12 in 00:29idman

Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir

Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir
“Macarlara “dördlər finalı”na çıxmağımız sərf etmirdi”
Qadınlardan ibarət voleybol yığmamız Qızıl Avropa Liqasının qrupunda qaldı. Ancaq bunu fiasko kimi dəyərləndirmək çətindi. Qeyri-optimal heyətlə A qrupunda qazanılan 5 qələbə pis göstərici deyil. Sadəcə, onların biri yox, bir neçəsi “quru” hesabla qeydə alınsaydı, indi mübarizəni “dördlər finalı”nda davam etdirirdik. İstənilən halda, ehtiyat qüvvənin təcrübəsini artırması sarıdan turnirin faydası çox oldu. Dörd oyunda milliyə Famil Ağayev rəhbərlik etdi. Faiq Qarayevin 3-cü turda, Sofiyada Bolqarıstanla görüşdə halının pisləşməsi fonunda gənc mütəxəssis iş başına keçdi. Komandanın yarışdakı çıxışını qiymətləndirməsi üçün onunla əlaqə saxladıq.
- Komandanın ümumi çıxışını necə dəyərləndirirsiz?
- Yaxşı oynadıq. 6 oyundan beşində qələbə qazandıq. Ancaq bizim qrupdan bir komanda çıxdığından mübarizəni dayandırdıq. Bolqarıstana səfərdə 2:3 hesabıyla uduzsaydıq, qrup lideri kimi yarımfinala yüksələrdik. Bildiyiniz kimi, hər iki komanda evində 3:1 hesabıyla qalib gəldi. Ancaq bolqarlar setlərin daha yaxşı fərqinə görə “dördlər finalı”na çıxdı. Gündən-günə daha yaxşı oynayırdıq. Baxmayaraq ki, heyətdə yetərincə gənc oyunçu var idi.
- Cəmi 2 set fərqinə görə Bolqarıstandan geri qaldıq. İndi fikirləşəndə Portuqaliya ilə oyunlarda itirilən setlərə görə təəssüf hissi keçirirsiz?
- Maraqlıdı ki, Portuqaliya ilə hər iki qarşılaşmada 24:22 öndə olduğumuz setləri uduzduq. Ukraynaya da Bakıda set verdik. Bunu hardasa başa düşmək olar. Həm start həyəcanı sözünü dedi, həm də Ukraynanı Portuqaliyayla müqayisə etmək doğru deyil. Onlar Bolqarıstandan da səfərdə set almışdılar. Ən çox Sofiyada daha bir seti qazana bilməməyimizə görə heyfsilənirəm. 4-cü setdə voleybolçulara dedim ki, bu, bizim üçün çox vacib setdi, bunu almalıyıq. Sanki ürəyimə dammışdı. Həmin seti alıb, oyunu tay-brekə daşısaydıq... “Dördlər finalı”nda Finlandiya, Macarıstan və Çexiya var. Onları rahat uda bilərdik.
- Hətta qrup ikincisi kimi də yarımfinala yüksələ bilərdik. Bunun üçün son turda Macarıstan evdə Finlandiyaya 3:0 və ya 3:1 hesabıyla qalib gəlməliydi...
- Bilirsiz, necədi? Həmin qarşılaşmanı izlədim. Macarlar o görüşdə hətta 3:0 hesabıyla da qələbə qazana bilərdilər. Mənə elə gəlir ki, bunu özləri istəmədi. Niyə belə fikirləşirəm? İlk seti qazandılar. İkinci setdə 23:20 öndə olsalar da, yekunda ümumi hesab bərabərləşdi. Meydan sahibləri üçüncü setdə də bir neçə xallıq fərqlə öndə idi. Ancaq o seti də əldən verdilər. Daha sonra isə 4-5-ci setləri aldılar. Onlara “dördlər finalı”na çıxmağımız sərf etmirdi. Kim istəyər ki, qarşısına güclü rəqib çıxsın?!
- Bolqarıstanla ilk oyunda Faiq Qarayevin halı pisləşdi və ondan sonra bir də millinin matçlarında komandanın başında olmadı. Sofiyada nə baş vermişdi?
- Oyun günü səhər saatlarında təzyiqi qalxmışdı. İlk setdən sonra halı pisləşdi və həkimə aparıldı. Onun yoxluğu komandaya şok yaşatdı. Güclə 4-cü setdə toparlandıq, hesabda önə keçdik, ancaq gücümüz çatmadı. Nəzərə alaq ki, bu heyət bir arada oynamayıb. Katya (Yekaterina Jidkovanı nəzərdə tutur – S.) “Azərreyl”də, Yana Əzimova “Abşeron”da, Odina Bayramova Türkiyədə, Liza (Yelizaveta Səmədova) İtaliyada oynayır. Oyundan-oyuna bir-birinə uyğunlaşdılar və daha yaxşı çıxış etdilər. Ukrayna ilə son görüşdə gözləmədiyim mübarizəni sərgilədilər. Ancaq fikrimcə, ortaya qoyulan əzmkarlığa görə Bolqarıstanla Bakıdakı qarşılaşma ən yaxşı oyunumuz idi. Sadəcə, Ukraynada çox sərbəst oynamağımız xoşuma gəldi.
- Faiq bəy yarışa başlayanda start heyətində Şəfaqət Alışanova və Bəyaz Əliyevaya şans vermişdi. Ancaq onlar uyğun olaraq, Yana Əzimova və Yuliya Kərimovayla əvəzləndi. Onlar ümidləri doğrultmadı?
- Bəyaz ilk dəfə yığmada yer almışdı. Pis çıxış etmədi. Yaxşı oynadığı matçlar oldu. Ancaq bəzi məqamlarda təcrübəli voleybolçulara ehtiyac var. Əslində mən Bəyazın daha çox oynamasının tərəfdarıydım. Ancaq oyun təcrübəsinə görə Yuliyanın üstün olduğunu söyləməliyəm. O ki qaldı Şəfaqətə, o da pis təsir bağışlamadı. Biz toppaylayıcını qarşılaşmadan əvvəlki məşqlərə əsasən müəyyənləşdiririk. Kim daha yaxşı oyun qura bilirsə, əsas heyətdə də ona şans veririk. Məsələn, Yanada ötürmə daha yumşaqdı. Şəfaqətdə aldatma var, ancaq ötürmənin keyfiyyəti istənilən səviyyədə deyil.
- Bir də Əzimova sanki Jidkovayla anlaşmada problem yaşayırdı.
- Düzdü. Şəfaqətlə Katya eyni klubda çıxış etdiklərindən bir-birini yaxşı başa düşürlər. Alışanova Jidkovanın hansı topa vurduğunu bilir. Yana isə bunu bilmir. O daha çox sürətli voleybola üstünlük verir. Bu baxımdan Alyona Həsənova və Yelizaveta Səmədovayla daha yaxşı anlaşır. Odina da sürətli voleybola meyillidi. Onunla da anlaşmada problem yaşamır. Ümumi götürəndə Əzimova Alışanovayla müqayisədə daha çox oyunçuyla dil tapa bilir. Təbii, Şəfaqətin də əməyini danmaq olmaz. Ancaq Yana bir addım öndə idi.
- Təcrübəli voleybolçular özləri bu turnirə qatılmaq istəmədi, yoxsa baş məşqçi gənclərə üstünlük vermək qərarına gəldi?
- Əsas hədəf dünya çempionatında uğurlu çıxış etməkdi. Daim ehtiyatda qalan, beynəlxalq oyun təcrübəsi az olan voleybolçulara şans verməyi münasib saydıq. Avropa çempionatında Səmədovayla Bayramova bir-birini əvəzlədiklərindən daim meydanda olmurdular. Yalnız Həsənova ilk “6-lığ”ın daimi üzvlərindən idi. Jidkova və başqaları qitə birinciliyində ehtiyatda qalmışdı. Bu dəfə onlara şans verdik. Pis də oynamadılar. Bir az şanssızlıqla üzləşdilər. Sadəcə, səfərdə qazanılmayan bir setin qurbanı oldular.
- Artıq bu yarış bitdi və diqqətləri DÇ-yə ayırmaq olar. Mundial üçün hazırlıq nə vaxtdan başlayacaq?
- Plana əsasən iyulun 8-dən məşqlərə başlayacağıq. Bundan sonra dünya çempionatına qədər fasiləsiz təlim-məşq toplanışı keçəcəyik. Fikrimcə, 1 aylıq istirahət voleybolçular üçün yetərli olacaq. Yəqin ki, ölkə xaricində də hazırlıq baş tutacaq. Müxtəlif yığmalarla yoxlama oyunları keçirəcəyik.
SƏRXAN
Люди кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Watch belt cleaning. The belt should not be in rolex replica contact with water as much as possible. If you accidentally showered with rolex replica rainwater, dry the bead and place it in replica watches uk a cool, dry place. Any watch is not suitable for wearing in the uk replica watches bathroom, including a waterproof watch.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar