08 in 00:34idman

Ukraynada sevindirməyən qələbə...

Ukraynada sevindirməyən qələbə...
Qızıl Avropa Liqası
A qrupu
6-cı tur
Ukrayna – AZƏRBAYCAN 0:3 (28:30, 21:25, 23:25)

Ukrayna: Nadya Kodola – 16, Diana Karpets - 12, İrina Truşkina – 9, Anastasiya Krayduba – 8, Anna Stepanyuk – 7, Anna Kiriçenko – 5, Karina Denisova – 4, Alla Politanska – 2, Kristina Niemtsova (l), Aleksandra Peretyatko, Yekaterina Kalçenko, Yuliya Gerasimova, Anastasiya Karasova (l), Lyudmila Osaçuk.
Baş məşqçi: Qari Yeqizarov.
Azərbaycan: Yelizaveta Səmədova – 14, Yekaterina Jidkova – 12, Odina Bayramova – 11, Alyona Həsənova – 10, Aynur İmanova – 7, Marqarita Əzimova – 2, Yana Əzimova – 1, Yuliya Kərimova (l), Şəfaqət Alışanova, Ceyran İmanova, Ayşən Abduləzimova, Kristina Yaqubova, Bəyaz Əliyeva (l), Kseniya Pavlenko.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna).
6 iyun. İvano-Frankovsk. Təhsil və İdman Mərkəzi. 1000 tamaşaçı.
Oyun vaxtı: 82 dəqiqə (30+24+28).
Qadınlardan ibarət voleybol yığmamız dünən Qızıl Avropa Liqasının qrup mərhələsində son oyununa çıxdı. İvano-Frankovskda Ukrayna ilə qarşılaşan millimiz qrupdan çıxmaq şansını saxlamaq üçün mütləq qələbə qazanmalıydı. Özü də mümkün qədər itkisiz. Hər halda, komanda üzərinə düşən vəzifənin öhdəsindən gəldi. Amma bu heç də asan baş vermədi.
İlk setin əvvəllərində bərabərsəviyyəli mübarizə gedirdi. Yığmamız sanki oyuna tam köklənə bilmirdi. Ukraynalılar daha istəkli görünürdü. Təsadüfi deyil ki, setin ortalarına doğru 5 xallıq fərq yaratdılar. Bunda topun qəbulundakı səhvlərin böyük rolu vardı. Üstəlik, Yekaterina Jidkovanın oyunu alınmırdı. Hücumda əsas yük Yelizaveta Səmədovanın üzərinə düşürdü. Ancaq komandamız möhtəşəm geridönüş edərək rəqibi yaxaladı. Setin sonlarında hər iki tərəfin əla şansı oldu. Meydan sahibləri uğursuz servislərlə bu şansları boşa verirdisə, bizimkilər hücumda qeyri-dəqiq oynayırdı. Ancaq yekunda təcrübə sözünü dedi və ilk set qonaqların hesabına yazıldı.
Psixoloji üstünlüyü ələ keçirən yığmamız 2-ci setdə rahat oynamağa başladı ki, bu da hesabda əksini tapdı. Rəqibin Bakıdan olan erməni baş məşqçisinin götürdüyü fasilə də işə yaramadı. Setin ortalarında 8 xallıq fərq yaranmışdı. Bunda ən böyük pay sahibi Alyona Həsənova idi. O, həm blokda inamlı təsir bağışlayır, həm də hücumda məhsuldarlığıyla seçilirdi. Amma sanki böyük xal fərqi millimizi arxayınlaşdırdı. Konsentrasiyanı itirən komandamız təşəbbüsü də əldən verdi. Nəticədə böyük xal fərqi bir anda əridi. Baş məşqçi əvəzi Famil Ağayevin Şəfaqət Alışanovayla Marqarita Əzizovanı meydana buraxması həlledici oldu. Bu voleybolçular oyuna yaxşı qoşuldu və hücumdakı çatışmazlıqlar minimuma endi. Belədə 2-ci set də qonaqların hesabına yazıldı.
3-cü setin ortalarınadək bizimkilər daha yaxşı təsir bağışlayırdı. Voleybolçularımız xüsusən də blokda inamlı idi. 3-4 xallıq fərq yarandıqdan sonra Ağayev növbəti dəfə Alışanovayla Əzizovaya şans verdi. Ancaq bu dəfə onların oyunu alınmadı. Hesabda 23:23 bərabərlik yarandı. Yenə də həlledici məqamda təcrübə sözünü dedi. Vaxtında toparlanan komandamız ardıcıl 2 xal qazanaraq, qrupda ardıcıl 3-cü, ümumilikdə 5-ci qələbəni bayram etdi.
Qrup birincisi olmağımız üçün Portuqaliya – Bolqarıstan qarşılaşmasının tay-brekədək uzanması lazım idi. Ancaq sensasiya baş vermədi və autsayder evində “quru” məğlubiyyətə üzüldü – 0:3 (17:25, 22:25, 25:27).
1. Bolqarıstan 6 5 1 16-5 15
2. AZƏRBAYCAN 6 5 1 16-7 15
3. Ukrayna 6 2 4 8-13 6
4. Portuqaliya 6 0 6 3-18 0
Belədə son ümid 3 qrup üzrə ən yaxşı 2-ci yeri tutmağa idi. Bunun üçün B qrupunda Macarıstan evdə Finlandiyanı 3:0 və ya 3:1 hesabıyla məğlub etməliydi. Təəssüf ki, macarların gücü 3:2 hesablı qələbəyə çatdı. Belədə şimallılar qrup lideri oldu. Başqa sözlə, qrup birinciləri – Bolqarıstan, Finlandiya və Çexiya (C qrupu) yarımfinala yüksəldi. Düzdü, 2-ci yerlər arasında yığmamız Macarıstan və Belarusdan üstün oldu. Ancaq macarlar “dördlər finalı”nın təşkilatçısı olduğundan mübarizəni davam etdirir. Bu isə millimizin Qızıl Avropa Liqasıyla vidalaşması deməkdi.
SƏRXAN
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar