24 in 14:06idman

İdmanımızı böhrandan necə xilas edək?

İdmanımızı böhrandan necə xilas edək?
Sponsorlar bu sahədən uzaq düşüb
Ölkə idmanı ağır dönəmini yaşayır. Əvvəllər qeyri-olimpiya növlərində problemlər yaşanırdı. İndi isə olimpiya növləri də pulsuzluqdan əziyyət çəkir. Vaxtilə güləş, boks və taekvondo kimi növlərdə maliyyə sarıdan heç bir problem yaşanmırdı. İndi isə bu idman növlərinə cavabdehlik daşıyan federasiyaların durumu da acınacaqlıdı. Fazil Məmmədovun, sadəcə, adı qalıb. Gözlənildiyi kimi, Vergilər Nazirliyindən qovular-qovulmaz başçılıq etdiyi idman növlərində problemlər yarandı. Əslində hələ buna qədər böhran başlamışdı. Otüstü hokkey qurban verilmişdisə, Rio Olimpiadasından sonra güləşçilər maaşa həsrət qalmışdı. Ötən yay dünya çempionatı ərəfəsində pəhləvanların Güləş Mərkəzi qarşısındakı etiraz aksiyası idman ictimaiyyətini silkələdi. “Azərbaycanda idmana dövlət qayğısı var” mifi çilik-çilik oldu. Artıq məmurların bu sahəni maliyyələşdirməkdə həvəsli olmadıqları üzə çıxdı. Düzdü, Məmmədovun adı hələ də AGF-nin və AzVİF-in prezidenti kimi gedir. Ancaq həqiqətdə güləş yenidən 1-ci vitse-prezident vəzifəsinə qayıdan Namiq Əliyevin öhdəsinə verilibsə, velosiped idmanı Sahib Ələkbərovun sərəncamındadı. Belə olmasaydı, iyunun 5-dən 9-dək Veloparkda keçirilən BMX üzrə dünya çempionatının açılış və bağlanış mərasimlərində Fazil Məmmədovu görərdik. Deyilənə görə, sabiq məmur indi idmanın yox, səhhətinin hayındadı. Boks və taekvondonun tapşırıldığı Kəmaləddin Heydərovun da Gənclər və İdman Nazirliyinə məktubla müraciət etdiyini və bu federasiyaların başqanı vəzifəsindən istefa vermək niyyətində olduğunu daha öncə yazmışdıq. Bu idman növüylə məşğul olanlar da aylardı maaşa həsrətdi. Təkcə sadaladıqlarımız böhranda deyil. Voleybol da belədi, basketbol da, atletika da, bir başqası da. Hazırda olimpiya növləri arasında az-çox gün görən futbol, cüdo və həndboldu. İlk ikisinə SOCAR-ın prezidenti Rövnəq Abdullayev baxır. Hələ ki bu məmurun işləri qaydasındadı. Çünki neftin qiyməti sabitliyini qoruyur və bir bareli 70 dollardan baha satılır. Vay o günə ki, yenə qiymətlər kəskin enə. Onda futbolla cüdo da başqalarının gününə düşəcək. Necə ki, daha öncə belə böhranla üz-üzə qalıblar. Həndbol isə hələ bir müddət dirçəliş dövrünü yaşayacaq. Çünki “Azəravtoyol”un rəhbəri Saleh Məmmədov maddi problem yaşamır. Az qala hər gün hansısa yolun təmirinə dövlət büdcəsindən milyonlar ayrılır. Amma həndbol ictimaiyyəti buna da etibar etməsin. Məlum “bulaq” quruyanda görüşərik...
Nə isə, sözü çox uzatmadan yazının məğzinə keçək. Milli Olimpiya Komitəsi Gənclər və İdman Nazirliyi ilə əl-ələ verib, getdikcə dərinləşən böhrandan çıxış yolunu tapmalıdı. Elə bir sistem qurulmalıdı ki, idmanın maddi-texniki bazası sabit və sarsılmaz olsun. Ölkə iqtisadi problemlərlə üzləşəndə bu sahəyə öldürücü zərbə dəyməsin. Bunun üçün yaxşı, işlək mexanizm tətbiq edilməlidi. Fakt budu ki, 2000-ci illərin əvvəllərində başlayan “məmur-idman” siyasəti artıq özünü doğrultmur. Hansısa nazirin istefasıyla onun başçılıq etdiyi federasiyanın böhran yaşaması düz-mütənasibdi. Məhz buna son qoymağın yolunu tapmaq lazımdı. Bəs necə? Təəssüf ki, seçim şansı çox deyil.
Doğru və sağlam yol
“Çörəyi ver çörəkçiyə, birini də üstəlik” prinsipi əsas götürülməlidi. Hər idman federasiyasına həmin növ üzrə təcrübəsi olan, idmanda sözünü demiş və idarəçilik qabiliyyəti olan şəxslər başqan seçilməlidi. Təbii ki, seçki tam şəffaf olmalı və təyinat xarakteri daşımamalıdı. Hər Olimpiadadan sonra Hesabat-Seçki Konfransı keçirilməlidi. Bütün hesabatlarda, xüsusən maliyyə hesabatında şəffaflıq qorunmalı, nəzarət mexanizmi gücləndirilməlidi. Amma bir şərtlə, bu federasiyaların işinə kənardan heç kim qarışmasın. Bütün maliyyə isə sponsorlar yoluyla əldə edilməlidi. Ölkədə çalışan şirkətlər sponsor kimi cəlb olunur və əvəzində onların həm reklamı gedir, həm də vergi güzəşti əldə edirlər. Bu gün sivil ölkələrdə işlək mexanizm budu. Təəssüf ki, bizdə bunu reallaşdırmaq qəliz məsələdi. Çünki bunun üçün ilk növbədə ölkədə azad bazar iqtisadiyyatı olmalı və inhisarçılığa son qoyulmalıdı. Sahibkarlar məmur caynağından qurtulmalı və müstəqil fəaliyyət göstərməlidi. Belədə müstəqil şirkətlərin və dolayısıyla potensial sponsorların sayı arta bilər. Bu sistemi yaratmaqda hökumət nə dərəcədə maraqlıdı? Bax, bu suala cavab vermək çətindi.
Son çarə
Bu variant keçərli deyilsə, son çarəyə əl atmaq lazımdı. Bu da ondan ibarətdi ki, SSRİ dönəmində olduğu kimi, inzibati idarəçilik üsulu tətbiq edilsin. Deyək ki, dövlət büdcəsindən AGİN-ə illik 1-2 milyard manat pul ayrılır. Bu vəsait federasiyalara ayrılmalıdı. İdman qurumlarının bütün xərcləri bu vəsaitlə qarşılanmalıdı. Ancaq təbii ki, yuxarıdakı şərtlər daxilində. Yəni federasiya prezidenti (həmçinin strukturda çalışanlar) mütləq idman mütəxəssisi olmalı və quruma ayrılan maliyyənin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət edilməlidi. Təbii ki, belədə hər federasiyaya böyük vəsait ayrıla bilməz. Sözsüz, olimpiya, xüsusən də komanda növlərinə daha çox maliyyə ayrılmalıdı. Ancaq mümkün olduğu qədər xərclər minimuma endirilməlidi. Legionerlərdən imtina olunur, ölkə xaricində toplanışlar ləğv edilir, maaşların və mükafatların miqdarı həddi aşmır. Olimpiada üçün qızıl, gümüş və bürünc medal qazanan idmançılara maksimum uyğun olaraq, 50, 30 və 10 min manat ödənilməlidi. Dərinliyə getsək, Azərbaycan üçün bu da çoxdu. Nəticələr zəifləyəcək? Qoy, zəifləsin. Gücümüz nəyə çatar, onu da qazanarıq. Daha legionerlərin hesabına şişirdilmiş, başaldadıcı uğurlar bizə lazım deyil. Təbii ki, bu yol məsləhətli deyil və son çarə kimi təklif olunur. Ta ki birinci variant üçün münbit şərait yetişənədək...
İdman jurnalistləri nə düşünür?
Ceyhun Əliyev, sport24.az saytının baş redaktoru: “Federasiyaların problemi bünövrənin düzgün qoyulmamasındadı. İstənilən şəxs idman növünə başçılıq etməyə başlayan kimi nəticə verməyə can atır. Belədə hansısa 5-7 illik əziyyətə qatlaşmaqdan söhbət getmir. “İndi və dərhal” prinsipi isə fiaskoya məhkumdu. Çünki bunun üçün hazır məhsuldan - əcnəbi idmançıları dəvət etməkdən başqa variant mövcud deyil. Öz yeniyetmələrimizə qat-qat aşağı sərmayə yatırmaqla təməl qurmaq, 5-7 ildən sonra mütəmadi uğurlu, özü də ucuz başa gələn qrafik cızmaq olar. Lakin “indi və dərhal” layihəsində yerli kadrların yetişdirilməsinə yer yoxdu. Nümunələr üçün baş sındırmağa dəyməz. Hanı Avropaya səs salan qadınlardan ibarət otüstü hokkey komandamız? “Çinqaçuklar”ı yığıb “idmanımızın bütün sahələri inkişaf edir” deyənlər indi hərəsi bir küncdə gizlənib. Axı, pul yoxdu. Pul olmayandan sonra isə onların nəyinə lazımdı federasiya başçılarına bəy tərifi yağdırmaq?! Atletika yığmamıza əndrabadi afrikalıları gətirdilər, həmyerlimiz isə Türkiyənin bayrağını dalğalandırır. Vəziyyətdən çıxış yolunu dövlət büdcəsindən yatırım edilməsində görmürəm. Çünki məmurlara inanmıram. Necə ki, yol çəkməyə ayrılan vəsaitin 20-30 faizi xərclənib. İdmanda da analoji yanaşmanın olacağını düşünürəm. Nə qədər çeynənmiş səslənsə də, başqa yol yoxdu: bütün legionerlərdən imtina olunmalı, yatırımlar yerli yeniyetmələrə edilməlidi. Belədə xərcələnən vəsait nəzərəçarpan dərəcədə azalacaq. Özü də yalandan Azərbaycana aid olmayan idman növlərini ölkəmiz adına sırımağa lüzum yoxdu. Axı, nə edirsən-et, sənin misal üçün, heç vaxt buzüstü hokkey yığman yerlilərdən formalaşa bilməz! Bu cür uydurma federasiyalardan birdəfəlik əl çəkilməlidi!
Sponsorların cəlb edilməsi məsələsinə gəlincə, hazırkı durumda bunu mümkünsüz sayıram. Həyatımızı idman jurnalistikasına həsr etmişik. İndiyə qədər kim deyə bilər ki, rəhbərlik etdiyi media orqanına şəxsi əlaqələr olmadan reklam cəlb edə bilib? Nəzərə alın ki, hansısa federasiyanın və idman KİV-inin reklam üçün istədiyi məbləğlər arasında yerlə göy qədər fərq var. Bu gün biz ən xırda məbləğə nail ola bilmiriksə, federasiyanın sponsor tapması mümkünsüzdü. Yarış vaxtı ancaq federasiya rəhbərinin özünə məxsus olduğu şirkətlərin reklam bannerlərinə rast gələ bilərsiz ki, bu da pulsuz başa gəlir”.
Sənan Abdullayev, “Xəzər” TV-nin əməkdaşı: “Ötən əsrin sonlarında, hardasa 2000-ci ilə qədər olan müddətdə federasiyalara məmurların təyin edilməsi doğru addım idi. Çünki o dövrdə idmançılar arasında sırf maddi çatışmazlıq üzündən səfərə gedib qayıtmamaq, qaçqın kimi başqa ölkələrdə qalmaq halları çox yayılmışdı. Federasiyaların nazirlərə və başqa məmurlara etibar edilməsiylə bunlar, demək olar ki, aradan qalxdı. Məsələn, ən üzdə olan güləşi götürək. Fazil Məmmədovun təyinatından sonra sırf güclü maddiyyatın dəstəyi ilə nəticələr haralara qədər gedib çıxdı. Əksəriyyət bugünkü durumu haqlı olaraq dolların qalxması və başqa problemlərdə görür. Şəxsi fikrimə görə problem son 2-3 illə bağlı deyil. Təbii ki, təyin olunan əksər nazirlərin rəhbərlik etdikləri növlərdən peşəkar olaraq xəbərləri yox idi. Onlar özlərinə həmin sahədən ən azı 1-2 əsas köməkçi götürürdülər. Bax, həmin köməkçilərə ya qulaq asılmayıb, ya da onlar ancaq maaş alıb yatmaqla məşğul olublar. Və sanki SSRİ-nin dağılacağına inanmayan sovet adamları kimi dolların nə vaxtsa qalxa biləcəyini heç ağıllarına gətirməyiblər. Məhz bu üzdən kimsə yeni variantlar üzərində baş sındırmayıb. Bizim əksər federasiyaların başında artıq sırf idman adamları durmalıydı. Onlar əminəm ki, elə maaş məsələsində də içdən biri kimi ortaq mövqe tapacaqdılar. Ən gözəl nümunə kimi Firdovsi Umudovun qısamüddətli rəhbərliyini göstərmək olar. Sözsüz, onlara dövlət tərəfindən konkret büdcənin ayrılması da yaxşı variant olardı. Amma biz ən azı Türkiyə modelinə çoxdan keçməliydik. Heç olmasa, ən populyar idman növlərimizə kənardan sponsorlar cəlb olunmalı idi. Bildiyim qədər karateçi Rafael Ağayevin "Adidas"la müqaviləsi var. Deməli o, maaş almadığı dönəmdə ən azı əsəb və sarsıntını yüngül keçirəcək. Voleybolumuzun ən populyar vaxtında belə cılız reklamlar izlədik. Ən pisi odu ki, indi heç bir sponsor yaxın durmayacaq. Ümumiləşdirsəm, çıxış yolu dövlət tərəfindən konkret büdcənin ayrılması və hər yarış üçün bonusların açıqlanmasıdı. Xüsusən böyük yarışların bonusları maaşdan yetəri qədər çox olmalıdı. Yəni sırf motivasiya ön plana çıxmalıdı. Bir də mütləq şəkildə legionerlərdən yavaş-yavaş imtina edilməlidi. Çünki onların maaşı başqalarını ruhdan salır, qıcıq yaradır. Yəni idmançıların həm malı gedir, həm canı”.
Elşən Məmmədov, report.az saytının əməkdaşı: “Açığı, çıxış yolunu bilmirəm. Ölkədə normal şirkət sayı çox azdı. İdmanı hansına tapşırasan? Bu qədər idmançıya maaş vermək lazımdı. Kim verəcək? Dövlət büdcəsindən nazirlik vasitəsilə bütün federasiyalara vəsait ayrılır. O vəsait isə yığmaların yarışlara ezam olunmasına, təlim-məşq toplanışlarına, daxili yarışlara sərf olunur. Amma bununla iş bitmir. Hər federasiyada onlarla əməkdaş, məşqçi, idmançı çalışır. Hamısının əməkhaqqı ödənməlidi. Əksər federasiyaların təlim-məşq bazası, idman qurğuları var. Həmin daşınmaz əmlakın da saxlanılması xərc tələb edir. Yəni bütün bunlar böyük vəsait deməkdi. Həmin vəsaiti isə yalnız sponsorlar hesabına ödəmək olar. Federasiyalarda məmurların prezident olmasının üstünlüyü budu ki, ən azı idmançıları nazirlikdə işə düzəltmək olur, normal dolanmaq üçün ordan da qazanc əldə edirlər. Böyük federasiyaların saxlanması yalnız böyük şirkətlərin, böyük qurumların vəsaiti hesabına mümkün ola bilər. Onların sayı isə çox azdı və ya bir çoxu hazırda maddi sıxıntı yaşayır, sosial layihələrə qənaətlə yanaşırlar”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar