22 in 13:33idman

İngiltərə vətəndaşı Bakıda klub açıb

İngiltərə vətəndaşı Bakıda klub açıb
“Burda hamı qaçmaqdan zövq alır”
Son illər ölkəmizə işləmək üçün gələn əcnəbilərin sayı artıb. Ancaq onların çox az bir qismi sosial həyatımızda rol oynayır. Bu baxımdan Trevor Hill istisnadı. İngiltərə vətəndaşı bir neçə ildi ki, xanımıyla birgə burda yaşayır. Özü də boş dayanmayıb. Burda olduğu müddətdə qaçışa həvəsi olanları yaratdığı “Baku Runners” klubunda cəmləşdirib. Bu klubun üzvləri hər həftə 3 gün müxtəlif məsafələrə qrup şəklində qaçırlar. Onların toplaşma mərkəzi, start-finiş nöqtəsi olan “Coffee moffie” kafesidi. Bakının mərkəzində yerləşən kafeyə yollanıb, Hill ilə söhbət etmək qərarına gəldik.
- Bura necə gəlmisiz?
- Həyat yoldaşım burda məktəblərin birində baş müəllimədi. Onunla birgə bura gəlmişik. Mən İngiltərədə supermarketlər üzrə ərazi meneceri işləmişəm. Uzun müddətdi ki, qaçış yarışlarında iştirak edirəm. İlk marafonum elə vətənimdə olub. Əvvəllər 10 km-lik marafonlarda iştirak edirdim. O zaman məsafəni 13 dəqiqə civarında başa vururdum. Bu da əla göstəricidi. Bakıya gələndən sonra hər hansı qaçış qrupuna qoşulmaq istəyirdim. Ancaq ölkənizdə belə qrup tapa bilmədim. Böyük şəhərlərdə belə klublar olur. Təəssüf ki, Bakıda buna rast gəlmədim.
- Belədə qərara gəldiz ki, özünüz qaçış klubu açasız?
- Burda vətənimdə üzvü olduğum “London City Runners” klubunun formatını qurdum. Orda da, burda da üzvlük haqqı yoxdu. Heç kimdən pul almırıq. Londonda olduğu kimi, burda da çərşənbə axşamı, cümə axşamı və bazar günü qaçırıq.
- Qaçış marşrutunuz haradı?
- “Baku Runners”də çərşənbə axşamı burdan start götürüb, Funikulyor boyunca “Flame Towers”ə qalxıb, eyni qaydada geri dönürük. Bu da 5,5 km edir. Cümə axşamı burdan Bayraq meydanı və əks istiqamətdə hərəkət edirik. Bu marşrutda daha sürətli qaçırıq. Marşrutun uzunluğu 6 km təşkil edir. Bazar günü qaçışımız uzaq məsafəlidi. Burda başlayıb “Bulvar” otelinə qaçırıq və ordan geri qayıdırıq. Bu da 10-11 km məsafə deməkdi. Sözsüz, ən çətin qaçış çərşənbə axşamına təsadüf edən qaçışdı. Çünki üzü yoxuşa doğru hərəkət edirik. Ancaq üzvlərimiz arasında ən populyarı odu. Həmin qaçışda daha çox adam iştirak edir. Həftəiçi qaçışlarımız 19.30-da, istirahət günündə isə səhər saat 10-da start götürür.
- Mövsümdən asılı olmayaraq bu saatlarda qaçırsız?
- Həftəiçi qaçışlarının vaxtı sabitdi. Ancaq iyul-avqust aylarında bazar günü də axşam qaçışlarının vaxtında hərəkət edəcəyik.
- Klubu necə formalaşdırdız və neçə üzvünüz var?
- “Baku Runners”in “feysbuk” səhifəsində 750-yə yaxın üzvü var. Ancaq həftəlik qaçışlara 15-20, bəzən isə 25 nəfər qoşulur. “London City Runners”də də belədi. 4000 üzvümüz olsa da, qaçışlarda 100 nəfər iştirak edir. Çünki adamların şəxsi işi olur, başqa yerlərə səyahət edirlər, bu gün qaçışda iştirak edən növbəti qaçışa qatıla bilmir, insanlar dəyişir. Bu klubu formalaşdırmağıma gəlincə, burda insanların qaçışa marağının olduğunu gördüm. “Coffee moffie” kafesi də bizə məkan olaraq dəstəyini verdi. Burda hamı qaçmaqdan zövq alır.
- Klubda əcnəbilər, yoxsa yerli vətəndaşlar üstünlük təşkil edir?
- Əksəriyyəti azərbaycanlıdı. Birgə qaçmaqdan zövq alırıq. Bu qrupda önəm verdiyimiz digər məsələ bərabərlikdi. Qrupun 4 azərbaycanlı kapitanı var. Mən burda olmayanda o kapitanlar idarəçi funksiyasını yerinə yetirirlər. Onların ikisi kişi, ikisi qadındı.
- Bizdə belə ənənə olmayıb. Qaçışlar zamanı hər hansı süni əngəllə üzləşmisiz?
- Açığı, elə də yox. Təbii ki, əvvəllər insanlar bir qədər qəribə qarşılayırdı. Ancaq sonra hər şey yoluna düşdü. İnsanların sağlamlığı üçün qaçış çox faydalıdı. Klubumuzun 750 üzvünün olması da insanların marağından xəbər verir.
- İngiltərədən başqa hansı ölkələrdə marafon qaçışlarında iştirak etmisiz?
- 42 km-lik Varşava, 21 km-lik Bakı marafonunda qaçmışam. Son iki ildə Taylanddakı “Pong Yang Trail”də iştirak etmişəm. Dağlarda baş tutan marafondu. Ötən mövsüm 100 km-lik marşrut idisə, bu il 166 km-ə çatdırılıb. İndi ona hazırlaşıram.
- Bu boyda böyük məsafəni dayanmadan qaçmaq mümkündü?
- 166 km-lik marafonun formatı bir qədər fərqlidi. Müəyyən məsafəni qət etdikdən sonra yoxlama məntəqəsində möhür vurursan. Orda yemək yeyə, su ehtiyacını ödəyə və hətta yata da bilərsən. 48 saat ərzində marafonu bitirməlisən.
- 42 km-lik klassik marafonda ən yaxşı nəticəniz nə olub?
- Səmimi deyim, klassik marafondan o qədər də zövq almıram. Təxminən 4 saat civarında yürüşü başa vurmuşam. İndi ultra marafonlarda iştirak edirəm və onlardan daha çox zövq alıram.
- Bakı marafonunda klubunuzun üzvləri hansı nəticəyə imza atıb?
- İki üzvümüz – Rori Maquri və Artyom Əliyev bu il ilk “20-lik”də yer aldı. Mənim nəticəm yaxşı olmadı. Çünki zədədən sonra bərpa dövrü keçirdim.
- Klub daxilində qaçışlarda rəqabəti artırmaq və stimul yaratmaq üçün mükafat təyin edirsiz?
- Rəqabətin güclü olmasına üstünlük vermirik. Çünki yeni üzvlərimiz yavaş qaçır və bu, onların əhval-ruhiyyəsini aşağı sala bilər. Biz çalışırıq ki, insanlar qaçışdan zövq alsın.
- Belə çıxır ki, qrup halında qaçırsız, aranızda böyük məsafə olmur...
- Çərşənbə axşamı çalışırıq ki, bir-birimizi gözləyək. Cümə axşamı sürət sərbəstdi. Bazar günü isə geridə qalanları yarıyolda gözləyib, qrup halında geri qayıdırıq. Bundan əlavə, ayda bir dəfə axşam yeməyində bir araya gəlirik.
- Klubun xanım üzvləri nə qədərdi? Zərif cinsin nümayəndələri qaçışa maraq göstərirmi?
- Qadınlar da davamlı olaraq gəlir. Bakı marafonunda qadınlarımızdan ən yaxşı çıxış edəni 41-ci yeri tutdu. Bizim üçün önəmli olan qrupda ortaq məxrəci tapa bilməkdi.
- “Baku Runners”in rəhbəri kimi keyfiyyətə, yoxsa kəmiyyətə üstünlük verirsiz?
- Mənim üçün önəmli olan insanların qaçmasıdı. Bizim qrupla da, fərdi qayda da qaça bilər. Mən insanları qaçmağa təşviq edirəm. Qrupda heç kim olmasa belə, tək qaçacam.
- Qrupunuzda peşəkar atletlər var?
- Yox. Elə üzvlərimiz var ki, vaxtilə 1-2 km qaça bilmirdi. Ancaq ötən il və bu il Bakı marafonunda iştirak etdilər. Bu, insanlarda özünəinam yaradır və bəzi mümkünsüz gördükləri şeyləri həyata keçirə bilirlər.
- Əslində bu sualı müsahibənin əvvəlində verməliydim. Sizdə qaçışa bu qədər maraq hardandı?
- Uşaq olarkən qardaşımla parkda oynayırdıq. İki qaçan adam gördüm. Mən də başladım onlarla qaçmağa. İkinci gün onlarla birgə başladım və onlardan daha sürətli qaçdığımı gördüm. Öz-özümə sual verirdim ki, bunlar niyə asta qaçır? Qaçışa bax belə başladım.
- Hansı müddət üçün ölkəmizə gəlmisiz?
- Burda nə qədər qalacağımızı bilmirəm. Xanımım Polşa vətəndaşıdı. Bizdən olsa, daha 4-5 il qalardıq. Müqavilə müddəti başa çatdıqdan sonra Polşada yaşamağa davam edəcəyik.
- İngiltərə və Azərbaycan istər iqlim, istərsə də mentallıq sarıdan kəskin fərqlənir. Burda yaşamaq sizin üçün çətin olmur?
- Əlbəttə, fərqli şeylərlə qarşılaşdım. Amma buna çətinliklər deyə bilmərəm. Hər şey İngiltərədəki kimi olsaydı, elə vətənimdə qalardım. Bura gəlməyin bir mənası olmazdı.
- Görünür, macəra həvəskarısız...
- Mən növbəti çağırışı daha çox sevirəm. Necə ki, klassik marafonda iştirak etdikdən sonra ultra marafona keçdim.
- Burda ən çox bəyəndiyiniz və bəyənmədiyiniz şey nədi?
- İnsanların səmimiliyi, dürüstlüyü ürəyimcədi. Birləşmiş Krallıqda isə belə deyil. Azərbaycanlıların qonaqpərvər olmalarını da mütləq qeyd etməliyəm. Mənfi məqam kimi isə insanların supermarketdə növbə tutmamasını qeyd edə bilərəm (gülür).
- Yəqin ki, sürücülərimizdən də narazısız...
- Burda avtomobildən istifadə etmirəm. Ona görə də sürücü problemiylə üzləşməmişəm.
- İngilislər futbol azarkeşi olur. Bəs siz? Hansı komandaya azarkeşlik edirsiz?
- Bəlkə də mən yeganə ingilisəm ki, futbola maraq göstərmirəm. Ancaq bütün ailəm “Arsenal”ın azarkeşidi.
- “Formula-1”lə də maraqlanmırsız?
- “Formula-1”in böyük fanatıyam. Bakıda olduğum üçün xoşbəxtəm. Çünki ilk iki ildə Azərbaycanda keçirilən “Qran-pri”ni canlı izlədim. Ancaq bu il bəzi problemlərə görə tribunada ola bilmədik. Bir ingilis olaraq Lüis Hemiltona azarkeşlik edirəm.
- Ölkənizin komandası “Maklaren”in son illər zəifləməsini nə ilə izah edirsiz?
- “Formula-1”də dövrlərə görə liderlər dəyişir. Vaxtilə “Uilyams” dominantlıq edirdi. Daha sonra “Ferrari”, “Red Bull” və “Mersedes” kimi komandalar üstünlüyü ələ keçirdi. Növbəti dəfə bir başqa komanda lider olacaq.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik. Başqa demək istədiyiniz bir şey varmı?
- İnsanlara demək istəyirəm ki, qaçmaq istəyirsizsə, idman ayaqqabılarınızı geyinin və sadəcə, qaçın.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar