10 in 13:39idman

Avropa Liqasından çıxan nəticə

Avropa Liqasından çıxan nəticə
Ehtiyat qüvvə gələcəyə ümid verir
Qadınlardan ibarət voleybol yığmamızın Qızıl Avropa Liqası macərası elə qrupda başa çatdı. A qrupunda keçirdiyi 6 oyunun 5-də qələbə qazanan millimiz 15 xal toplasa da, setlərin daha yaxşı fərqinə görə Bolqarıstandan geri qaldı. Əslində ən yaxşı qrup ikincisi kimi yarımfinala yüksəlmək olardı. Ancaq Macarıstanın doğma meydanda Finlandiyanı 3:0 və ya 3:1 yenməsi lazım idi. Macarlar isə yalnız tay-brekdə qələbəyə sevinən tərəf oldu. Bəzi voleybolsevərlərin fikrincə, Jan de Brandtın yetirmələri bilərəkdən qarşılaşmanı 5-ci setə kimi uzatdı ki, daha güclü komanda sayılan yığmamız “Dördlər finalı”ndan kənarda qalsın. Hər halda, bu bir ehtimaldı və sübut etmək çətindi. Hərçənd ilk seti qazanan Macarıstan 2-ci seti də əldə etməyə çox yaxın idi. Çünki 6 xal fərqiylə finlərdən öndə idilər. Həmin seti də qazansaydılar, qonaqlar ruhdan düşə və hətta “quru” məğlubiyyətə üzülə bilərdilər. Belədə Macarıstan B qrupunun lideri olacaq, Finlandiya isə 2-ci yeri tutsa da, göstəriciləri millimizdən geri qaldığı üçün yarışla vidalaşacaqdı. Ancaq hər şey şimallıların istədiyi kimi keçdi və komandamız ikinci dəfə Avropa Liqasının qalibi olmaq şansını əldən verdi. Bu, həm də çempionluq fonunda 125 min avro qazanmaq imkanını əlimizdən aldı. Bəs millimizə qrup lideri olmaq üçün nə çatmadı? Ümumiyyətlə, Faiq Qarayevin yetirmələri Avroliqada özünü necə göstərdi? Sentyabrın sonunda Yaponiyada start götürəcək dünya çempionatına nə dərəcədə hazırıq? Gəlin, indi bu suallara cavab tapmağa çalışaq.
Optimal heyət deyildi
İlk dəfə Avroliqada 2014-də təmsil olunmuşuq. O zaman yığmamız Polina Rəhimova, Natalya Məmmədova, Oksana Kurt və Valeriya Məmmədova kimi təcrübəli voleybolçular olmadan turnirə qatılmış və 4-cü yeri tutmuşdu. İki il sonra yenidən əsas komandanın “sükanı arxasına” keçən Faiq Qarayev dönüşünü titulla “yudu”. Bu dəfə optimal heyətlə yarışda təmsil olunurduq. Bunun da nəticəsi yarışda göründü. B qrupunda İspaniya, Fransa və Monteneqronu çox rahat üstələyərək maksimum nəticəylə yarımfinala yüksələn voleybolçularımız Yunanıstan önündə də çətinliklə üzləşmədi. Finalda Slovakiyaya aman verməyən Qarayevin yetirmələri titula sahib çıxdı. 2017-də İslamiada və dünya çempionatının seçmə mərhələsinə görə bu yarışı buraxan yığmamız bu il 3-cü dəfə turnirə qatılmaq qərarına gəldi. Ancaq Polina Rəhimova, Natalya Məmmədova, Valeriya Məmmədova, Yana Kulan və Anastasiya Qurbanova olmadan. Əsas məqsəd gənclərə təcrübə qazandırmaq və ehtiyat qüvvəni “bərkitmək” idi.
Sofiya sürprizi
Ancaq təcrübəli mütəxəssis cəmi 2 oyunda iş başında ola bildi. Baş məşqçi evdə Ukrayna və Portuqaliya üzərində qeydə alınan 3:1 hesablı qələbələrdə iştirak etdi. Ancaq Bolqarıstanla Sofiyada baş tutan görüşdə ilk setdə halı pisləşən Qarayev millidən ayrı düşdü. Həmin qarşılaşmadan etibarən Faiq bəyin köməkçisi Famil Ağayev komandanın başına keçdi. Baş məşqçi hələ də Türkiyədə müalicə olunur. İstanbulun “Acıbadem” xəstəxanasında bərpa olunmağa çalışan Qarayevin vətənə nə vaxt qayıdacağı isə bilinmir.
Autsayderə set verəndə...
Yuxarıda da qeyd etdiyimiz kimi, qrupda keçirdiyimiz 6 oyunun 5-də qələbə qazandıq. Komandamız yalnız səfərdə Bolqarıstana 1:3 hesabıyla uduzdu. Evdəki bütün görüşlərdə millimiz qələbə qazandı. Maraqlıdı ki, hamısında da 3:1 hesabı qeydə alındı. Elə Portuqaliyadakı zəfər zamanı da rəqibə bir set verildi. Ukrayna ilə son görüşdə isə millimiz “quru” qələbəyə sevindi. Bolqarıstan bizi cəmi 2 set üstünlüyü hesabına qabaqladı. Belə ki, bolqarlar 6 oyunda rəqiblərinə 5, biz isə 7 set bəxş etmişik. Özü də bunların ikisi autsayderin payına düşür. Portuqaliyaya nə evdə, nə də səfərdə set verilməliydi. Maraqlıdı ki, həmin setlərin gedişində komandamız bir neçə xal fərqiylə öndə idi. Həmin setləri uduzmasaydıq, indi Avroliqada mübarizəni davam etdirə bilərdik. Təbii ki, bu zaman komandaların hər setdə topladığı xalların nisbətinə baxılacaqdı.
“Telekom”un yetirmələri seçildi
14 nəfərlik heyətdən yalnız Kseniya Pavlenko oynamaq imkanı qazanmadı. Qalan bütün oyunçular az-çox meydanda oldu. Düzdü, məşqçilər hələ bərpa dövrü keçən və son mövsümü zədə üzündən boşa verən Kristina Yaqubova və Ayşən Abduləzimovanın xidmətindən o qədər də yararlana bilmədi. Onlar çox vaxt servis atmaq üçün meydana çıxırdı. Bəyaz Əliyevanın yığmada debütü uğurlu alınmadı. Halbuki Qarayev ilk oyunda məhz onu əsas libero kimi meydana buraxmışdı. Ustalıq səviyyəsi çatmadı və ya oyun həyəcanı özünü daha yaxşı göstərməyə imkan vermədi. Nəticədə əsas heyətdəki yerini itirdi. Eyni sözləri Şəfaqət Alışanova haqda deyə bilərik. Baxmayaraq ki, yığmadakı oyun təcrübəsinə görə çoxlarını üstələyir. İlk oyunlarda xoş təsir bağışlamadığından Yana Əzimovanın əvəzləyicisinə çevrildi. İtaliyada “Skandiççi”nin heyətində oynamaq imkanı əldə etməyən Yelizaveta Səmədova oyun təcrübəsinin yoxluğunu qısa vaxtda aradan qaldırdı. Xüsusən ikinci dövrədə 4-cü zona hücumçusunun yığma üçün necə faydalı voleybolçu olduğunu gördük. Polina Rəhimovanın əvəzləyicisi gözüylə baxılan Yekaterina Jidkova qeyri-sabit çıxışla diqqəti çəkdi. Bəlkə də Əzimovayla uğurlu tandem təşkil edə bilmədilər. Belə deyək, fərqli klublarda çıxış edən toppaylayıcı və hücumçu anlaşmaqda çətinlik çəkdi. Voleybolsevərlərin ən çox tənqidinə məruz qalan Odina Bayramova haqda birmənalı fikir səsləndirmək çətindi. Bu heyətin ən təcrübəli siması zaman-zaman əsəblərimizlə oynadısa, bəzən ustalığını nümayiş etdirdi. Blokçulara gəlincə, Aynur İmanova hücumda, Alyona Həsənova blokda daha faydalı oldu. Nəhayət, yığmada ən çox parlayan liberoya gələk. Bəyaz Əliyevanı uğurla əvəzləyən Yuliya Kərimova bütün oyunlarda ən yaxşılardan idi. Reaksiyası çox yaxşıdı və bunun nəticəsində müdafiədə çox çətin epizodlarda topları çıxara bilir. Qəbulla bağlı da ciddi sıxıntı yaşamır. Qarayev Valeriya karyerasını bitirdikdən sonra məhz Yuliyanı əsas libero etsə, heç təəccüblənməyin.
Statistika nə deyir?
Qrup mərhələsinin yekunlarına əsasən ortaya çıxan statistik məqamlara da nəzər salmağa dəyər. Ən məhsuldar oyunçuların sıralamasında Jidkova 93 xalla 4-cü olubsa, komanda yoldaşından 2 xal geri qalan Səmədova ilk “5-liy”i qapayıb. Blokçuların mübarizəsində Həsənova 27 blok xalıyla 2-ci yeri tutub. Alyona yalnız vaxtilə “Telekom”da çiyin-çiyinə oynadığı bolqar Xristina Rusevadan (33) geri qalıb. Top qəbulunda Bayramova 34,52 faizlik göstəriciylə 6-cı pillədə qərarlaşıb. Servisdə voleybolçularımız parlamayıb. Ən yaxşımız Səmədovadı ki, onun da hesabında 6 oyuna 7 eys var. Yelizaveta bu göstəriciylə 19-cu olub. Jidkova ən yaxşı hücumçuların sıralamasında 4-cü, Səmədova isə 6-cı yerdədi.
DÇ üçün ümid var
Gənclərin potensialı mundial üçün inam yaradır. Əsas heyətin kənarda qalan üzvləri sıraya qoşulduqdan və zədəsini yenicə sağaldan voleybolçular tam formaya düşdükdən sonra daha güclü yığma görəcəyimizə şübhə yoxdu. Həmin komanda hətta ötən il Bakıda keçirilən Avropa çempionatında 4-cü yeri tutan millidən daha güclü ola bilər. Yetər ki, məsul yarış ərəfəsində kimsə zədə və ya başqa problemlə üzləşməsin. İndi ilk növbədə Faiq bəyin qısa vaxtda səhhətinin düzəlməsi və daha sonra 3 ay boyunca yüksək səviyyəli təlim-məşq toplanışı lazımdı. DÇ-də isə həm də idman xoşbəxtliyini yanımıza çağırmalıyıq...

Bilin ki...
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Dördlər finalı”nın püşkü atılıb. İyunun 14-də baş tutacaq yarımfinalda Bolqarıstan Finlandiya, Macarıstan isə Çexiya ilə münasibətləri aydınlaşdıracaq. Ertəsi gün medallar uğrunda qarşılaşmalar reallaşacaq.
SƏRXAN
Народ кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

In general, the replica watch leather strap can be divided into crocodile skin, lizard skin, shark skin, ostrich skin and calfskin, no matter what kind of fake watches material, if worn for a long time, will make the replica rolex belt hardening. But usually pay attention to care, you can extend the life of replica omega watches the leather strap more than half, very affordable.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar