14 in 00:18idman

Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır

Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır
Nağı Səfərov 10 aydı maaş almayanların ittihamlarına cavab verməlidi!
Vaxtilə cüdonu, daha sonra güləşi “vuran” maliyyə böhranı taekvondoya da çatdı. Əslində son vaxtlar Taekvondo Federasiyasının (ATF) da başqalarından bu mənada seçilmədiyini, maddi sıxıntı ilə üzləşdiyini yazmışdıq. Hətta Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında nəticələrin zəif olmasında da bunun müəyyən qədər rol oynadığını mümkün ehtimal kimi irəli sürmüşdük. Daha sonra isə Kəmaləddin Heydərovun idmandan uzaqlaşmaq istəyində olduğunu və bu məqsədlə ATF və Boks Federasiyasının prezidenti vəzifəsindən getmək üçün Gənclər və İdman Nazirliyinə müraciət etməsiylə bağlı sensasiyalı xəbəri diqqətinizə çatdırmışdıq. Elə ötən bazar 30-a yaxın məşqçinin etiraz aksiyası keçirməsi də böhran zəncirinin bir halqasıdı. 92 məşqçi 10 aydı maaş üzünə həsrətdi. Sonuncu dəfə fevralda iyulun əməkhaqqını alıblar. Adicə 2-3 ay pulsuz dolanmaq mümkün deyil. O ki qala bu müddət 10 aya çata. Görün vəziyyət nə həddə çatıb ki, heç vaxt pul sarıdan kasadlıq çəkməyən ATF-nin mütəxəssisləri etiraz səsini ucaldır.
Əsas oxlar isə qurumun vitse-prezidenti Nağı Səfərova yönəlib. Onların fikrincə, federasiya rəsmisi yalan danışır və günü günə satır. Hər dəfə 10-15 gündən sonra maaşların ödəniləcəyini söyləsə də, vəziyyət düzəlmir ki düzəlmir. Məşqçiləri ən çox narahat edən məqam isə yığmada çalışan həmkarlarının, eləcə də milli üzvlərinin bu yaxınlarda maaş alması fonunda onlara bir qəpik belə verilməməsidi. Qeyri-rəsmi söhbətdə məşqçilərə “bu pullar batdı” deyilib. Mütəxəssislərin orta hesabla 300 manat maaş aldığını nəzərə alsaq, 10 ayda ümumilikdə 270 min manat civarında pul onlara ödənilməyib. Əldə etdiyimiz məlumata görə, ABF və ATF nazirliyin balansına keçsə, ödənilməyən maaşların verilmək ehtimalı minimuma enəcək.
Bizə çatan digər informasiyanı da nəzərinizə çatdıraq. Baş məşqçi Rza Mehmandostun 25, olimpiya çempionu Radik İsayevin 20, dünya çempionu Milad Beiqi Harçeqaninin isə 15 min manat maaş aldığını öyrəndik. Nazir Azad Rəhimov taekvondonu himayəyə götürsə, çox güman, əməkhaqqı da kəskin şəkildə aşağı düşəcək. Legionerlər isə bununla razılaşmaq fikrində deyillər. Çünki onların xidmətinə ehtiyac duyan, bir növ pusquda duran başqa ölkələr var. Maaş üzünə həsrət qalan müxtəlif klub və cəmiyyətlərin məşqçiləri isə belə sosial ədalətsizlikdən narazıdılar. Onların fikrincə, problemlərindən Kəmaləddin Heydərovun xəbəri yoxdu. Yəni Səfərov real durumu ATF prezidentinə çatdırmır. Hərçənd bu o qədər də inandırıcı görünmür. Çünki maliyyəni Heydərov ayırırsa və 10 aylıq maaş verilibsə, deməli, ortada “yeyinti” var. Hər hansı “yeyinti” yoxdusa, federasiya başqanının bu durumdan xəbərsiz olması mümkünsüzdü. Belə çıxır ki, Kəmaləddin bəy məşqçilərin maaşı üçün pul ayırmayıb.
Hər halda, aksiya iştirakçılarının əsas narazı qaldığı şəxsin fikirlərini öyrənmək pis olmazdı. Bu məqsədlə Nağı Səfərovla əlaqə saxladıq. Ancaq vitse-prezident telefonunu söndürmüşdü. Onun yığmalar üzrə həmkarı Niyaməddin Paşayev isə aksiyadan xəbərinin olduğunu bildirsə də, bununla bağlı ancaq Səfərovun danışa biləcəyini sözlərinə əlavə etməklə kifayətləndi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar