Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
24 in 13:16idman
Orxan Aydın istirahəti yığmadan üstün tutub

Amil Həmzəyev: “Polşanı daha ciddi rəqib sayıram”
3x3 basketbolu yığmamız Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Rumıniyada keçiriləcək təsnifat yarışında hədəf qitə birinciliyinə vəsiqə qazanmaqdı. Bunun üçün seçmə mərhələdə yarımfinala yüksəlmək kifayət edir. Komandanın durumunu və şanslarla bağlı fikirlərini öyrənmək üçün milli üzvü Amil Həmzəyevlə danışdıq: “20 gündü Ukraynadan Bakıya gəlmişəm. Hazırda mən, Zaur Paşayev və Anar Hacıyev birgə məşq edirik. Marşall Mozes isə birbaşa Rumıniyaya gələcək. Qrupda İspaniya və Polşa ilə qarşılaşacağıq. Əsas oyun 1/4 finalda olacaq. Çünki həmin görüşdə qalib gəlməklə avtomatik Avropa çempionatına vəsiqə qazanacağıq. Açığı, etiraf edim ki, çətin qrupa düşmüşük. Polşanı daha ciddi rəqib sayıram. İspaniyada Bakıda keçirilən ilk Avropa Oyunlarında iştirak edən heyətdi. Onlara qarşı şanslarımız daha çoxdu. Polşanın heyətini isə dəqiq bilmirəm. 3x3 basketbolunda hər zaman kağız üzərində favorit olanlar qalib gəlmir. Oyunun axarından çox şey asılıdı. Çalışacağıq ki, layiqincə mübarizə aparaq. Baş məşqçi Samit Nuruzadə də bizimlə Rumıniyaya yollanacaq. Onun rəhbərlik etdiyi 18 yaşadək basketbolçulardan ibarət yığmamız qitə birinciliyinin B divizionunda gələn ayın sonlarında mübarizə aparacaq. Bu üzdən bizimlə səfərə çıxmasında bir əngəl yoxdu. Onsuz da bizim yarış cəmi 2 gün çəkəcək”.
Maraqlıdı ki, neçə ildi yığmanın əsas heyət üzvü olan Orxan Aydın heyətdə yer almayıb. Həmzəyev bunun səbəbini belə izah etdi: “Türkiyə çempionatı gec başa çatdı. Bundan sonra bir az istirahətə ehtiyac vardı. Orxan da belə seçim etdi və yığmaya qatılmağı yox, dincəlməyi üstün tutdu”.
Bildiyiniz kimi, Amil son iki mövsümdə Ukraynada top qovur. “Kremen”də çıxış edən basketbolçumuz heç də pis təsir bağışlamır. Həmzəyevdən son mövsümdəki çıxışına da münasibət öyrəndik: “Yenə pley-off mərhələsində uduzduq. Mövsümün əvvəlini daha yaxşı keçirdim. Sonra komandaya yeni oyunçular qoşuldu. Əvvəlki mövsüm bizdə oynamış 4 basketbolçu Gürcüstana yollanmışdı. Ancaq müqavilələrində problem yarandığından komandaya döndülər. Onlar gələndən sonra çalışdırıcının heyət seçimi yaxşı olmadı. Hər halda, mən belə dəyərləndirirəm. Mövsümün əvvəlində 35 dəqiqə oynayırdımsa, sonra meydanda 8-10 dəqiqə şans verilirdi. Az oynadığıma görə baş məşqçiyə etiraz edib, komandada ab-havanı pozmağın da yeri yox idi. Çünki əsas “Kremen”in nəticə göstərməsi idi. Gözlədiyimiz nəticə olmadı. Pley-off mərhələsinədək hər şey qaydasında gedirdi. Heyətimiz çox yaxşı idi. Ancaq pley-offda uduzduq. Hələ “Kremen”də qalıb-qalmayacağımı bilmirəm. Başqa bir-iki variant da var. Gələn ayın sonuna kimi bu məsələyə aydınlıq gələcək”.
SƏRXAN
Şərh yaz