempionu olardım”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar