06 in 12:10idman

“Mən elə çobanla işləməyəcəm”

“Mən elə çobanla işləməyəcəm”
Fərhad Məmmədov yığmanın ukraynalı çalışdırıcısını “topa tutdu”
Ötən sayımızda Fərhad Məmmədovun cüdo yığmamızdan ayrıldığını xəbər vermişdik. Baş məşqçi Ruslan Maşurenkoyla yola getməyən mütəxəssis çıxış yolunu millidən getməkdə görüb. Bu isə komandada ab-havanın heç də yaxşı olmadığını göstərir. Bakıda keçiriləcək dünya çempionatına 4 aydan az vaxt qalıb. Məsul yarış ərəfəsində yığmada yaranmış arzuolunmaz vəziyyət heç də xoş gələcək vəd etmir. Onsuz da Avropa çempionatındakı uğursuzluqdan sonra həyəcan təbili çalmışdıq. Ancaq sanki mövcud durum Cüdo Federasiyasını (ACF) narahat etmir. Qurum başverənləri sükutla izləyir. Ukraynalı mütəxəssisin məşqçi savadının və iş təcrübəsinin az olduğunu hələ ötən il, təyinat rəsmiləşəndə yazmışdıq. Narahatlığımızın əbəs olmadığı get-gedə üzə çıxır. Məmmədovun istefası isə vəziyyətin düşündüyümüzdən də acınacaqlı olduğundan xəbər verir. Elə Fərhad bəylə söhbətdə də durumun xeyli pisləşdiyini anladıq.
- Yığmadan ayrılmağınızın səbəbini bir də sizin dilinizdən eşidək...
- Baş məşqçi ilə fikir ayrılığı olduğuna görə millidən ayrıldım.
- Yəqin ki, əsas narazılıq məşq prosesiylə bağlı olub...
- Milliyə çoban gətiriblər də.
- Bəlkə vəziyyəti daha açıq izah edəsiz?
- O heç nəyə fikir vermir. Heç özü də bilmir ki, nə edir. Heç yerdə məşqçi işləməyib axı. Aləmi qatıb bir-birinə, balansı pozub. Fiziki yüklənməni nə vaxt verməyi, texniki hazırlığı necə keçməyi bilmir. Bu adam bilmir ki, bərpaedici proses nə vaxt getməlidi. Yarışqabağı yüklənmə və yüklənmədən azadolmadan da xəbərsizdi. Heç nədən başı çıxmır.
- Belə çıxır ki, dünya çempionatında bizi fiasko gözləyir?
- Nə bilim? Elxan Məmmədovu yerimə köməkçi-məşqçi təyin ediblər. İdmançını köməkçi tutublar. İndi idmançıların proqramından istifadə edirlər. Onlar nə istəyirlərsə, onu verirlər.
- Elxan karyerasını bitirib ki?
- Yox. Həm məşqçi, həm də idmançı olacaq. Dəqiq təfərrüatı bilmirəm. Çünki daha yığmada deyiləm.
- Millidə vəziyyətin yaxşı olmaması haqda federasiya rəsmilərinə məlumat vermisiz?
- Federasiya mənimlə Avropa çempionatındakı uğursuzluqdan sonra əlaqə saxlayıb. Ona qədər mənimlə heç bir kəlmə də danışmayıblar. Maşurenko gələndən sonra mənimlə heç söhbət də edən olmamışdı.
- Bəs Maşurenko AÇ-dəki uğursuzluğu necə izah etdi?
- Ondan izahat alınıb-alınmadığını bilmirəm. İclas oldu. İclasda məndən soruşmaq istədilər. Mən də 5 aydı kənarda qaldığımı söylədim. Bu müddət ərzində heç nə soruşmayıblar, indi soruşurlar. Halbuki bu aylar ərzində zəng edib maraqlanmalı, komandadakı ab-havanı öyrənməliydilər. Məndən soruşmursuzsa, maraqlanmırsızsa, mən niyə deməliyəm? Peterin vaxtında (yığmamızın sabiq çalışdırıcısı Peter Zayzenbaheri nəzərdə tutur – S.) zəng edib, vəziyyəti məndən soruşurdular. Hazırlığın gedişiylə maraqlanırdılar. İndi ancaq Maşurenko, Maşurenko, Maşurenko... AÇ-dəki uğursuzluqdan sonra isə məndən soruşurlar.
- Yığmadan nə vaxt ayrılmısız?
- Elə qitə birinciliyindən sonra. Göygöldəki təlim-məşq toplanışında iştirak etməmişəm.
- Sizə qədər Mövlud Mirəliyev millidən gedib?
- Bəli. Onunla söhbətdə bir-birimizə deyirdik ki, bu, məşqçi deyil. Sadəcə, Mövlud ACF-yə yığmada işləmək istəmədiyini və öz işiylə məşğul olacağını açıqladı.
- Rəhbərlik sizi millidə saxlamağa cəhd etmədi?
- Yığmadan ayrıldıqdan bir həftə sonra ACF-nin vitse-prezidenti Sadıq Sadıqov yox, qurumun baş katibi Elmar Babanlı zəng etdi. Məni işdən çıxarmadıqlarını, fikrim qətidisə, ərizə yazmalı olduğumu söylədi. Dedim ki, problem yoxdu, gəlib yazaram. Mən elə çobanla işləməyəcəm.
- Sizin yığmada Orxan Səfərov və Rüstəm Orucov kimi yetirmələriniz var. Bu durum cüdoçuları narazı salmır?
- Bunu onlar deyə bilər. Soruşarsız, istəsələr, cavab verərlər.
- Bundan sonrakı fəaliyyətiniz necə olacaq?
- Mən “Atilla” klubunun direktoruyam. Ordakı işimi davam etdirəcəm.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar