19 fev 11:58idman, manset

“CBC Sport” Həndbol Federasiyasından inciyib

“CBC Sport” Həndbol Federasiyasından inciyib
“Bəzi federasiyaların rəhbərləri idman pərdəsi altında özünü gözə soxmağa çalışır”

Dünən həndbol üzrə kişi və qadınların ölkə çempionatına start verildi. “ABU-Arena”da uzun fasilədən sonra anşlaq yaşanırdı. Saat 12.00-da “Qarabağ” və “Gənclərbirliyi” meydançaya çıxdı. Qadınların yarışının ilk oyunu azarkeşlər üçün maraqlı keçmədi. Çünki işğal altındakı ərazinin adını daşıyan komanda böyük fərqlə qalib gəldi – 34:19. Bundan sonra açılış mərasiminin hazırlıqlarına başlanıldı. İzləyicilər arasında basketbol yığmamızın sabiq baş məşqçisi Elxan Əliyev də var idi. Təcrübəli mütəxəssis mərasimin startınadək olimpiya çempionu Rəfiqə Şabanova ilə ötən günləri yada saldı, dərdləşdi. “CBC Sport”un əməkdaşı Elnur Məmmədlinin aparıcılığıyla açılış mərasiminə start verildi. Əvvəlcə çıxış üçün söz ötən ilin sonlarında Həndbol Federasiyasının prezidenti seçilən Saleh Məmmədova verildi. “Azəravtoyol” ASC-nin sədri bunları dedi: “Bu gün 24-cü ölkə çempionatının açılış günüdü. Bu münasibətlə bütün komandaları təbrik edir və uğurlar diləyirəm. Federasiyada dəyişiklik olub. Artıq 4 qadın, 4 kişi komandası yaradılaraq çempionata buraxılıb. Buna görə verdiyi dəstəyə görə cənab prezidentimizə minnətdarlığımızı bildiririk”.
Daha sonra MOK-un 1-ci vitse-prezidenti Çingiz Hüseynzadə ürək sözlərini çatdırdı: “Bu gün həndbolumuz üçün önəmli gündü. Uzun müddətdən sonra irimiqyaslı çempionatımız başlayır. İdmansevərləri, Saleh Məmmədovu təbrik edirəm. İnanıram ki, onun fəaliyyəti uğurlu olacaq. Həndbol ölkəmizdə ən çox sevilən idman növlərindən biridi. SSRİ dönəmində komandamız çox böyük uğurlar qazanıb. MOK-un üzvləri Rəfiqə Şabanova və Lüdmila Şubina SSRİ yığmasının tərkibində ölkəmizi Olimpiadada təmsil edib. İnanıram ki, bu gündən başlayaraq ölkəmizdə həndbol yenidən dirçələcək. Qarşıda həndbolçularımızı məsul yarış – İslam Həmrəyliyi Oyunları gözləyir. Oyunlarda komandalarımıza uğurlar arzulayıram. İnanıram ki, onlar sözünü deyəcək”.
Sonda AGİN-in idman şöbəsinin müdiri Fərid Mansurov çıxış etdi: “Bu yarışda bütün komandalara uğurlar arzulayıram. Həndbol çətin, maraqlı və sevilən idman növüdü. İnanırıq ki, federasiya rəhbərliyinin dəyişməsi bu idman növünə yeni uğurlar gətirəcək. Saleh müəllimi təbrik edir və çətin, şərəfli işdə uğurlar arzulayıram”.
Bundan sonra “Azəryol” (sabiq ABU) və “Nur” münasibətləri aydınlaşdırdı. 4-cü dəqiqədə “Azəryol”un və yığmanın üzvü Yana Qornak ciddi zədələndi. Rəqib oyunçu müvazinətini saxlaya bilməyib, onun üzərinə yıxıldı. Sol ayağı burxulan Qornak oyunu davam etdirə bilmədi. 10-15 dəqiqə sonra Yana xəstəxanaya çatdırıldı. Həndbolçunun yaxın 1-2 ayda meydançadan uzaq qalacağı gözlənilir. Maraqlıdı ki, ilk hissədə Mingəçevir klubu üstün oldu - 10:8. Ancaq daha güclü heyətə malik “Azəryol” fasilədən sonra təşəbbüsü ələ aldı və qələbə qazandı – 24:21. Günün sonunda kişilərin çempionatında bir oyun keçirildi. “Təhsil” RİOEGİM-dən güclü oldu – 27:21. Bu görüşdə diqqəti çəkən məqam “Azəryol”un veteran həndbolçusu Səkinət Abbasovanın hakimlik etməsi idi.
Bu gün qadınların yarışında 12.00-da “Nur” – “Gənclərbirliyi”, 14.00-da “Azəryol” – “Qarabağ”, kişilərin turnirində isə 16.00-da “Nəsimi” – “Məhsul” qarşılaşmaları start götürəcək.
Bu arada Həndbol Federasiyasının teleyayın hüququnu “İdman Azərbaycan”a verməsi “CBC Sport”un narazılığına səbəb olub. Dekabrın 12-13-də “Çağırış” kubokunun 1/16 finalı çərçivəsində ABU və “Femina Vise” (Belçika) arasındakı oyunları məhz bu telekanal nümayiş etdirmişdi. Belədə indi “CBC Sport”un AHF-dən narazı qalmasını müəyyən mənada anlamaq olar. Telekanalın xəbərlər departamentinin rəhbəri Şəmsəddin Abbasov “feysbuk” səhifəsində bunları yazıb: "Bu gün bir daha başa düşdüm ki, bizim bəzi federasiyaların rəhbərləri ona həvalə olunan idman növünün inkişafına yox, özünü göstərməyə, idman pərdəsi altında özünü gözə soxmağa çalışır. Bunlar üçün hər hansı qarşılıq ummadan, pulsuz-parasız çəkilişlər edirsən, yalnız ölkə idmanının inkişafını güdürsən, amma görürsən ki, bəzi idman funksioneri tam başqa məqsəd güdür. Buna necə təəssüflənməyəsən...
Eybi yox, bizim öz məqsədlərimiz var və məramımızdan dönən deyilik. İşimizi vicdanla görməkdə davam edəcəyik və gec-tez həmin adamlar idmandan kənar düşəcəklər. Həmin sahələrdə isə özünü yox, rəhbərlik etdiyi idman növünü təbliğ edənlər, idman vasitəsilə özünün yox, idmançı və məşqçilərin şəraitinin yaxşılaşdırılmasını düşünənlər, beynəlxalq yarışlarda, arenalarda öz adını yox, ölkənin adını ucaltmağı ali məqsədi sayanlar çalışacaq. Sonda bir xatırlatma! Bu gün həndbol üzrə ölkə çempionatının açılışını "CBC Sport" verməyəcək!"
Telekanalın digər əməkdaşı Rüstəm Əfsərli də sosial şəbəkədə narazılığını dilə gətirib: "Həndbol kimi gözəl idman növünün yenidən dirçəlməsində “CBC Sport”un (pafossuz yazıram bunu) müstəsna xidmətləri olub. Heç kimin yadına düşməyən, yalnız “Futbol+” qəzeti və bir-iki ümumidman saytının bir neçə cümlə ilə aradabir yer verdiyi ABU-nun “Çağırış” kubokundakı matçlarını biz öz təşəbbüsümüə - Volkan Üst, Şəmsəddin Abbasov və Rövşən Binnətli ilə məsləhətləşmələrdən sonra heç bir təmənna və ya xüsusi münasibət güdmədən iki gün ardıcıl canlı yayınladıq. Demək olar ki, hər həftə həndbol hadisələrinin “CBC Sport İnfo”da işıqlandırılması da öz yerində. Bu, sadəcə, kanalda çalışan insanların Azərbaycanda gözəl ənənələrə malik oyuna məhəbbətindən və təbii ki, tamaşaçı istəyindən irəli gəlirdi. Biz öz işimizi görürük, biz peşəkar olmağa çalışırıq. Amma illüziya ilə yaşamayaq: peşəkarlıq nədi? O hara, biz hara?
Nə qədər ki, federasiyalar belə çalışır, bizdə nə həndbol dirçələcək, nə də digər idman növləri. Elə durduğumuz yerdə qalacağıq. "Heyf"dən başqa söz gəlmir bu yerdə..."
Məsələ ilə bağlı telekanalın rəhbəri Volkan Üstün fikirlərini öyrənə bilmədik. Çünki ölkə xaricində idi. Şəmsəddin bəy isə “mən telekanal adından bu məsələyə mövqe bildirə bilmərəm, sadəcə, “feysbuk”da şəxsi fikirlərimi bildirmişəm” söyləməklə kifayətləndi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar