08 in 00:37idman

Karlsendən Məmmədyarovla Karyakinə şok ittiham

Karlsendən Məmmədyarovla Karyakinə şok ittiham
Amma nə Şəhriyar qəbul edir, nə də Sergey
Hazırda şahmat ictimaiyyətinin diqqəti Norveçə yönəlib. Stavanger şəhərində keçirilən “Norway Chess” superturnirinə bu idman növünün “qaymaqları” toplaşıb. Yarış başlayandan vikinqlərin vətənində maraqlı hadisələr cərəyan edir. Əvvəlcə Şəhriyar Məmmədyarov diş ağrısına görə həkimə müraciət etməli oldu. Daha sonra ilk istirahət günündə Dinq Liren xoşagəlməz halla üzləşdi. Velosipeddən yıxılan çinli qrossmeyster cərrah masasına uzanmalı oldu. Belədə yarışla erkən vidalaşdı və onun nəticələri sıfırlandı.
Bütün bunlar azmış kimi, dünya çempionu Maqnus Karlsen şok açıqlama verib. 28 yaşlı Şəhriyarın 3-cü turda Sergey Karyakinlə heç-heçəsinin əvvəlcədən razılaşdırıldığını iddia edib. Dünya şahmatının lideri yerli TV2-yə müsahibəsində sübutunun olmadığını da deyib: “Bilirdim ki, bu şahmatçılar əvvəlki turnirlərdə də xalı yarı bölüblər. Sübutum olmasa da, burda da eyni nəticənin qeydə alınması məni təəccübləndirmədi. Bir-birilərini əvvəlcədən tanıyan, dost olan və birlikdə çalışan insanların oyunlarını izləmək yaxşı olardı. Böyük maraqla vəziyyəti təqib edirdim. Dünya çempionatı və ona bənzər önəmli turnirlərdə belə halların şahidi olmuruq. Özüm bununla məşğul deyiləm. Amma insanların danışılmış partiyalarda iştirak etməsinin qarşısını almaq da çətin məsələdi”.
Məmmədyarovun buna cavabı özünü çox gözlətməyib: “Düşünürəm ki, Sergey məndən əvəz çıxmaq istəyirdi. Bir neçə dəfə onu məğlub etmişəm. Bəzən elə hallar olur ki, oyunların nəticəsi öncədən razılaşdırılır. Bu, hər turnirdə baş vermir. Sadəcə, bəzən özünü yaxşı hiss etməyəndə, xəstə olanda, üstəlik, rəqibin də ağ fiqurlarla oynayırsa, belə hal yaşanır. Ancaq həm idman, həm də tamaşaçılar baxımından rəqabətin olması daha yaxşı haldı. Bu, hansısa güclü oyunçunun 10-15 dəqiqə sonra heç-heçə oynaması kimi bir şeydi. Təbii ki, yaxşı hal deyil. Şahmat oynamağa çalışmaq, nəticə göstərmək ən yaxşısıdı. Qaydalar da partiyaların əvvəlcədən razılaşdırılmasını aşkar şəkildə qadağan edir”.
Rusiyalı qrossmeyster də Norveç təmsilçisinin iddialarını təkzib edib: “Əlbəttə, belə hal yoxdu. Biz dost olsaq da, burda da bir-birimizə qarşı mübarizə aparırdıq. Hər ikimiz qələbə qazanmağa çalışırdıq. Bir də nəzərə almaq lazımdı ki, qeydə alınan nəticənin heç birimizə faydası olmadı. Mən də şahmatda belə halların olduğunu qəbul edirəm. Ancaq elit şahmatçıların oyununda nadir hallarda – təxminən 5 faizində razılıq əldə edilir”.
Əlbəttə, danışılmış oyunlar növündən asılı olmayaraq, idmanda qəbuledilməzdi və “feyr-pley” dəyərlərinə ziddi. Bu məsələdə Karlsenə haqq vermək də olar, belə açıqlama verdiyi üçün ona irad tutmaq da. Maraqlıdı ki, Maqnus bu açıqlamanı məhz Şəhriyarla görüşdən əvvəl verib. Görəsən, niyə? Bunda hər hansı məqsəd varmı? Olmaya rəqibi üzərində psixoloji təzyiq qurmaq və ya onu özündə çıxarmaq istəyir? Sözsüz, Karlsenin ürəyindən keçənləri bilmirik. Bunu bir Allah bilir, bir də özü. İndiki durumda nə desək, fərziyyədən o tərəfə keçməyəcək. Ancaq onun dedikləri də iddia olaraq qalır. Bu bir ehtimaldı və bunu mən də, sən də, Karlsen də irəli sürə bilər. Özünün də etiraf etdiyi kimi, əldə sübut yoxdu.
O başqa məsələ ki, son zamanlar Şəhriyar həddən ziyadə heç-heçəyə meyilli oyun sərgiləyir. Azərbaycanlı şahmatçılarla heç-heçələrin ənənə halını alması artıq ifrat həddə çatıb. Çox güman, Karlsen hələ Şəmkirdə olarkən bu durumdan narazı idi. Elə Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Mahir Məmmədov da turnir başa çatdıqdan sonra verdiyi müsahibədə şahmatçılarımızın bu addımını qınamışdı.
Amma Karlsenin məhz Karyakinlə Məmmədyarovun dostluğunu əsas götürərək bərabərlikdən şübhələnməsi yetərli səbəb deyil. Çünki adamın qarşısına İddiaçıların Turnirində Şəhriyarın qara fiqurlarla Sergey üzərindəki qələbəsini qoyarlar. Düzdü, kimsə ortaya çıxıb, Berlindəki yarışın önəmini qabarda və öncədən razılaşmanın mümkün olmadığını deyə bilər. Amma Norveçdəki turnirin əhəmiyyətini də heçə saya bilmərik. Zarafat deyil, Stavanqerdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan şahmatçı 75 min avro qazanacaq. Bu isə şahmatda yetərincə böyük məbləğdi.
Elə bu söhbətin yaranmasında da pulun rolu az deyil. Necə? İndi izah edək. “Norway Chess”in mükafat fondu 250 min avrodu. Şimallılar bu qədər vəsaiti gözdən çıxarmaq fonunda baxımlı yarışın olmasını istəyir. Təbii, heç-heçə silsiləsi bu istəyin qarşısını alır. Bu da norveçliləri qıcıqlandırmaya bilməz. Belədə həmkarlarımız da bu tip sualları şahmatçılara ünvanlayır. Yoxsa Karlsen durduğu yerdə həmkarlarına qarşı belə ittiham səsləndirməz.
Люди кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar