Yazarlar
Həbib
Pulun üzü qara olsunAmal
Absurdla dolu futbol
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
24 in 13:15idman
Səbinə Mikina DÇ-də iştirak edəcək

“Bu idmançılar gələcəkdə daha yaxşı çıxış edəcəklər”
Bu yaxınlarda Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında çıxış edən qılıncoynadanlarımızın nəticələrini diqqətinizə çatdırmışdıq. Qısaca xatırladaq ki, ən uğurlu çıxış edən təmsilçimiz Kənan Əliyev oldu. 25 yaşlı şpaqaçı 1/16 finaladək irəlilədi və yekunda 25-ci yeri tutdu. Sablyaçı Sevil Bünyatova ilkin pley-off mərhələsində büdrədisə, bacısı Sevinc (sablya), eləcə də Barat Quliyev, Elmira Xudaverdiyeva (hər ikisi şpaqa) və Cavanşir Ağakişiyev (rapira) qrupda mübarizəni dayandırdı. Qitə birinciliyində rapirada qadınların, sablyada isə kişilərin yarışında təmsil olunmadıq. Eyni sözləri komanda yarışı haqda da söyləyə bilərik.
Mikayıl Cabbarovun Qılıncoynatma Federasiyasına (AQF) prezident seçilməsindən sonra bu növdə gözlənilən dirçəliş baş verib. Artıq tez-tez ölkədaxili yarışlar keçirilir, qılıncoynadanlarımız beynəlxalq turnirlərə ezam olunur. Bir sözlə, uzun illər davam edən praktika çatışmazlığı aradan qaldırılıb. Kütləviliyə tədricən nail olunmaqdadı. Xüsusən yeniyetmə və gənclər arasında keçirilən ölkə çempionatlarında artım hiss olunur. İnfrastruktur və inventar probleminin həlli istiqamətində də diqqətçəkən işlər görülüb. İndi Texniki Universitetin idman arenasında tələblərə cavab verən qılıncoynatma zalı fəaliyyət göstərir. Ancaq zalın ölçüsü yalnız daxili yarışlara uyğun gəlir. Yaxşı olar ki, ölkə çempionatlarına daha çox azarkeş cəlbinə və kütləviliyə nail olmaq üçün daha böyük arenadan istifadə olunsun.
Yuxarıda AQF-nin yeni rəhbərliyinin son 7-8 ayda gördüyü işləri sadaladıq. Ancaq görünən odu ki, hələ beynəlxalq arenada uğur qazanmaq üçün bir müddət gözləməliyik. Hər halda, son AÇ-dəki nəticələr belə düşünməyə əsas verir. Elə yığmamızın baş məşqçisi Çingiz Mustafayev də bu fikirdədi və gələcək adına ümidlidi. Təcrübəli mütəxəssis qılıncoynadanlarımızın qitə birinciliyindəki çıxışından razı qalıb: "Sözsüz ki, Kənan Əliyev və Sevil Bünyatova kimi idmançılardan gözləntilərimiz daha böyükdü. Lakin bu gün üçün onlar bacardıqlarını etdilər. Ümid edirik ki, bu idmançılar gələcəkdə daha yaxşı çıxış edəcəklər. Rapirada bizi Cavanşir Ağakişiyev təmsil edirdi. Ümumiyyətlə, rapirada yenidən əvvəlki səviyyəyə çatmaq üçün görüləsi işlərimiz çoxdu. Kişi sablyasında təmsil olunmadıq. Çünki böyüklər arasında Avropa çempionatında o səviyyədə iştirak edəcək idmançımız yoxdu. Əsas ümidlərimiz Kənan Əliyev, Sevil Bünyatova və Səbinə Mikinayadı. Səbinə artıq məşqlərə başlayıb və dünya çempionatında iştirak edəcək. Baş məşqçi kimi qılıncoynadanlarımızın çıxışından razıyam. Düşünürəm ki, irəli addımlayırıq. Buna nümunə olaraq, Kənanın qitə çempionatında 25-ci yer tutmasını göstərmək olar. 6-7 aydı intensiv məşqlərə başladığımızı nəzərə alsaq, nəticələri normal saymaq olar. Bu gün Avropa çempionatı kimi nüfuzlu turnirdə komanda yarışlarında mübarizə aparmaq bizim üçün tezdi. Hələ ki əsas diqqətimizi yeniyetmə və gənclərə ayırmışıq. Gələcəkdə bu cür mötəbərə turnirlərdə komanda yarışlarında da təmsil olunacağıq”.
Xatırladaq ki, London və Rio Olimpiadalarının iştirakçısı olan Səbinə Mikina yığmanın lideri sayılır. 30 yaşlı sablyaçı Olimpiya Oyunlarından sonra analıq məzuniyyətinə çıxdıqdan sonra karyerasına fasilə vermişdi. Dünya çempionatının iyulun 19-dan 27-dək Çinin Usi şəhərində keçiriləcəyini də əlavə edək.
Şərh yaz