06 in 10:57idman

Yığmadan səfər qələbəsi

Yığmadan səfər qələbəsi
Qızıl Avropa Liqası
A qrupu
5-ci tur
Portuqaliya – AZƏRBAYCAN 1:3 (20:25, 28:26, 11:25, 15:25)

Portuqaliya: Yuliya Kavalenka – 16, Marta Hurst – 11, Juliana İzabel Antunes – 10, Eduarda Duarte – 8, Vanessa Yolanda Rodriges – 7, Aline Rodriges – 5, Fabiola Qomes – 2, Neusa Neto – 2, Joana Resende (l), Eliana Durao, Mariya Mayo, Nuria Lopes Da Silva, Ana Sofiya Fonseka (l), Barbara Qomes.
Baş məşqçi: Manuel Almeyda.
Azərbaycan: Odina Bayramova – 16, Yelizaveta Səmədova – 16, Yekaterina Jidkova – 14, Alyona Həsənova – 10, Aynur İmanova – 5, Yana Əzimova – 3, Şəfaqət Alışanova – 1, Yuliya Kərimova (l), Ceyran İmanova, Ayşən Abduləzimova, Kristina Yaqubova, Bəyaz Əliyeva (l), Marqarita Əzizova, Kseniya Pavlenko.
Baş məşqçi: Faiq Qarayev.
Hakimlər: Joze Luis Arrarte Mira (İspaniya), Pedro Lopes Pinto (Portuqaliya).
2 iyun. Matozinyuş. İdman və Konqres Mərkəzi. 500 tamaşaçı.
Oyun vaxtı: 97 dəqiqə (26+31+19+21).
Şənbə günü qadınlardan ibarət voleybol yığmamız Qızıl Avropa Liqasında 6-cı oyununu keçirdi. Millimiz səfərdə autsayder Portuqaliyanı sınağa çəkdi. İlk setə meydan sahibləri yaxşı başlasa da, çox keçmədən komandamız təşəbbüsü ələ keçirdi. Düzdü, rəqib ara-sıra hesabı bərabərləşdirməyə müvəffəq olurdu. Ancaq bu, çox çəkmirdi. Bu setdə Alyona Həsənova və Odina Bayramova məhsuldarlığıyla seçilirdi. Portuqaliyanın heyətində isə Yuliya Kavalenkanın sərt servisləri və güclü cərbələri diqqəti çəkirdi.
İlk seti çətinlik çəkmədən hesabına yazan voleybolçularımız 2-ci setdə çox kobud səhvlərlə yadda qaldılar. Halbuki bir neçə dəfə rəqibin mübarizə əzmini qırmaq mümkün idi. Çünki ən azı iki dəfə yığmamız 3 xallıq fərq yarada bilmişdi. Ancaq bəzən Yana Əzimovanın uğursuz ötürmələri, bəzən isə başqa oyunçuların fərdi səhvləri portəgizlərin ümumi hesabı bərabərləşdirməsiylə nəticələndi. 31 dəqiqə davam edən set qarşılaşmanın ən çox çəkən seti oldu.
Maraqlıdı ki, növbəti set çox qısa - cəmi 19 dəqiqə çəkdi. Yana Əzimovanın uğurlu servisləri fonunda qonaqlar ardıcıl 10 xal qazandı. Bu, rəqibin mübarizə əzmini qırdı. Təbii, belə böyük fərqdən sonra toparlanmaq çətin idi. Belədə rəqibin çalışdırıcısı Manuel Almeyda Kavalenka başda olmaqla əsas heyətin bir neçə üzvünə istirahət verməyi üstün tutdu. Məqsəd 4-cü setdə geridönüş etmək üçün güc toplamaq idi.
Düzdü, setə pis başlamadılar. Ancaq Famil Ağayevin toppaylayıcı dəyişikliyi həlledici oldu. Şəfaqət Alışanova meydana daxil olduqdan sonra sanki Yekaterina Jidkovanın əl-qolu açıldı. Bu da hər ikisinin eyni klubda çıxış etməsindən və yaxşı anlaşmasından irəli gəlirdi. Amma bu setin ən yaxşısı Yelizaveta Səmədovaydı. Təbii, müdafiədə komandanın dirəyi rolunu oynayan Yuliya Kərimovanın əməyini də qiymətləndirməmək olmaz. Beləliklə, bu setdə də əziyyət çəkməyən millimiz qrupda ilk səfər qələbəsini qazandı. Maraqlıdı ki, yığmanın bütün zəfərləri 3:1 hesabıyla başa çatıb.
Ancaq Bolqarıstan səfərdə Ukraynaya şans verməyərək liderliyini davam etdirdi – 3:0 (25:18, 25:20, 25:22).
Bolqarıstan 5 4 1 13-5 12
AZƏRBAYCAN 5 4 1 13-7 12
Ukrayna 5 2 3 8-10 6
Portuqaliya 5 0 5 3-15 0
Sonuncu – 6-cı turun qarşılaşmaları iyunun 6-da keçiriləcək: Ukrayna – AZƏRBAYCAN, Portuqaliya – Bolqarıstan.

Reaksiyalar
Manuel Almeyda: “İkinci seti yüksək səviyyədə keçirdik. Göstərdik ki, güclü rəqiblərə qarşı oynaya bilərik. Ancaq daha sonra həm fərdi, həm də komanda şəklində səhvlərə yol verdik. Oyunumuzda sabitlik yaratmağın yollarını axtarıb tapmağa çalışacağıq”.
Yekaterina Jidkova: “Bundan da yaxşı oynaya bilərdik. Ancaq ən önəmlisi qələbədi ki, ona da nail olduq. Bu, “dördlər finalı”na yüksəlmək uğrunda mübarizəni davam etdirməyə imkan verir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar