06 in 19:22idman

ACF Fərhad Məmmədovla bağlı bəyanat yaydı

ACF Fərhad Məmmədovla bağlı bəyanat yaydı
Əşrəfoğlu: “Maşurenkonun işinə qiymət vermək tezdi”
Ötən sayımızda cüdo yığmamızın köməkçi-məşqçi vəzifəsindən istefa verən Fərhad Məmmədovun qalmaqallı müsahibəsini diqqətinizə çatdırmışdıq. Mütəxəssis çəkinmədən millinin çalışdırıcısı Ruslan Maşurenkonu səriştəsiz adlandırmış, hətta onu təhqir də etmişdi. Hər halda, Cüdo Federasiyasının (ACF) bu məsələdə seyrçi mövqe tutması, sükutu qoruması anlaşılmazdı. Problem danışıqlar və ortaq məxrəcə gəlməklə həll oluna bilərdi.
Dünən əvvəlcə cüdoçuların fikrini öyrənmək istədik. Ancaq yığma iyunun 1-dən Koreyada təlim-məşq toplanışında olduğundan cəhdimiz boşa çıxdı. O cümlədən Fərhad bəyin yerinə təyin edilmiş Elxan Məmmədovun da reaksiyasını ala bilmədik. Daha sonra üzümüzü ACF-yə tutduq. Qurumun baş katibi Elmar Babanlı topu mətbuat katibi Elnur Əşrəfoğluya atdı. Elnur bəy isə mütəxəssisin ittihamlarına belə cavab verdi: “Federasiyanın yeni rəhbərliyi iş başına keçəndə Fərhad Məmmədov gənclərdən ibarət yığmada çalışırdı. Rəhbərlik onu əsas komandaya gətirdi. Daha sonra idmançıların istəyi ilə Peter Zayzenbaher baş məşqçi vəzifəsinə təyin olundu. Zayzenbaher getdikdən sonra komanda Avropa və dünya çempionatına Fərhad bəyin rəhbərliyi altında çıxdı. Bir şeyi qeyd edim ki, əslində avstriyalı mütəxəssis Məmmədovla çalışmaq istəmirdi. Ancaq federasiya onu yığmada saxladı. Heç bu vaxta kimi bu faktı mətbuata açıqlamamışıq. Fərhad bəy özü demişdi ki, yığmaya baş məşqçi gətirilsin. Ruslan Maşurenkonun da millini çalışdıracağını bilirdi. Ukraynalı mütəxəssis yeni fəaliyyətə başlayıb. İndidən onun işinə qiymət vermək tezdi. Gəlin, səbirli olaq və dünya çempionatını gözləyək. Nəticələr pis olsa, onda Fərhad bəy iradlarını bildirər. Əslində yaxşı olardı ki, Məmmədov ağır ifadələr səsləndirmək əvəzinə “baş məşqçi ilə fikir ayrılığı oldu və komandadan ayrıldım” deməklə kifayətlənəydi. Sərt açıqlamalar DÇ ərəfəsində komandanın ab-havasına da mənfi təsir göstərir. ACF hər zaman yerli məşqçilərə dəstək verib. Hazırda millidəki məşqçilərdən yalnız Maşurenko əcnəbidi. Bildiyiniz kimi, yeganə dünya çempionumuz Elxan Məmmədov köməkçi-məşqçi təyin olunub. Nazim Hüseynov, Mehman Əzizov və Azər Şıxəliyev kimi tanınan məşqçilər də millidə çalışır. O ki qaldı Mövlud Mirəliyevə, o hələ noyabrdan öz istəyi ilə və işlərinin çoxluğunu əsas gətirərək yığmadan ayrılıb. Çünki Mirəliyev Göygöl və Şəmkir Olimpiya Komplekslərinin direktoru olmaqla yanaşı, ACF-nin Qərb bölgəsi üzrə nümayəndəsidi”.
Yeri gəlmişkən, dünən federasiya məsələylə bağlı bəyanat da yayıb. Bəyanatı müəyyən ixtisarla diqqətinizə çatdırırıq: “Məlumat üçün bildiririk ki, kişilərdən ibarət millinin baş məşqçisinin sabiq köməkçisi Fərhad Məmmədovla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir faktı qeyd edək ki, Məmmədovun yerinə təyin olunan yeni köməkçi-məşqçi əcnəbi mütəxəssis yox, cüdo üzrə yeganə dünya çempionumuz Elxan Məmmədovdu. Baş məşqçi Ruslan Maşurenkonun digər köməkçiləri də yerli mütəxəssislərdi: ilk Olimpiya çempionumuz Nazim Hüseynov, Mehman Əzizov və Azər Şıxəliyev.
Fərhad Məmmədova gəlincə, 2015-ci ilin sentyabrında Cüdo Federasiyasına yeni rəhbərlik seçiləndə, o, gənclərdən ibarət millinin məşqçisi idi. Millimizin aparıcı cüdoçularının təklifi ilə avstriyalı mütəxəssis Peter Zayzenbaher kişilərdən ibarət yığmaya baş məşqçi gətiriləndə, məhz indiki rəhbərliyin təşəbbüsü ilə Məmmədov onun köməkçisi təyin edildi. Avstriyalı məşqçiylə də bəzi məqamlarda fikir ayrılığına gələn Məmmədov bir neçə dəfə Zayzenbaher tərəfindən məşqlərdən kənarlaşdırılıb və yığmadan göndərilməsi gündəmə gətirilib. Həmin vaxt məhz federasiya rəhbərliyinin təkidi ilə Fərhad bəy yenidən işinə qaytarılıb və bu haqda heç bir yerə məlumat verilməyib. Məlum səbəblərə görə Zayzenbaherin gedişindən sonra yeni baş məşqçi təyin olunana qədər bu post Məmmədova həvalə edildi. Ötən dövrün hazırlıq bünövrəsi 2017-ci ildə Avropa və dünya çempionatlarında effekt verib tükəndikdən sonra Fərhad bəy özü əcnəbi baş məşqçinin gətirilməsinin zəruriliyini rəhbərliyə bildirdi. Ukraynalı mütəxəssis milliyə baş məşqçi təyin edildikdən sonra Məmmədov və başqa yerli məşqçilər köməkçi-məşqçi kimi işlərini davam etdirdilər. Bütün bunları sadalamaqda məqsədimiz ACF-nin yerli mütəxəssislərə önəm verməsini göstərməkdi. Hazırda federasiyada 45-i regionlarda olmaqla, ümumilikdə 110 məşqçi fəaliyyət göstərir. Yeniyetmələr, gənclər və qadınlardan ibarət millilərin bütün məşqçi heyəti yerli mütəxəssislərdi. Millinin Bakıda keçiriləcək dünya çempionatına hazırlıq prosesi sürətlə davam edir. Göygöldə 20 gün ərzində Fransa və Türkiyə milliləri ilə birgə məhsuldar təlim-məşq toplanışından sonra hazırda yığmamız hazırlıq prosesini Koreyada, daha sonra isə Yaponiyada beynəlxalq formatda davam etdirəcək. Məhz belə bir dönəmdə Məmmədovun mətbuata bu cür açıqlaması bütün komandada, xüsusən də onun şəxsi tələbələrində neqativ ab-hava yaradır”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar